Məhkəmə qərarları › İş №e-2(050)-4214/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4214/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4214/2025 14.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə yaranmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 198.4 manat əsas, 29.7 manat cərimə, cəmi 228.1 manat; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 151.9 manat əsas, 22.7 manat cərimə, cəmi 174.6 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 138.9 manat əsas, 20.8 manat cərimə, cəmi 159.7 manat, üç müqavilə üzrə 489.2 manat əsas, 73.2 manat cərimə, cəmi 562.4 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla cəmi 517.40 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı tozsorana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 228.10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı “Taube” markalı sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla cəmi 229.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 26 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə 14 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdə 13 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 489.2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Beləliklə, cavabdehin xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-yə olan borcu xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 198.4 manat əsas, 29.7 manat cərimə, cəmi 228.1 manat; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 151.9 manat əsas, 22.7 manat cərimə, cəmi 174.6 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 138.9 manat əsas, 20.8 manat cərimə, cəmi 159.7 manat, üç müqavilə üzrə 489.2 manat əsas, 73.2 manat cərimə, cəmi 562.4 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı “Honor” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 29 manat olmaqla cəmi 517.40 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı “Samsung” markalı tozsorana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla cəmi 228.10 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən aldığı “Taube” markalı sobaya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 13 manat olmaqla cəmi 229.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə İddiaçı MMC-yə borcu yaranmışdır. "xxxx" MMC Cavabdeh 562.4 manat məbləğində borcunun yarandığını bildirir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 198.4 manat əsas, 29.7 manat cərimə, cəmi 228.1 manat; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 151.9 manat əsas, 22.7 manat cərimə, cəmi 174.6 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 138.9 manat əsas, 20.8 manat cərimə, cəmi 159.7 manat, üç müqavilə üzrə 489.2 manat əsas, 73.2 manat cərimə, cəmi 562.4 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar