Məhkəmə qərarları › İş №e-2(050)-4221/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4221/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4221/2025 16.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 05157822 saylı fakturaya əsasən, İMEİ KODU **********32808 İphone 16 PRO markalı telefon, Apple Adapter üçün 3061,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 306,15 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 16658404 saylı əsasən, Tozsoran Hoffmann, Paltaryuyan Beko, 2 ədəd zəmanət + 2 İL xidməti üçün 801,16 manat ödənilməmiş hissə, 80,12 manat cərimə, ümumilikdə 4272,48 manat borcun və 62,73 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 05157822 saylı faktura, xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025ci il tarixli 16658404 saylı fakturaya əsasən İMEİ KODU **********32808 İphone 16 Pro markalı telefon, Apple Adapter, Tozsoran Hoffmann, Paltaryuyan Beko, 2 ədəd zəmanət + 2 il xidməti almiş və nəticədə 4272,48 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 05157822 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 3616,02 manat (18 ay x 200,89 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********32808 iphone 16 PRO markalı telefon, APPLE Adapter üçün ümumilikdə, 3391,21 manat olmaqla ondan, 3061,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, güzəşt olunaraq 306,15 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 16658404 saylı əsasən, alqı-satqı qiyməti 1015,02 manat (18 ay x 56,39 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Hoffmann, Paltaryuyan Beko, 2 ədəd zəmanət + 2 İL xidməti üçün ümumilikdə, 881,28 manat olmaqla ondan, 801,16 manat ödənilməmiş hissə, güzəşt olunaraq 80,12 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 768,42 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 05157822 saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 200,89 manat ödəməklə (ilkin ödəniş 0 manat) 3616,02 manat dəyərində İMEİ KODU **********32808 İphone 16 Pro markalı telefon, Apple Adapter satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 16658404 saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 56,39 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1015,02 manat dəyərində Tozsoran Hoffmann, Paltaryuyan Beko, 2 ədəd zəmanət + 2 İL xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 05157822 saylı faktura, xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025ci il tarixli 16658404 saylı fakturaya əsasən İMEİ KODU **********32808 İphone 16 Pro markalı telefon, Apple Adapter, Tozsoran Hoffmann, Paltaryuyan Beko, 2 ədəd zəmanət + 2 il xidməti almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 05157822 saylı fakturadan irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 150 manat məbləğində, xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 16658404 saylı fakturadan irəli gələn dəbbə pulu azaldılaraq 40 manat məbləğində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 62,73 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 05157822 saylı faktura üzrə 3061,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 150 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 16658404 saylı faktura üzrə 801,16 manat ödənilməmiş hissə, 40 manat cərimə, ümumilikdə 4076,22 manat borc və 62,73 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar