Məhkəmə qərarları › İş №e-2(050)-4250/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4250/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4250/2025 09.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ******* saylı fakturaya əsasən Qəhvəbişirən Delonghi, Zəmanət + 3 iL xidməti üçün 3450.96 manat ödənilməmiş hissə, 345.10 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 10654729 saylı fakturaya əsasən ASUS noutbuk üçün 1758.06 manat ödənilməmiş hissə, 175.81 manat cərimə, cəmi 5729.92 manat borcun və 77.30 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ******* saylı fakturaya və xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 10654729 saylı fakturaya əsasən Qəhvəbişirən Delonghi, Zəmanət + 3 iL xidməti və ASUS noutbuk almış və nəticədə 5729.92 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ******* saylı fakturaya əsasən, alğı-satqı qiyməti 3480.96 manat (18 ay x 191.72 manat + 30 manat ilkin ödəniş) Qəhvəbişirən Delonghi, Zəmanət + 3 iL xidməti üçün ümumilikdə 3796.06 manat olmaqla ondan 3450.96 manat ödənilməmiş hissə və 345.10 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 10654729 saylı fakturaya əsasən, alğı-satqı qiyməti 2088.06 manat (18 ay x 97.67 manat + 330 manat ilkin ödəniş) ASUS noutbuk üçün ümumilikdə 1933.87 manat olmaqla ondan 1758.06 manat ödənilməmiş hissə və 175.81 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 360 manat təşkil edir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək bildirdi ki, borcu ödəməyə imkanı yoxdur. Hissə-hissə ödəyər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ******* saylı müqavilədən və ona əlavələdən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 191.72 manat ödəməklə (ilkin ödəniş 30 manat) 3480.96 manat dəyərində Qəhvəbişirən Delonghi, Zəmanət + 3 iL xidməti satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 10654729 saylı müqavilədən və ona əlavələdən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 97.67 manat ödəməklə (ilkin ödəniş 330 manat) 2088.06 manat dəyərində ASUS noutbuk satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. 09 dekabr 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə cəmi 5729.92 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 77.30 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ******* saylı fakturaya və xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 10654729 saylı fakturaya əsasən Qəhvəbişirən Delonghi, Zəmanət + 3 iL xidməti və ASUS noutbuk almış və nəticədə 5729.92 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ******* saylı fakturaya əsasən, alğı-satqı qiyməti 3480.96 manat (18 ay x 191.72 manat + 30 manat ilkin ödəniş) Qəhvəbişirən Delonghi, Zəmanət + 3 iL xidməti üçün ümumilikdə 3796.06 manat olmaqla ondan 3450.96 manat ödənilməmiş hissə və 345.10 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 10654729 saylı fakturaya əsasən, alğı-satqı qiyməti 2088.06 manat (18 ay x 97.67 manat + 330 manat ilkin ödəniş) ASUS noutbuk üçün ümumilikdə 1933.87 manat olmaqla ondan 1758.06 manat ödənilməmiş hissə və 175.81 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 360 manat təşkil edir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsinin cərimə tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, müqavilə bağlanan anda dəbbə pulunun miqdarının tənasüblü şəkildə, kredit verən və kredit alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirildiyi barədə müqavilə şərti məhkəmə tərəfindən mübahisəyə baxarkən Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılmasını istisna edə bilməz. İlk növbədə ona görə ki, tərəflər müqavilə bağlayarkən borclunun gələcək əmlak vəziyyətini qabaqcadan müəyyən edə bilməzdilər. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsi dispozitiv norma olmamaqla, onun tətbiqi müqavilə şərtindən asılı deyildir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirmir və əsaslı təsir etmir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77.30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. MPM-in 14.2, 217.4 və 4250.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ******* saylı fakturaya əsasən Qəhvəbişirən Delonghi, Zəmanət + 3 iL xidməti üçün 3450.96 manat ödənilməmiş hissə, 345.10 manat cərimə; xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 10654729 saylı fakturaya əsasən ASUS noutbuk üçün 1758.06 manat ödənilməmiş hissə, 175.81 manat cərimə, cəmi 5729.92 manat borc və 77.30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar