Məhkəmə qərarları › İş №e-2(050)-4251/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4251/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4251/2025 04.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən, Lenovo markalı kompüter, zəmanət + 3 il xidmət üçün 2473,38 (iki min dörd yüz yetmiş üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 247,34 (iki yüz qırx yeddi manat otuz dörd qəpik) manat dəbbə pulu, 16 may 2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən, mikrodalğalı soba Hısense, mini soba Hoffmann, ütü Tefal, tozsoran Samsung, LG tv, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 1265,16 (min iki yüz altmış beş manat on altı qəpik) manat ödənilməmiş hissə, 126,52 (yüz iyirmi altı manat əlli iki qəpik) manat dəbbə pulu, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən, ütü Tefal, mini soba Hoffmann, Hoffmann kondisioner, mikrodalğalı soba Hoffmann, tozsoran Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 1130,76 (bir min yüz otuz manat yetmiş atı qəpik) manat ödənilməmiş hissə, 113,08 (yüz on üç manat səkkiz qəpik) manat dəbbə pulu, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən, Samsung TV, qızıl zəmanət ultra 2 il xidməti üçün 678,96 (altı yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 67,90 (altmış yeddi manat doxsan qəpik) manat dəbbə, ümumilikdə 6103,09 manat borc və 81,04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli ********* saylı faktura, 16 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı faktura, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı faktura, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən, Lenovo markalı kompüter, zəmanət + 3 il xidməti, mikrodalğalı soba Hısense, mini soba Hoffmann, ütü Tefal, tozsoran Samsung, LG tv, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti, ütü Tefal, mini soba Hoffmann, Hoffmann kondisioner, mikrodalğalı soba Hoffmann, tozsoran Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti, Samsung tv, qızıl zəmanət ultra 2 il xidməti almış və nəticədə 6103,09 (altı min yüz üç manat doqquz qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 2873,38 (iki min səkkiz yüz yetmiş üç manat otuz səkkiz qəpik) manat (18 ay x 137,41 manat + 400 manat ilkin ödəniş) olan Lenovo markalı kompüter, zəmanət + 3 il xidmət üçün 2720,72 (iki min yeddi yüz iyirmi manat yetmiş iki qəpik) manat olmaqla ondan 2473,38 (iki min dörd yüz yetmiş üç manat otuz səkkiz qəpik) manat ödənilməmiş hissə, 247,34 (iki yüz qırx yeddi manat otuz dörd qəpik) manat dəbbə pulu, 16 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1622,16 (min altı yüz iyirmi iki manat on altı qəpik) manat (12 ay x 105,43 manat + 357 manat ilkin ödəniş) olan mikrodalğalı soba Hısense, mini soba Hoffmann, ütü Tefal, tozsoran Samsung, Lg tv, 5 ədəd qızıl zəmanət ultra 3 il xidmət üçün 1391,68 (min üç yüz doxsan bir manat altmış səkkiz qəpik) manat olmaqla ondan 1265,16 (min iki yüz altmış beş manat on altı qəpik) manat ödənilməmiş hissə, 126,52 (yüz iyirmi altı manat əlli iki qəpik) manat dəbbə pulu, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1590,76 (min beş yüz doxsan manat yetmiş altı qəpik) manat (18 ay x 62,82 manat + 460 manat ilkin ödəniş) olan ütü Tefal, mini soba Hoffmann, Hoffmann kondisioner, mikrodalğalı soba Hoffmann, tozsoran Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidmət üçün 1243,84 (min iki yüz qırx üç manat səksən dörd qəpik) manat olmaqla ondan 1130,76 (min yüz otuz manat yetmiş altı qəpik) manat ödənilməmiş hissə, 113,08 (yüz on üç manat səkkiz qəpik) manat dəbbə pulu, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 958,96 (doqquz yüz əlli səkkiz manat doxsan altı qəpik) manat (18 ay x 37,72 manat + 280 manat ilkin ödəniş) olan Samsung tv, qızıl zəmanət ultra 2 il xidmət üçün 746,86 (yeddi yüz qırx altı manat səksən altı qəpik) manat olmaqla ondan 678,96 (altı yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 67,90 (altmış yeddi manat doxsan qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1497 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 06 may 2025-ci il tarixli ********* saylı fakturanın, 16 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturanın, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturanın, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 03 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

7. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 may 2025-ci il tarixli, ********* nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Lenovo” markalı kompüter verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

8. İddiaçı MMC-nin 06 may 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh “Lenova Loq 15lRX9 (83DV00NBRK)” təhvil alaraq akta imza etmişdir.

9. İddiaçı MMC-nin 06 may 2025-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 06 may 2025-ci il tarixdə bağlanmış ********** saylı müqavilə üzrə “Lenovo” markalı kompüter və zəmanət + 3 il xidməti təhvil alaraq akta imza etmişdir.

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 may 2025-ci il tarixli, ********** nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə mikrodalğalı soba “Hısense”, mini soba “Hoffmann”, ütü “Tefal”, tozsoran “Samsung”, “LG” tv verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

11. İddiaçı MMC-nin 16 may 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh tozsoran “Samsung” VC18M21A0SB/EV, mikrodalğalı soba “Hisense” H20MOBP1H, mini soba “Hoffman” F4800 Silver, ütü “Tefal” Ultimate Pure FV9845 Kireç Avcısı və “LG” Led 32LQ6300LA təhvil alaraq akta imza etmişdir.

12. İddiaçı MMC-nin 16 may 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 16 may 2025-ci il tarixdə bağlanmış ********** saylı müqavilə üzrə mikrodalğalı soba “Hısense”, mini soba “Hoffmann”, ütü “Tefal”, tozsoran “Samsung”, “LG” tv və 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti təhvil alaraq akta imza etmişdir.

13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 may 2025-ci il tarixli, ********** nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə ütü “Tefal”, mini soba “Hoffmann”, “Hoffmann” kondisioner, mikrodalğalı soba “Hoffmann”, tozsoran “Samsung” verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

14. İddiaçı MMC-nin 24 may 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh mikrodalğalı soba “Hoffmann” G2390S, ütü “Tefal” puregliss FV8062, mini soba “Hoffmann” F4800 silver, tozsoran “Samsung” VCC4520S36/XEV (GÖY), “Hoffman” SOAC-09/XA81P təhvil alaraq akta imza etmişdir.

15. İddiaçı MMC-nin 24 may 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 24 may 2025-ci il tarixdə bağlanmış ********** saylı müqavilə üzrə ütü “Tefal”, mini soba “Hoffmann”, “Hoffmann” kondisioner, mikrodalğalı soba “Hoffmann”, tozsoran “Samsung”, 5 ədəd qısa qapanma zəmanəti 1 il xidməti (kiçik məişət) və 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti təhvil alaraq akta imza etmişdir.

16. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 may 2025-ci il tarixli, 11842955 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Samsung” tv verilmişdir. Cavabdeh müddətli müqavilə üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

17. İddiaçı MMC-nin 24 may 2025-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh “Samsung” UE43DU7100UXRU təhvil alaraq akta imza etmişdir.

18. İddiaçı MMC-nin 24 may 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 24 may 2025-ci il tarixdə bağlanmış 11842955 saylı müqavilə üzrə “Samsung” tv və və qızıl zəmanət ultra 2 il xidməti təhvil alaraq akta imza etmişdir.

19. İddiaçı MMC-nin 09 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən, Lenovo markalı kompüter, zəmanət + 3 il xidmət üçün 2473,38 (iki min dörd yüz yetmiş üç manat otuz qəpik) manat ödənilməmiş hissə, 247,34 (iki yüz qırx yeddi manat otuz dörd qəpik) manat dəbbə pulu, 16 may 2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən, mikrodalğalı soba Hısense, mini soba Hoffmann, ütü Tefal, tozsoran Samsung, LG tv, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 1265,16 (min iki yüz altmış beş manat on altı qəpik) manat ödənilməmiş hissə, 126,52 (yüz iyirmi altı manat əlli iki qəpik) manat dəbbə pulu, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən, ütü Tefal, mini soba Hoffmann, Hoffmann kondisioner, mikrodalğalı soba Hoffmann, tozsoran Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti üçün 1130,76 (bir min yüz otuz manat yetmiş atı qəpik) manat ödənilməmiş hissə, 113,08 (yüz on üç manat səkkiz qəpik) manat dəbbə pulu, 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən, Samsung TV, qızıl zəmanət ultra 2 il xidməti üçün 678,96 (altı yüz yetmiş səkkiz manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 67,90 (altmış yeddi manat doxsan qəpik) manat dəbbə, ümumilikdə 6103,09 manat borcu vardır.

20. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı 03 noyabr 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə aralarında bağlanmış 06 may 2025-ci il, 16 may 2025-ci il və 24 may 2025-ci il müqavilələrə əsasən “Samsung” markalı televizor, “Tefal” markalı 2 ədəd ütü, “Hoffmann” markalı 2 ədəd mini soba, kondisioner, mikrodalğalı soba, “Samung” markalı 2 ədəd tozsoran, “LG” markalı televizor, “Hisense” markalı mikrodalğalı soba, “Lenova” markalı notbuk, 10 ədəd “Qızıl zəmanət ultra 3 il” xidmət almışdır. Lakin o, aldığı malın dəyərinin ödənilməsi ilə bağlı müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydalara əməl etməmişdir. İddiaçı MMC tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

21. 11 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 81,04 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

22. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06 may 2025-ci il, 16 may 2025-ci il və 24 may 2025-cü il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan Lenovo markalı kompüter, zəmanət + 3 il xidməti, mikrodalğalı soba Hısense, mini soba Hoffmann, ütü Tefal, tozsoran Samsung, LG tv, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti, ütü Tefal, mini soba Hoffmann, Hoffmann kondisioner, mikrodalğalı soba Hoffmann, tozsoran Samsung, 5 ədəd qızıl zəmanət ultra 3 il xidməti, Samsung tv, qızıl zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də, müqavilələrin predmeti olan əşyaları təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

25. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.

26. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Məhkəmə hesab edir ki, 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 2473,38 manat borca münasibətdə 247,34 manat dəbbə pulu; 16 may 2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən 1265,16 manat borca münasibətdə 126,52 manat dəbbə pulu; 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən 1130,76 manat borca münasibətdə 113,08 manat dəbbə pulu; 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən 678,96 manat borca münasibətdə 67,90 manat dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 20 manat, 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən 10 manat, 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən 10 manat və 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən 10 manat müəyyən edilməlidir.

29. Beləliklə, məhkəmə hesab edir ki, 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 2473,38 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 16 may 2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən 1265,16 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən 1130,76 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən 678,96 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə:

31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 2473,38 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 16 may 2025cü il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən 1265,16 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 24 may 2025ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən 1130,76 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 24 may 2025ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən 678,96 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu, cəmi 5598,26 manat borc Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri:

32. İddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 81,04 (səksən bir manat dörd qəpik) manat dövlət rüsumunun 75,99 (yetmiş beş manat doxsan doqquz qəpik) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 5,05 (beş manat beş qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 06 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi 06 may 2025-ci il tarixli ********* saylı fakturaya əsasən 2473,38 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 16 may 2025-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - 16 may 2025-ci il tarixli 18194717 saylı fakturaya əsasən 1265,16 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11872500 saylı fakturaya əsasən 1130,76 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 24 may 2025-ci il tarixli ********** saylı müqavilənin əlavəsi - 24 may 2025-ci il tarixli 11842955 saylı fakturaya əsasən 678,96 manat ödənilməmiş hissə və 10 manat dəbbə pulu, cəmi 5598,26 (beş min beş yüz doxsan səkkiz manat iyirmi altı qəpik) manat məbləğində borc və ödənilmiş 75,99 (yetmiş beş manat doxsan doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 5,05 (beş manat beş qəpik) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar