Məhkəmə qərarları › İş №e-2(050)-4383/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-4383/2025

29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-4383/2025 29.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 06602012 saylı fakturaya əsasən, Elektrik Moped üçün 1301.4 manat ödənilməmiş hissə, 130.14 manat cərimə, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 00145384 saylı fakturaya əsasən, Hoffmann kondisioner üçün 819 manat ödənilməmiş hissə, 81.90 manat cərimə; xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, Paltaryuyan LG üçün 778.8 manat ödənilməmiş hissə, 77.88 manat cərimə, ümumilikdə 3189.12 manat borcun 51.90 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 06602012 saylı faktura, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 00145384 saylı faktura, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, Elektrik Moped, Hoffmann kondisioner, Paltaryuyan LG almış və nəticədə 3189.12 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 06602012 saylı fakturaya əsasən, alqı-satqı qiyməti 1379.4 manat (18 ay x 72.3 manat + 78 manat ilkin ödəniş) olan Elektrik Moped üçün ümumilikdə, 1431.54 manat olmaqla ondan, 1301.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 130.14 manat cərimə, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 00145384 saylı fakturaya əsasən, alqı satqı qiyməti 872 manat (18 ay x 45.5 manat + 53 manat ilkin ödəniş) olan Hoffmann kondisioner üçün ümumilikdə, 900.90 olmaqla ondan, 819 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81.90 manat cərimə, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən, alqı satqı qiyməti 998.8 manat (12 ay x 64.9 manat + 220 manat ilkin ödəniş) olan Paltaryuyan LG üçün ümumilikdə, 856.68 manat olmaqla ondan, 778.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 77.88 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 351 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 06602012 saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 72.3 manat ödəməklə (ilkin ödəniş 78 manat) 1379.4 manat dəyərində Elektrik Moped satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 00145384 saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 45.5 manat ödəməklə (ilkin ödəniş 53 manat) 872 manat dəyərində Hoffmann kondisioner satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 64.9 manat ödəməklə (ilkin ödəniş 220 manat) 998.8 manat dəyərində Paltaryuyan LG satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 06602012 saylı fakturaya, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi xx.xx.2025-ci il tarixli 00145384 saylı fakturaya, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturaya əsasən Cavabdeh ona satılmış əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 06602012 saylı fakturadan irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 70 manat məbləğində, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 00145384 saylı fakturadan irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 42 manat məbləğində, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı fakturadan irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 40 manat məbləğində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 51,90 manat pul Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 06602012 saylı faktura üzrə 1301.4 manat ödənilməmiş hissə, 70 manat cərimə, xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 00145384 saylı faktura üzrə 819 manat ödənilməmiş hissə, 42 manat cərimə; xx.xx.2025-ci il tarixli 18854245 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli ********* saylı faktura üzrə 778.8 manat ödənilməmiş hissə, 40 manat cərimə, ümumilikdə 3051.2 manat borc və dövlət rüsumu qismində ödənilmiş 51,90 manat pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar