Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-510/2025 24.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 29 yanvar 2023-cü il tarixli müqavilə (İMEİ kod **********94809 “Samsung Galaxy A53” markalı telefon). 10 avqust 2023-cü il tarixli müqavilə (Apple Adapter, İMEİ kod **********45349 İphone 14 markalı telefon). 06 yanvar 2024-cü il tarixli müqavilə (İMEİ kod **********21943 “İphone 11” markalı telefon). Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 89 manat əsas borc, 26,70 manat cərimə. 10 avqust 2023-cü il tarixli müqavilə üzrə 2364,40 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum, 709,32 manat cərimə. 06 yanvar 2024-cü il tarixli müqavilə üzrə 609,20 manat əsas borc, 23,60 manat İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 182,76 manat cərimə, ümumilikdə üç müqavilə üzrə 4028,58 manat borc və 60,29 manat dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəlləri, əşyaların təhvil-təslim aktı, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 29 yanvar 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə (İMEİ kod **********94809) “Samsung Galaxy A53” markalı telefon, 10 avqust 2023-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə (Apple Adapter, İMEİ kod **********45349 İphone 14 markalı) telefon, 06 yanvar 2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə isə (İMEİ kod **********21943) “İphone 11” markalı telefon almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 29 yanvar 2023-cü il tarixli, 10 avqust 2023-cü il tarixli və 06 yanvar 2024-il tarixli müqavilələr üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29 yanvar 2023-cü il tarixli müqavilə üzrə 89 manat əsas borc, 10 manat cərimə, 10 avqust 2023-cü il tarixli müqavilə üzrə 2364,40 manat əsas borc, 100 manat cərimə, 06 yanvar 2024-cü il tarixli müqavilə üzrə 609,20 manat əsas borc, 30 manat cərimə, ümumilikdə 3202,60 (üç min iki yüz iki manat altmış qəpik) manat məbləğində pul və ödənilmiş 60,29 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-510/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-510/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver