Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-590/2024 04.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 7420.08 manat ödənilməmiş hissə, 1297.92 manat dəbbə borcu və 107,18 manat dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********32304 İPHONE 13 PRO markalı telefon, İMEİ KODU **********83545 İPHONE 14 markalı telefon, İMEİ KODU **********14286 İPHONE 12 MİNİ markalı telefon, İMEİ kodu **********79114 İPHONE 13 PRO MAX markalı telefon, İmei kodu **********14482 İPHONE 13 PRO MAX markalı telefon almışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 7420.08 manat (12 ay x 618.34 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********32304 İPHONE 13 PRO markalı telefon, İMEİ KODU **********83545 İPHONE 14 markalı telefon, İMEİ KODU **********14286 İPHONE 12 MİNİ markalı telefon, İmei kodu **********79114 İPHONE 13 PRO MAX markalı telefon, İmei kodu **********14482 İPHONE 13 PRO MAX markalı telefoünçün ümumilikdə, 8718 manat olmaqla, ondan, 7420.08 manat ödənilməmiş hissə, 1297.92 manat dəbbə borcu qalmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan xx.xx.2023-cü il tarixli, 03915033 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh İMEİ KODU **********32304 İPHONE 13 PRO markalı telefon, İMEİ KODU **********83545 İPHONE 14 markalı telefon, İMEİ KODU **********14286 İPHONE 12 MİNİ markalı telefon, İMEİ kodu **********79114 İPHONE 13 PRO MAX markalı telefon, İmei kodu **********14482 İPHONE 13 PRO MAX markalı telefonlar verilmişdir. İşdə olan bildirişlərdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 03915033 nömrəli müqavilə üzrə alınan malın tam sahiblik hüququ borc ödənilib qurtarana kimi "xxxx" MMC-nin əmlakı hesab olunması izah edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 7420,08 manat əsas, 1297,92 manat cərimə borcu yaranmışdır. İşdə olan məktubun surətindən görünür ki, ABC Telecom MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, ABC Telecom MMC məhkəmədə iddia qaldırmaq üçün 107,18 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********32304 İPHONE 13 PRO markalı telefon, İMEİ KODU **********83545 İPHONE 14 markalı telefon, İMEİ KODU **********14286 İPHONE 12 MİNİ markalı telefon, İMEİ kodu **********79114 İPHONE 13 PRO MAX markalı telefon, İmei kodu **********14482 İPHONE 13 PRO MAX markalı telefon almışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 7420.08 manat (12 ay x 618.34 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********32304 İPHONE 13 PRO markalı telefon, İMEİ KODU **********83545 İPHONE 14 markalı telefon, İMEİ KODU **********14286 İPHONE 12 MİNİ markalı telefon, İmei kodu **********79114 İPHONE 13 PRO MAX markalı telefon, İmei kodu **********14482 İPHONE 13 PRO MAX markalı telefoünçün ümumilikdə, 8718 manat olmaqla, ondan, 7420.08 manat ödənilməmiş hissə, 1297.92 manat dəbbə borcu qalmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən dəbbə pulunun azaldılaraq, 500 manat həddində tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7420,08 manat əsas, 500 manat cərimə, cəmi 8718 manat və 107,18 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-590/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-590/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver