Məhkəmə qərarları › İş №e-2(050)-597/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-597/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-597/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********26007 Samsung Galaxy S22 markalı telefon, Samsung charger üçün 1352.6 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 405.78 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********37060 Samsung Galaxy S24 markalı telefon üçün 1951.60 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 585.48 manat cərimə, cəmi 4342.66 manat borcun və 63.43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********26007 Samsung Galaxy S22 markalı telefon, Samsung charger, İMEİ kod **********37060 Samsung Galaxy S24 markalı telefon almış və nəticədə 4342.66 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2420.12 manat (18 ay x 131.12 manat + 59.96 manat ilkin ödəniş) olan İMEİ kod **********26007 Samsung Galaxy S22 markalı telefon, Samsung charger üçün ümumilikdə 1781.98 manat olmaqla ondan 1352.6 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, güzəşt olunaraq 405.78 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3019.10 manat (18 ay x 139.95 manat + 500 manat ilkin ödəniş) olan İMEİ kod **********37060 Samsung Galaxy S24 markalı telefon üçün ümumilikdə 2560.58 manat olmaqla ondan 1951.60 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, güzəşt olunaraq 585.48 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində Qızıl Zəmanət Ultra2 il xidmətindən imtina etmiş və məhsul 330 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində Paket M və Qızıl Zəmanət Ultra3 il xidmətindən imtina etmiş və məhsul 517.49 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 737.52 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 330 manat, xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 550.01 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 517.49 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 176055 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 131.12 manat ödəməklə (ilkin ödəniş 59.96 manat) 2420.12 manat dəyərində İMEİ kod **********26007 Samsung Galaxy S22 markalı telefon, Samsung charger satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 09644516 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 139.95 manat ödəməklə (ilkin ödəniş 500 manat) 3019.10 manat dəyərində İMEİ kod **********37060 Samsung Galaxy S24 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2023-cü il tarixli, 176055 saylı müqavilə üzrə 100 manat, xx.xx.2024-cü il tarixli, 09644516 saylı müqavilə üzrə 100 manat məbləğində saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1352.6 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 50 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1951.60 manat ödənilməmiş hissə, 23.60 manat İnnovativ Layihələr Mərkəzi rüsumu, 50 manat cərimə, cəmi 3451.40 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 63.43 manat məbləğində pul vəsaitinin 54.51 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar