Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-598/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: Tərəflər: İddiaçı "xxxx" MMC. Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 15 fevral 2024-cü il tarixli müqaviləyə əsasən (İMEİ kod **********75869 olan “Samsung Galaxy A34” markalı telefon), 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən (X1), 10 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən (Trimmer Panasonic) Müqavilənin predmeti - nisyə alğı-satqı müqavilələri. Tələb olunan məbləğ: 15 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 463,10 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,60 manat rüsum, 138,93 manat cərimə, 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən 409,50 manat ödənilməmiş hissə, 122,85 manat cərimə, 10 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 136,60 manat ödənilməmiş hissə, 40,98 manat cərimə. Ümumilikdə 1335,56 manat borc və 33,36 manat ödənilmiş dövlət rüsumu. Sübutlar: Alğı-satqı müqavilələri, ödəniş cədvəllər, əşyaların təhvil-təslim aktları, maliyyə arayışı, dövlət rüsumunun ödənilməsi barədə qəbz, pretenziya qaydasına əməl olunmasına dəlalət edən bildiriş. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia qismən əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 15 fevral 2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********75869 olan “Samsung Galaxy A34” markalı telefon, 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən X1, 10 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən Trimmer Panasonic almış, lakin borcunu müqavilələr ilə nəzərdə tutulan qaydada ödəməmişdir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, iddiaçının 15 fevral 2024-cü il, 08 mart 2024-cü il və 10 yanvar 2024-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 15 fevral 2024-cü il tarixli müqaviləyə əsasən 463,10 manat əsas borc, İnnovativ Layihələr Mərkəzi rüsumu üçün ödənilən 23,60 manat rüsum, 30 manat cərimə, 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən 409,50 manat əsas borc, 30 manat cərimə, 10 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən 136,60 manat əsas borc və 10 manat cərimə, ümumilikdə 1102,80 (min yüz iki manat səksən qəpik) manat məbləğində borc və 33,36 manat ödənilmiş manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №e-2(050)-598/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-598/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver