Məhkəmə qərarları › İş №e-2(050)-634/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-634/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-634/2024 10.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Mən Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı Qanuni nümayəndə İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri Masallı Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək müəyyən etdim: Qanuni nümayəndə İB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. 10 yanvar 2023-cü il tarixdə iddiaçının nümayəndəsi İddiaçı məhkəməyə ərizə ünvanlyaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri icraata götürmədən geri qaytarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qanuni nümayəndə İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar