Məhkəmə qərarları › İş №e-2(050)-652/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-652/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-652/2025 07.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********39166 Xiaomi Redmi 13 markalı telefon üçün 459.4 manat ödənilməmiş hissə, 137.82 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********98245 Xiaomi Redmi 13C markalı telefon üçün 367.4 manat ödənilməmiş hissə, 110.22 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********45925 Xiaomi Redmi 13C markalı telefon üçün 315 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, 94.5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********27922 Xiaomi Redmi 13C markalı telefon üçün 250 manat ödənilməmiş hissə, 75 manat cərimə, cəmi 1832.94 manat borcun və 38.33 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kod **********39166 Xiaomi Redmi 13 markalı telefon, İMEİ kod **********98245 Xiaomi Redmi 13C markalı telefon, İMEİ kod **********45925 Xiaomi Redmi 13C markalı telefon, İMEİ kod **********27922 Xiaomi Redmi 13C markalı telefon almış və nəticədə 1832.94 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 504.36 manat (12 ay x 38.28 manat + 45 manat ilkin ödəniş) olan İMEİ kod **********39166 Xiaomi Redmi 13 markalı telefon üçün ümumilikdə 597.22 manat olmaqla ondan 459.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 137.82 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 402.44 manat (12 ay x 30.62 manat + 35 manat ilkin ödəniş) olan İMEİ kod **********98245 Xiaomi Redmi 13C markalı telefon üçün ümumilikdə 477.62 manat olmaqla ondan 367.4 manat ödənilməmiş hissə, güzəşt olunaraq 110.22 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 350 manat (12 ay x 26.25 manat + 35 manat ilkin ödəniş) olan İMEİ kod **********45925 Xiaomi Redmi 13C markalı telefon üçün ümumilikdə 433.10 manat olmaqla ondan 315 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, güzəşt olunaraq 94.5 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 279.96 manat (12 ay x 20.83 manat + 30 manat ilkin ödəniş) olan İMEİ kod **********27922 Xiaomi Redmi 13C markalı telefon üçün ümumilikdə 325 manat olmaqla ondan 250 manat ödənilməmiş hissə, güzəşt olunaraq 75 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 144.96 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 03577425 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 38.28 manat ödəməklə (ilkin ödəniş 45 manat) 504.36 manat dəyərində İMEİ kod **********39166 Xiaomi Redmi 13 markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 08924458 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 30.62 manat ödəməklə (ilkin ödəniş 35 manat) 402.44 manat dəyərində İMEİ kod **********98245 Xiaomi Redmi 13C markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 05023366 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 26.25 manat ödəməklə (ilkin ödəniş 35 manat) 350 manat dəyərində İMEİ kod **********45925 Xiaomi Redmi 13C markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 18684150 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 20.83 manat ödəməklə (ilkin ödəniş 30 manat) 279.96 manat dəyərində İMEİ kod **********27922 Xiaomi Redmi 13C markalı telefon markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2024-cü il tarixli, 03577425 saylı müqavilə üzrə 27.56 manat, xx.xx.2024-cü il tarixli, 08924458 saylı müqavilə üzrə 22.04 manat, xx.xx.2024-cü il tarixli, 05023366 saylı müqavilə üzrə 9.45 manat, xx.xx.2024-cü il tarixli, 18684150 saylı müqavilə üzrə 7.5 manat məbləğində saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 459.4 manat ödənilməmiş hissə, 27.56 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 367.4 manat ödənilməmiş hissə, 22.04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 315 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, 9.45 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 250 manat ödənilməmiş hissə, 7.5 manat cərimə, cəmi 1481.95 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 38.33 manat məbləğində pul vəsaitinin 34.82 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar