Məhkəmə qərarları › İş №e-2(050)-730/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-730/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-730/2024 05.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79694 İphone 14 PRO markalı telefon üçün 2788.96 manat ödənilməmiş hissə, 457.2 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********48008 İphone 14 PRO markalı telefon üçün 2460 manat ödənilməmiş hissə, 369.84 manat cərimə, cəmi 6076 manat borcun və 80.76 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79694 İphone 14 PRO markalı telefon, İMEİ kodu **********48008 İphone 14 PRO markalı telefon almış və nəticədə 6076 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3048.96 manat (12 ay x 254.08 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********79694 İphone 14 PRO markalı telefon üçün ümumilikdə 3246.16 manat olmaqla ondan 2788.96 manat ödənilməmiş hissə, güzəşt olunaraq 457.2 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3210 manat (12 ay x 205 manat + 750 manat ilkin ödəniş) İMEİ kodu **********48008 İphone 14 PRO markalı telefon üçün ümumilikdə 2829.84 manat olmaqla ondan 2460 manat ödənilməmiş hissə, güzəşt olunaraq 369.84 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1010 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər - tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79694 İphone 14 PRO markalı telefon, İMEİ kodu **********48008 İphone 14 PRO markalı telefon almışdır. Hesab edir ki, ona hesablanmış cərimə borcu çoxdur. Sonda Cavabdeh cərimıə borclarının azaldılaraq, iddianın qismən təmin edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 04094439 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 254.08 manat ödəməklə (ilkin ödəniş 0 manat) 3048.96 manat dəyərində İMEİ kodu **********79694 İphone 14 PRO markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 13684543 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 205 manat ödəməklə (ilkin ödəniş 205 manat) 3210 manat dəyərində İMEİ kodu **********48008 İphone 14 PRO markalı telefon satmağı, cavabdeh isə aldığı əşyaların dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. 09 yanvar 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2788.96 manat əsas, 457.2 manat cərimə, cəmi 3246.16 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2460 manat əsas, 369.84 manat cərimə, cəmi 2829.84 manat borcu vardır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh xəbərdarlıq göndərilməklə xx.xx.2023-cü il və xx.xx.2023-cü tarixli müqavilələr üzrə öhdəliklərin icrasının gecikdirilməsi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 80.76 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 04094439 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 3048.96 manat olan İMEİ kodu **********79694 İphone 14 PRO markalı telefon hissə-hissə, yəni 12 ay müddətində hər ay 254.08 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixli, 13684543 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 3210 manat olan İMEİ kodu **********48008 İphone 14 PRO markalı telefon hissəhissə, yəni 12 ay müddətində hər ay 205 manat ödəmək şərti ilə satılmış, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsədə, alıcı öhdəliyini lazımınca icra etməyərək, aylıq ödənişlərində müəyyənləşdirilmiş məbləğdən az ödəniş etmiş, aldığı əşyaların dəyərini tam şəkildə ödəməmiş, onun xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2788.96 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2460 manat əsas borcu var. Müqavilədə ödənişlər üzrə gecikmələr olduğu halda penya ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqavilələr üzrə əsas borcunu qəbul edir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2023-cü il tarixli, 04094439 saylı müqavilə üzrə 45.72 manat, xx.xx.2023-cü il tarixli, 13684543 saylı müqavilə üzrə 36.98 manat məbləğində saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2788.96 manat ödənilməmiş hissə, 45.72 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2460 manat ödənilməmiş hissə, 36.98 manat cərimə, cəmi 5331.66 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 80.76 manat məbləğində pul vəsaitinin 73.32 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2788.96 manat ödənilməmiş hissə, 45.72 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2460 manat ödənilməmiş hissə, 36.98 manat cərimə, cəmi 5331.66 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 80.76 manat məbləğində pul vəsaitinin 73.32 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar