Məhkəmə qərarları › İş №e-2(050)-730/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-730/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-730/2025 14.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Mən, Masallı Rayon Məhkəməsinin hakimi Hüseynov Elşən Təbrizoviç İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı - İddiaçı MMC. Cavabdeh - Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilə: 27 yanvar 2020-ci il tarixli müqavilə (məişət avadanlığı) 22 may 2020-ci il tarixli müqavilə (məişət avadanlığı) Müqavilənin predmet – borc müqaviləsi Tələb olunan məbləğ: 27 yanvar 2020-ci il və 22 may 2020-ci il tarixli müqavilələr üzrə 696 manat əsas borc və 30 manat dövlət rüsumu. Sübutlar: borc müqavilələri, maliyyə arayışı, pretenziya, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 600.1-ci, 601.1-ci və 443.1-ci, 462.1-ci, 465.2-ci və 467-ci maddələri. Hesab edirəm ki, iddia əsaslıdır. İş materiallarına əsasən müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-dən 27 yanvar 2020-ci il və 22 may 2020-ci il tarixli borc müqavilələri üzrə məişət avadanlıqları almış, lakin borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Məhkəmə təqdim edilən sənədlərin qərar çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədləri məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək borc məbləği və digər xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284- 5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİM: İddia tələbi təmin edilsin. Cavabdeh 27 yanvar 2020-ci il və 22 may 2020-ci il tarixli müqavilələr üzrə 696 (altı yüz doxsan altı manat) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar