Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-739/2025 17.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və iş materiallarına əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda cavabdehə borcunu ödəməsi üçün 5 gün müddətində vaxt verilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin hazırki iddia ərizəsi ilə məhkəməyə xəbərdarlıq məktubunda göstərilmiş müddət gözlənilmədən, yəni xx.xx.2025-ci il tarixdə müraciət edildiyi müəyyən edilir. Bu halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pretenziya qaydaları pozulmuşdur. Bununla da iddiaçı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6cı maddəsinin tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələrin (şikayətlər) qaytarılması və ya baxılmamış saxlanılması, habelə notariat əməliyyatlarının icrasından imtina edilməsi dövlət rüsumunun qaytarılması əsaslarından biridir. Odur ki, iddia verilməsi üçün ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********09 olan) 30 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********09 olan) 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-739/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-739/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver