Məhkəmə qərarları › İş №e-2(050)-855/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-855/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-855/2024 26.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********25387 İphone 13 PRO markalı telefon, Apple 20W USB-C adapter üçün 2810.26 manat ödənilməmiş hissə, 281.74 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Havlu tekstil SV Gıza 80*160 Havlu varyant 1, Havlu tekstil SV Gıza 50*90 Havlu varyant 1, Yatak örtüsü+Nevresim takımı tekstil SV Perla yatak örtüsü Nevresim TA varyant 1, 4 ədəd yastıq tekstil SG Super Bambu yastıq (100% Bambu tərkibli) 50X70 sm,Yataq dəsti tekstil GM Laura Grand (CK) PQ 10 AG, yorğan tekstil SG Bambu yorğan 195*215, Bornoz tekstil SV Gıza Bornoz (L) varyant 1 üçün 549.08 manat ödənilməmiş hissə, 54.92 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 ədəd İzqara Delonghi üçün 463.03 manat ödənilməmiş hissə, 46.97 manat cərimə; xx.xx.2022ci il tarixli müqaviləyə əsasən Yorğan tekstil SG yay yorğan (Dekorlu parça) 195X215 sm (100% Polyester), süfrə tekstil SG süfrə Buta minimal 160X220 sm, Döşək tekstil SG Sarvagelli döşək (Bambu sintifon tərkibli) 160X200 sm üçün 178.08 manat ödənilməmiş hissə, 17.92 manat cərimə, cəmi 4402 manat borcun və 64.02 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********25387 İphone 13 PRO markalı telefon, Apple 20W USB-C adapter, Havlu tekstil SV Gıza 80*160 Havlu varyant 1, Havlu tekstil SV Gıza 50*90 Havlu varyant 1, Yatak örtüsü+Nevresim takımı tekstil SV Perla yatak örtüsü Nevresim TA varyant 1, 4 ədəd yastıq tekstil SG Super Bambu yastıq (100% Bambu tərkibli) 50X70 sm,Yataq dəsti tekstil GM Laura Grand (CK) PQ 10 AG, yorğan tekstil SG Bambu yorğan 195*215, Bornoz tekstil SV Gıza Bornoz (L) varyant 1, 2 ədəd İzqara Delonghi, Yorğan tekstil SG yay yorğan (Dekorlu parça) 195X215 sm (100% Polyester), süfrə tekstil SG süfrə Buta minimal 160X220 sm, Döşək tekstil SG Sarvagelli döşək (Bambu sintifon tərkibli) 160X200 sm almış və nəticədə 4402 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 4639.96 manat (12 ay x 379.33 manat + 88 manat ilkin ödəniş) olan İMEİ kodu **********25387 İphone 13 PRO markalı telefon, Apple 20W USB-C adapter üçün ümumilikdə 3092 manat olmaqla ondan 2810.26 manat ödənilməmiş hissə, güzəşt olunaraq 281.74 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1298.4 manat (12 ay x 108.2 manat + 0 manat ilkin ödəniş) olan Havlu tekstil SV Gıza 80*160 Havlu varyant 1, Havlu tekstil SV Gıza 50*90 Havlu varyant 1, Yatak örtüsü+Nevresim takımı tekstil SV Perla yatak örtüsü Nevresim TA varyant 1, 4 ədəd yastıq tekstil SG Super Bambu yastıq (100% Bambu tərkibli) 50X70 sm,Yataq dəsti tekstil GM Laura Grand (CK) PQ 10 AG, yorğan tekstil SG Bambu yorğan 195*215, Bornoz tekstil SV Gıza Bornoz (L) varyant 1 üçün ümumilikdə 604 manat olmaqla ondan 549.08 manat ödənilməmiş hissə, güzəşt olunaraq 54.92 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 984 manat (12 ay x 82 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd İzqara Delonghi üçün ümumilikdə 510 manat olmaqla ondan 463.03 manat ödənilməmiş hissə, güzəşt olunaraq 46.97 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 394.92 manat (12 ay x 32.91 manat + 0 manat ilkin ödəniş) olan Yorğan tekstil SG yay yorğan (Dekorlu parça) 195X215 sm (100% Polyester), süfrə tekstil SG süfrə Buta minimal 160X220 sm, Döşək tekstil SG Sarvagelli döşək (Bambu sintifon tərkibli) 160X200 sm üçün ümumilikdə 196 manat olmaqla ondan 178.08 manat ödənilməmiş hissə, güzəşt olunaraq 17.92 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3316.83 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər - tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 03741286 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 379.33 manat ödəməklə (ilkin ödəniş 88 manat) 4639.96 manat dəyərində İMEİ kodu **********25387 İphone 13 PRO markalı telefon, Apple 20W USB-C satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 02001223 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 108.2 manat ödəməklə (ilkin ödəniş 0 manat) 1298.4 manat dəyərində Havlu tekstil SV Gıza 80*160 Havlu varyant 1, Havlu tekstil SV Gıza 50*90 Havlu varyant 1, Yatak örtüsü+Nevresim takımı tekstil SV Perla yatak örtüsü Nevresim TA varyant 1, 4 ədəd yastıq tekstil SG Super Bambu yastıq (100% Bambu tərkibli) 50X70 sm,Yataq dəsti tekstil GM Laura Grand (CK) PQ 10 AG, yorğan tekstil SG Bambu yorğan 195*215, Bornoz tekstil SV Gıza Bornoz (L) varyant 1 satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 82 manat ödəməklə (ilkin ödəniş 0 manat) 984 manat dəyərində 2 ədəd İzqara Delonghi satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 02001550 saylı müqavilədən görünür ki, iddiaçı "xxxx" tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 32.91 manat ödəməklə (ilkin ödəniş 0 manat) 394.92 manat dəyərində Yorğan tekstil SG yay yorğan (Dekorlu parça) 195X215 sm (100% Polyester), süfrə tekstil SG süfrə Buta minimal 160X220 sm, Döşək tekstil SG Sarvagelli döşək (Bambu sintifon tərkibli) 160X200 sm satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsas borc hissədə əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq xx.xx.2022-ci il tarixli, 03741286 saylı müqavilə üzrə 28.17 manat, xx.xx.2022-ci il tarixli, 02001223 saylı müqavilə üzrə 5.49 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə 4.70 manat, xx.xx.2022-ci il tarixli, 02001550 saylı müqavilə üzrə 1.79 manat məbləğində saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2810.26 manat ödənilməmiş hissə, 28.17 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 549.08 manat ödənilməmiş hissə, 5.49 manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 463.03 manat ödənilməmiş hissə, 4.70 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 178.08 manat ödənilməmiş hissə, 1.79 manat cərimə, cəmi 4040.6 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 64.02 manat məbləğində pul vəsaitinin 60.41 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar