Məhkəmə qərarları › İş №e-2(050)-887/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-887/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-887/2025 05.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 166.04 manat əsas borc, 174.96 manat dəbbə pulu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 371 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış aşağda göstərilən hissəli ödənişlə nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə şəxsi istifadə məqsədləri üçün müxtəlif əşyaları təmin etməyi (satmağı), cavabdeh isə həmin əşyaların dəyərinin müqavilədə razılaşdırılmış müddətlərdə hissəli ödənişlə iddiaçıya ödənilməsini öz öhdələrinə götürmüşlər. 23 iyul 2023-cü il tarixli, 003-DFM-0409-23 saylı Müqavilə üzrə 23 iyul 2023-cü tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 650 manat dəyərində “Samsung A145 128 GB İmei1.**********32893 İmei2.**********32893” adlı mobil telefonu cavabdeh tərəfindən ilkin ödəniş (avans) olaraq ödənilmiş 70 manat çıxılmaqla malın qalan 580 manat dəyərinin 12 ay müddətinə hissəli ödənişi şərti ilə cavabdehə təmin edilmişdir (satılmışdır). 23 iyul 2023-cü il tairxli, 003-DFM-0409-23 saylı Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən Cavabdeh 23 iyul 2023-cü il tarixindən etibarən 12 təqvim ayı müddətində hər ayın 23-ü Müqavilə üzrə təchiz edilmiş mala görə 48 manat (sonuncu ayda 52 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış tarix üzrə (xx.xx.2024-cü il) cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. 15 noyabr 2023-cü il tarixli, 003-DFM-0967-23 saylı müqavilə üzrə 15 noyabr 2023-cü tarixində tərəflər arasında bağlanmış təhvil-təslim aktı və qaimə əsasında 1 ədəd 340 manat dəyərində “Behkaran 371” adlı qaz sobasını 12 ay müddətinə hissəli ödənişi şərti ilə cavabdehə təmin edilmişdir (satılmışdır). 15 noyabr 2023-cü il tairxli, 003- DFM-0967-23 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 01 saylı Əlavəyə əsasən cavabdeh 15 noyabr 2023-cü il tarixindən etibarən 12 təqvim ayı müddətində hər ayın 15-i müqavilə üzrə təchiz edilmiş mala görə 28 manat (sonuncu ayda 32 manat) məbləğində ödənişi icra etməli olsa da, öhdəliyin icra vaxtı çatmış ardıcıl 4 tarix üzrə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il) cavabdeh iddiaçıya hər hansı vəsait ödəməmişdir. Hər iki müqavilənin 8.8-ci yarımbəndinə uyğun olaraq mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə 26 dekabr 2024-cü il tarixində cavabdehin rəsmi və faktiki ünvanlarına DFXO 333 və DFXO 335 nömrəli bildirişlər ilə müraciət edilmiş və əsas borcla dəbbə pulu məbləğinin 3 (üç) iş günü ərzində tam həcmdə ödənilməsi tələb edilmişdir. Cavabdeh malları təhvil-təslim aktları əsasında tam həcmdə, komplekt, yeni, istifadə (istismara) yararlı, müqavilə şərtlərinə, həcminə və spesifikasiyalara uyğun, lazımi keyfiyyətdə (hər hansı zədə, qüsur və ya aşınma olmadan) qəbul etmiş və müqavilələrin 8.3-cü yarımbəndində müəyyən olunan 14 təqvim günü ərzində malların keyfiyyətinə dair hər hansı irad bildirməmişdir. Malların keyfiyyətində hər hansı qüsurun olmamasına və satıcı tərəfindən müqavilə üzrə hər hansı öhdəliyin pozulmamasına baxmayaraq alıcı ödənilməli olan pul vəsaitini əsassız olaraq ödəməmiş və müqavilə üzrə öhdəliklərini icra etməkdən əsassız olaraq imtina etmişdir. Müqavilələrin 2.6-cı yarımbəndinə əsasən alıcı müqavilə üzrə hər hansı ödənişi istənilən səbəbdən ödəməzsə və alıcının öhdəliklərini icra etməməsi ehtimalı məlum olarsa, o zaman satıcı malları qiymətləndirməklə geri götürmək və ya malın vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququna malikdir. Alıcı tərəfindən bir müqavilə üzrə vaxtı çatmış öhdəlik ardıcıl bir dəfə, digər müqavilə üzrə isə ardıcıl dörd dəfə icra edilməmişdir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməyəcəyi aşkar məlum olduğundan, satıcı müqavilənin 2.6-cı yarımbəndində müəyyən edilən hüququndan istifadə edərək malın qiymətinin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. İndiki halda iddiaçı tərəfindən cavabdehə hər iki müqavilə üzrə ayrılıqda aşağıdakı tarixlərdə məbləğlərdə ödənişlər icra edilmişdir və hər bir Müqavilə üzrə cari tarixə mövcud olan əsas borc və dəbbə pulu aşağıdakı kimidir. 23 iyul 2023-cü il tairxli, 003-DFM-0409-23 saylı müqavilə üzrə ümumilikdə 650 manat dəyərində mal təhvil verilmiş, mala görə 70 manat ilkin ödəniş və xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər (həmin tarix də daxil olmaqla) ümumi 572 manat ödəniş edilmiş, aylıq ödəniş cədvəli ilə ödənilmiş 572 manat vəsaitin 528.86 manat hissəsi Müqavilə üzrə əsas borc məbləğindən, 43.14 manat hissəsi isə müqavilə üzrə hesablanmış dəbbə pulu borcundan silinmişdir. Lakin malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 23 iyul 2023-cü il tairxli, 003-DFM-0409-23 saylı müqavilə üzrə 51.14 manat əsas borc və cari tarixə olan 77.86 manat dəbbə pulu borcu olmaqla, cəmi 129 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödəməlidir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə 15 noyabr 2023-cü il tairxli, 003-DFM-0967-23 saylı Müqavilə üzrə 340 manat dəyərində mal təhvil verilmiş, mala görə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixə qədər (həmin tarix də daxil olmaqla) ümumi 238 manat ödəniş edilmiş, ödənilmiş vəsaitin 225.10 manat hissəsi müqavilə üzrə əsas borc məbləğindən, 12.90 manat hissəsi isə müqavilə üzrə dəbbə pulu borcundan silinmişdir. Lakin malın qalan dəyəri üzrə cavabdeh tərəfindən ödəniş qrafiki üzrə bu günədək hər hansı ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən 15 noyabr 2023-cü il tairxli, 003-DFM-0967-23 saylı müqavilə üzrə 114.90 manat əsas borc və cari tarixə olan 97.10 manat dəbbə pulu borcu olmaqla, cəmi 212 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Hər iki müqavilə üzrə ümumi 166.04 manat məbləğində əsas borc, 174.96 manat məbləğində dəbbə pulu olmaqla, ümumi 341 manat vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş 23 iyul 2023-cü il tarixli, 003-DFM-0409-23 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 48 manat ödəməklə (ilkin ödəniş 70 manat, sonuncu ay 52 manat) 650 manat dəyərində “Samsung A145 128 GB İmei1.**********32893 İmei2.**********32893” markalı telefon satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 15 noyabr 2023-cü il tairxli, 003-DFM-0967-23 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 28 manat ödəməklə (ilkin ödəniş 0 manat, sonuncu ay 32 manat) 340 manat dəyərində “Behkaran 371” adlı qaz sobası satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi Cavabdeh alğı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, 23 iyul 2023-cü il və 15 noyabr 2023-cü il tarixli alğı-satqı müqavilələrinə əsasən Cavabdeh ona satılmış əşyanın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 23 iyul 2023cü il tarixli müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 5.86 manat, 15 noyabr 2023-cü il tarixli müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 11.10 manat məbləğində saxlanılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 23 iyul 2023-cü il tarixli, 003-DFM-0409-23 saylı müqaviləyə əsasən 51.14 manat ödənilməmiş hissə və 5.86 manat cərimə, 15 noyabr 2023-cü il tairxli, 003- DFM-0967-23 saylı müqaviləyə əsasən 114.90 manat ödənilməmiş hissə, 11.10 manat cərimə, ümumilikdə 183 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar