Məhkəmə qərarları › İş №e-2(050)-890/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-890/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-890/2024 06.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli 309949 saylı müqavilə üzrə 305 manat əsas borc, 43 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 309950 saylı müqavilə üzrə 305 manat əsas borc, 43 manat cərimə borcu ümumilikdə 696 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 309949 saylı alqı-satqı müqaviləsinə əsasən, “Ətçəkənə” görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla (birinci ay 30 manat), cəmi 315 manat, xx.xx.2022-ci il tarixli № 309950 saylı alqı-satqı müqaviləsinə əsasən, “Tozsorana” görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla (birinci ay 30 manat), cəmi 315 manat manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № 309949 saylı alqısatqı müqaviləsi üzrə 305 manat əsas borc, 43 manat cərimə cəmi 348 manat borc, xx.xx.2022-ci il tarixli № 309950 saylı alqı-satqı müqaviləsi üzrə 305 manat əsas borc 43 manat cərimə cəmi 348 manat borcu, ümumiliksə iki müqavilə üzrə 610 manat əsas borc, 86 manat cərimə, 696 manat borcu yaranmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 0.5 manat) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehə yaranmış borcun ödənilməsi barədə rəsmi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq bu vaxta kimi öhdəliklərini icra etməmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İş materiallarında olan 309949 nömrəli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən ki, İddiaçı MMC ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh İddiaçı mağazasından 12 ay müddətinə, 315 manat dəyərində olan “Ətçəkən” markalı əşyanı almışdır. İş materiallarında olan 309950 nömrəli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən ki, İddiaçı MMC ilə Cavabdeh arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh İddiaçı mağazasından 12 ay müddətinə, 315 manat dəyərində olan “Tozsoran” markalı əşyanı almışdır. İşdə olan xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. və 601.1.-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, iş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № 309949 saylı alqı-satqı müqaviləsinə əsasən, “Ətçəkənə” görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla (birinci ay 30 manat), cəmi 315 manat, xx.xx.2022-ci il tarixli № 309950 saylı alqı-satqı müqaviləsinə əsasən, “Tozsorana” görə 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla (birinci ay 30 manat), cəmi 315 manat manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli № 309949 saylı alqısatqı müqaviləsi üzrə 305 manat əsas borc, 43 manat cərimə cəmi 348 manat borc, xx.xx.2022-ci il tarixli № 309950 saylı alqı-satqı müqaviləsi üzrə 305 manat əsas borc 43 manat cərimə cəmi 348 manat borcu, ümumiliksə iki müqavilə üzrə 610 manat əsas borc, 86 manat cərimə, 696 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli № 309949 müqaviləsi üzrə 305 manat əsas borc, 43 manat cərimə, cəmi 348 manat borc, xx.xx.2022-ci il tarixli № 309950 müqaviləsi üzrə 305 manat əsas borc, 43 manat cərimə cəmi 348 manat borcu, ümumiliksə iki müqavilə üzrə 310 manat əsas borc, 86 manat cərimə, 696 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar