Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-905/2024 11.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X5, İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 509.9 manat əsas, 76.4 manat cərimə, cəmi 586.3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 172.4 manat əsas, 25.8 manat cərimə, cəmi 198.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 247.9 manat əsas, 37.1 manat cərimə, cəmi 285 manat, üç müqavilə üzrə 930.2 manat əsas, 139.3 manat cərimə, cəmi 1069.5 manat borc və 30.69 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefon və "Fakir" markalı blenderə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 133 manat olmaqla cəmi 1589.90 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 138 manat və qalıq qalmış 509.90 manat borcu qaytarmamışdır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 764 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 764 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i təşkilat tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 76.4 manat "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin, iddiaçı "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı paltaryuyan maşın və "Euro Gold" paltar quruducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 1189.40 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 80 manat və qalıq qalmış 172.40 manat borcu qaytarmamışdır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 258 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 258 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i təşkilat tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 25.80 manat "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin, iddiaçı "xxxx" MMC ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499.90 manat ödəməyi öhdəsinə götürmüşdür. X1 müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 42 manat və qalıq qalmış 247.90 manat borcu qaytarmamışdır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 371 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 371 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i təşkilat tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 37.10 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə cavabdeh X3 xx.xx.2024-cü il tarixə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən 509.9 manat əsas, 76.4 manat cərimə, cəmi 586.3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 172.4 manat əsas, 25.8 manat cərimə, cəmi 198.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 247.9 manat əsas, 37.1 manat cərimə, cəmi 285 manat, üç müqavilə üzrə 930.2 manat əsas, 139.3 manat cərimə, cəmi 1069.5 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, X6 ilə bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı mobil telefon və "Fakir" markalı blenderə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 133 manat olmaqla cəmi 1589.90 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “LG” markalı paltaryuyan maşın və "Euro Gold" paltar quruducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 67 manat olmaqla cəmi 1189.40 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Honor” markalı saata görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 499.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə "xxxx" MMC-yə borcu yaranmışdır. "xxxx" MMC X3 ümumilikdə üç müqavilə üzrə ümumilikdə 1069.5 manat məbləğində borcunun yarandığını bildirir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2024-cü il tarixə cavabdehin təşkilata olan borcunu əks etdirən maliyyə arayışlarını əsas götürüb hesab edir ki, iddia tələbi tələb edilən hissədə əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 219-220, 284-6-cı, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 509.9 manat əsas, 76.4 manat cərimə, cəmi 586.3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 172.4 manat əsas, 25.8 manat cərimə, cəmi 198.2 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 247.9 manat əsas, 37.1 manat cərimə, cəmi 285 manat, üç müqavilə üzrə 930.2 manat əsas, 139.3 manat cərimə, cəmi 1069.5 manat borc və 30.69 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-905/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-905/2024
11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver