Məhkəmə qərarları › İş №e-2(050)-921/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-921/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-921/2024 19.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq Cavabdeh 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 500 manat əsas, 100 manat cərimə, 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1955 manat əsas, 400 manat cərimə, 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1880 manat əsas, 300 manat cərimə borcu və 65 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 4500 məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 20 yanvar 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 600 manat olan məişət avadanlığı əldə eetmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 500 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1950 manat cərimə borcu yaranmışdır (500 manat x 390 gün x 1%=1950 manat). İddiaçı cərimə borcunu cavabdehdən 100 manat məbləğində tələb edir. Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 07 fevral 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2139 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1955 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 3519 manat cərimə borcu yaranmışdır (1955 manat x 180 gün x 1%=3519 manat). İddiaçı cərimə borcunu cavabdehdən 400 manat məbləğində tələb edir. Cavabdeh İddiaçı MMC ilə müddəti 20 ay olmaqla 15 mart 2022-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2273 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1880 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1692 manat cərimə borcu yaranmışdır (1880 manat x 90 gün x 1%=1692 manat). İddiaçı cərimə borcunu cavabdehdən 300 manat məbləğində tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə il məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İş materiallarına əlavə edilmiş 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə ayda 50 manat ödəməklə (ilkin ödəniş 0 manat) 600 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 18 ay müddətinə ayda 115 manat ödəməklə (ilkin ödəniş 69 manat) 2070 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı müqavilədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 20 ay müddətinə ayda 99 manat ödəməklə (ilkin ödəniş 293 manat) 1980 manat dəyərində məişət avadanlığı satmağı, cavabdeh isə aldığı əşyanın dəyərini və gecikmə olduğu təqdirdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. 15 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMCyə 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı müqavilə üzrə ödənilməmiş 500 manat, 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı müqavilə üzrə ödənilməmiş 1955 manat, 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı müqavilə üzrə ödənilməmiş 1880 manat əsas borcu vardır. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 65 manat dövlət rüsumu ödənilmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı müqavilə üzrə 12 ay müddətinə ayda 50 manat ödəməklə (ilkin ödəniş 0 manat) 600 manat dəyərində, 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı müqavilə üzrə 18 ay müddətinə ayda 115 manat ödəməklə (ilkin ödəniş 69 manat) 2070 manat dəyərində, 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı müqavilə üzrə 20 ay müddətinə ayda 99 manat ödəməklə (ilkin ödəniş 293 manat) 1980 manat dəyərində məişət avadanlıqları verilmiş, cavabdeh verilmiş malları qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada ödənişləri iddiaçıya ödəməyi öhdəsinə götürsədə, alıcı öhdəliyini lazımınca icra etməmiş, nəticədə onun 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 500 manat əsas, 100 manat cərimə, 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1955 manat əsas, 400 manat cərimə, 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1880 manat əsas, 300 manat cərimə borcu yaranmışdır. Müqavilələrdə ödənişlər üzrə gecikmələr olduğu halda cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, müqavilədən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı müqavilə üzrə 10 manat, 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı müqavilə üzrə 40 manat, 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı müqavilə üzrə 30 manat məbləğində saxlanılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 500 manat əsas borc, 10 manat cərimə, 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1955 manat əsas, 40 manat cərimə, 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1880 manat əsas, 30 manat cərimə, cəmi 4415 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 65 manat məbləğində pul vəsaitinin 64.15 manat məbləğində hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 yanvar 2022-ci il tarixli, MRK6006487 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 500 manat əsas borc, 10 manat cərimə, 07 fevral 2022-ci il tarixli, MRK6006559 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1955 manat əsas, 40 manat cərimə, 15 mart 2022-ci il tarixli, MRK6006722 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1880 manat əsas, 30 manat cərimə, cəmi 4415 manat borc və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 65 manat məbləğində pul vəsaitinin 64.15 manat məbləğində hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar