Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-932/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh 122,50 manat əsas borc, 100,29 manat cərimə, cəmi 222,79 manat borcun və 30 manat dövlət rüsumu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh 122,50 manat əsas borc, 100,29 manat cərimə, cəmi 222,79 manat borcun və 30 manat dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin səlahiyyətli nümayəndəsi ərizə təqdim edərək, iddiaçının iddia ərizəsini geri götürdüyünü, sənədlərin geri qaytarılmasını və iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, işə mahiyyəti üzrə baxılmasnı xahiş etməmişdir. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11.-ci maddəsinə əsasə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-268, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh 122,50 manat əsas borc, 100,29 manat cərimə, cəmi 222,79 manat borcun və 30 manat dövlət rüsumu tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №e-2(050)-932/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-932/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver