Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-96/2023 12.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 2250 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırma tələb olunduğu üçün iddia icraatına keçirilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində ünvan 1 ünvanında mənzili vardır. Onunla Cavabdeh arasında hər ay 250 manat kirayə haqqı ödəmək şərti ilə Zaqatala rayon 2 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 3M-489 reyestr nömrəli kirayə müqaviləsi bağlanmışdır. Lakin cavabdeh 9 aydır ki, kirayə pulunu ödəməyib. Dəfələrlə ondan kirayə haqqını ödəməsini tələb etsə də müxtəlif bəhanələrlə kirayə haqqını ödəməkdən imtina etmişdir. Cavabdeh Zaqatala rayonunda Sərhəd Qoşunlarında hərbi hissədə işləmiş, sonradan məlum olmuşdur ki, o, iş yerindən çıxaraq yaşamaq üçün öz rayonuna getmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı və cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: Reyestrdə 3M-489 nömrə ilə qeydə alınmış xx.xx.2021-cı il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən-İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv/m, mənzili kirayəçi Cavabdeh aylıq 250 manat kirayə haqqı ödəmək şərti ilə kirayə vermişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon şöbəsinin rəisi Vəli Rzayev tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, reyestrdə 3M-489 nömrə ilə qeydə alınmış xx.xx.2021-cı il tarixli kirayə müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 29,4 kv/m, mənzili kirayəçi Cavabdeh aylıq 250 manat kirayə haqqı ödəmək şərti ilə kirayə vermişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tələbində cavabdehin 9 ay kirayə haqqını ödəmədiyini göstərmişdir. Lakin onun tərəfindən kirayə verilmiş mənzilin 9 ay müddətində cavabdehin istifadəsində olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Əksinə, yuxarıda göstərildiyi kimi cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Cavabdeh isə reyestrdə 3M-489 nömrə ilə qeydə alınmış xx.xx.2021-cı il tarixli kirayə müqaviləsinə görə istifadə etdiyi mənzilə görə kirayə haqqını ödəməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə yalnız şəxsiyyət vəsiqəsinin, kirayə müqaviləsinin, texniki pasportun, çıxarışın, etibarnamənin və dövlət rüsumunun surətləri əlavə edilmiş, cavabdeh tərəfindən isə iddiaya qarşı hər hansı bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessua Məcəlləsinin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İddiaçı kirayə müqaviləsinə əsasən cavabdehdən 9 ayın kirayə haqqını (9 ay x 250 = 2250 manat) tələb etsədə, işin halları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir, yəni iddiaçı kirayə verdiyi mənzildən cavabdehin 9 ay müddətində istifadə etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə yalnız şəxsiyyət vəsiqəsinin, kirayə müqaviləsinin, texniki pasportun, çıxarışın, etibarnamənin və dövlət rüsumunun surətləri əlavə edilmiş, cavabdeh tərəfindən isə iddiaya qarşı hər hansı bir münasibət bildirilməmiş, kirayə müqaviləsinə görə kirayə haqqı ödəməsi barədə sübut təqdim etməmişdir. Belə bir vəziyyətdə kirayə haqqı kirayə müqaviləsi bağlandığı xx.xx.2021-ci il tarixdən cavabdehin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçdiyi son tarix - xx.xx.2022-ci il tarixədək (6 ay 2 gün üçün, 6 ay x 250 manat = 1500 manat, 1 ay = 250 : 30 gün = 8.33 manat, 2 gün x 8.33 = 16.66 manat, 1500 manat + 16.66 manat = 1516.66 manat) hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45 manat dövlət rüsumunun 33,70 manatı cavabdehə, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Reyestrdə 3M-489 nömrə ilə qeydə alınmış xx.xx.2021-cı il tarixli kirayə müqaviləsinə əsasən Cavabdeh 1516,66 manat kirayə haqqı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 45 manat dövlət rüsumunun 33,70 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-96/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-96/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver