Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-960/2025 06.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı "xxxx" Group MMC ilə Cavabdeh arasında 10 noyabr 2024-cü il tarixli 730 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 7050 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş üzrə Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə bağlandığı vaxtdan iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş cihazı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə 7050 manat borcu yaranmışdı. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, heç bir müsbət nəticə əldə olunmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının tələbi: Cavabdeh 7050 (yeddi min əlli) manat məbləğində pul vəsaiti, məhkəməyə müraciət üçün ödənilmiş 90.5 manat dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı "xxxx" Group MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilib iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. xx.xx.2025-cü il tarixdə keçirilmiş hazırlıq iclasında Cavabdeh ilə məhkəmə iclasında telefon vasitəsilə əlaqə saxlanılmış və cavabdeh iddia tələbini qismin qəbul etdiyini, hazırda şirkətə 5000 manat borcunun olmasını bildirmişdir. Əlavə olaraq cihazın ikinci əl olduğunu və hazırda qüsurlu olduğundan işləmədiyini, ilkin olaraq cihazla bağlı 12000 manata razılaşdıqlarını, 7000 manat ödədikdən sonra 5000 manat borcunun qalmasını, hazırki müqavilənin cihazın servisdən qayıtdıqdan sonra imzalandığını, müqavilədəki imzanın ona məxsus olmasına baxmayaraq, müqaviləni imzalayarkən onun məzmununu oxumadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2024-cü il tarixli, 730 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 7450 manat dəyərində cihaz verilmişdir. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 730 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ayda 391,66 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldırmaq üçün 90,50 manat dövlət rüsumu ödəmişdir. İşdə olan məktubun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1 və 601.1-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissəhissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı nisyə alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir. Cavabdeh aldığı malı dəyərini ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bundan əlavə cavabdeh tərəf hazırda müqavilə üzrə 5000 manat məbləğində borcunun qalmasını bildirsə də, buna dair heç sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7050 manat borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin olunduğuna görə onun tərəfindən ödənilmiş 90,5 (doxsan manat, 50 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7050 (yeddi min əlli) manat borc və 90,5 (doxsan manat, 50 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-960/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-960/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver