Məhkəmə qərarları › İş №e-2(051)-1005/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1005/2022

12.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1005/2022 12.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtüklər üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1 üçün 276 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Gorenje Maşa üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********81175 olan Samsung Galaxy A20 markalı telefon üçün 377 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HP markalı kompüter üçün 656 manat ödənilməmiş hissə, 65 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********74882 olan Samsung Galaxy A20 markalı telefon üçün 391 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78017 olan X2 7 markalı telefon üçün 486 manat ödənilməmiş hissə, 48 manat cərimə olmaqla ümumilikdə 2928 manat borc və 49.28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarıılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1005/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı nümayəndəsi məhkəməyə göndərdiyi iddia ərizəsinin məzmununda göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, İMEİ Kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtüklər, Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1, Gorenje Maşa, İMEİ Kodu **********81175, **********74882 və **********78017 olan 2 ədəd Samsung Galaxy A20 və X2 7 markalı telefon, HP markalı komputer almış və nəticədə 2928 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 363 manat (11 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN LED TV üçün ümumilikdə, 181 manat olmaqla ondan, 165 manat ödənilməmiş hissə, 16 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 414 manat (18 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtüklər üçün ümumilikdə 301 manat olmaqla ondan, 274 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 414 manat (18 ay x 23 manat + 0 manat ilkin ödəniş) Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1 üçün ümumilikdə 303 manat olmaqla ondan, 276 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 60 manat (12 ay x 5 manat + 0 manat ilkin ödəniş) Gorenje Maşa üçün 44 manat olmaqla ondan, 40 manat ödənilməmiş hissə, 4 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 555 manat (18 ay x 29 manat + 33 manat ilkin ödəniş) İMEİ kodu **********81175 olan Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə 414 manat olmaqla ondan, 377 manat ödənilməmiş hissə, 37 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 738 manat (18 ay x 41 manat + 0 manat ilkin ödəniş) HP markalı komputer üçün ümumilikdə 721 manat olmaqla ondan, 656 manat ödənilməmiş hissə, 65 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 463 manat (18 ay x 23 manat + 49 manat ilkin ödəniş) İMEİ kodu **********74882 olan Samsung Galaxy A20 markalı telefon üçün ümumilikdə 430 manat olmaqla ondan, 391 manat ödənilməmiş hissə, 39 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 544 manat (18 ay x 27 manat + 58 manat ilkin ödəniş) İMEİ kodu **********78017 olan X2 7 markalı telefon üçün ümumilikdə 534 manat olmaqla ondan, 486 manat ödənilməmiş hissə, 48 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 886 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin faktiki olduğu yer məlum olmadığına görə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanına məhkəmə bildirişi göndərilmiş, Mingəçevir şəhər,2 nömrəli SİƏD üzrə nümayəndəlik tərəfindən məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan məhkəmə işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı təşkilat cavabdehə HOFFMANN LED TV, İMEİ Kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtüklər, Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1, Gorenje Maşa, İMEİ Kodu **********81175, **********74882 və **********78017 olan 2 ədəd Samsung Galaxy A20 və X2 7 markalı telefon, HP markalı kompüteri nisyə satmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh ödəniş cədvəlində göstərilən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 363 manat borcu hər ay 33 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 414 manat borcu hər ay 23 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 414 manat borcu hər ay 23 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 60 manat borcu hər ay 5 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 555 manat borcu hər ay 29 manat (33 manat ilkin ödəniş), xx.xx.2019-cu il tarixli müqavilə üzrə 738 manat borcu hər ay 41 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 463 manat borcu hər ay 23 manat (49 manat ilkin ödəniş), xx.xx.2019-cu il tarixli müqavilə üzrə 544 manat borcu hər ay 27 manat (58 manat ilkin ödəniş) olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı təşkilat cavabdehə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən 11 ay müddətinə aylıq 33 manat məbləğində ödəniş etmək şərti ilə HOFFMANN LED TV-ni, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 23 manat məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtükləri, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 23 manat məbləğində ödəniş etmək şərti ilə Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1-i, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 5 manat məbləğində ödəniş etmək şərti ilə Gorenje Maşanı, xx.xx.2019cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 29 manat (33 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********81175 olan Samsung Galaxy A20 markalı telefonu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 41 manat məbləğində ödəniş etmək şərti ilə HP markalı kompüteri, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 23 manat (49 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********74882 olan Samsung Galaxy A20 markalı telefonu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 27 manat (58 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********78017 olan X2 7 markalı telefonu nisyə satmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh hər ay ödəniş etməli olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçı təşkilata 2928 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı təşkilat cavabdehə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 11 ay müddətinə aylıq 33 manat məbləğində ödəniş etmək şərti ilə HOFFMANN LED TV-ni, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 23 manat məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtükləri, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 23 manat məbləğində ödəniş etmək şərti ilə Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1-i, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 5 manat məbləğində ödəniş etmək şərti ilə Gorenje Maşanı, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 29 manat (33 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********81175 olan Samsung Galaxy A20 markalı telefonu, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 41 manat məbləğində ödəniş etmək şərti ilə HP markalı kompüteri, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 23 manat (49 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********74882 olan Samsung Galaxy A20 markalı telefonu, xx.xx.2019cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə aylıq 27 manat (58 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********78017 olan X2 7 markalı telefonu nisyə satmışdır. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq müqavilələrdə göstərilən məbləği hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı təşkilatın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtüklər üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1 üçün 276 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Gorenje Maşa üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********81175 olan Samsung Galaxy A20 markalı telefon üçün 377 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HP markalı kompüter üçün 656 manat ödənilməmiş hissə, 65 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********74882 olan Samsung Galaxy A20 markalı telefon üçün 391 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78017 olan X2 7 markalı telefon üçün 486 manat ödənilməmiş hissə, 48 manat cərimə olmaqla ümumilikdə 2928 manat borc cavabdehdən alınıb iddiaçı banka verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 49.28 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284- 5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə HOFFMANN LED TV üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********98587 olan HOFFMANN X Ultra markalı telefon, Piko cover case, Piko Glass qoruyucu örtüklər üçün 274 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Hoffmann Mini soba, Gorenje Çaynik, 3 ədəd X1 üçün 276 manat ödənilməmiş hissə, 27 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Gorenje Maşa üçün 40 manat ödənilməmiş hissə, 4 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********81175 olan Samsung Galaxy A20 markalı telefon üçün 377 manat ödənilməmiş hissə, 37 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə HP markalı kompüter üçün 656 manat ödənilməmiş hissə, 65 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********74882 olan Samsung Galaxy A20 markalı telefon üçün 391 manat ödənilməmiş hissə, 39 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********78017 olan X2 7 markalı telefon üçün 486 manat ödənilməmiş hissə, 48 manat cərimə olmaqla, ümumilikdə 2928 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 49.28 manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar