Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1046/2024 13.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh altımüqavilə üzrə ümumilikdə 2297 manat pulun və 42.97 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında: xx.xx.2021-ci il tarixli, 23149369 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Samsung Galaxy A10 s» markalı mobil telefon 18 ay müddətində 21.90 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2022-ci il tarixli, 05031179 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Toshiba Led» markalı TV 18 ay müddətində 70.28 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2021-ci il tarixli 043099 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Soyuducu Hoffman» markalı soyuducu 18 ay müddətində 25.47 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Realme C21Y» markalı telefon 18 ay müddətində 25.47 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Samsung Galaxy A12» markalı mobil telefon 18 ay müddətində 24.98 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2022-ci il tarixli 05031563 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı “Ardesto” markalı Venilyator 18 ay müddətində 4.50 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh alıdığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə iki müqavilə üzrə ümumilikdə 2297 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə cavabdehə bildirişin göndərilməsinə baxmayaraq, borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xx.xx.2024-cü il tarixli xəbərnaməyə əsasən Cavabdeh təqdim edilmişdir. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2021-ci il tarixli, 23149369 saylı nisyə alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Samsung Galaxy A10 s» markalı mobil telefon 18 ay müddətində 21.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2022-ci il tarixli, 05031179 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Toshiba Led » markalı TV 18 ay müddətində 70.28 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2021-ci il tarixli 043099 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Soyuducu Hoffdman» markalı soyuducu 18 ay müddətində 25.47 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Realme C21Y» markalı telefon 18 ay müddətində 25.47 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı «Samsung Galaxy A12» markalı mobil telefon 18 ay müddətində 24.98 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə iddiaçı "xxxx" MMC-i arasında xx.xx.2022-ci il tarixli 05031563 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı Ardesto markalı «Venilyator» 18 ay müddətində 4.50 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrinin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2021, xx.xx.2022, xx.xx.2021, xx.xx.2022, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə təhvil-təslim aktları imzalanmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23149369 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 64.50 manat əsas, 6.50 manat cərimə olmaqla cəmi 71 manat, xx.xx.2022-ci il tarixli, 05031179 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 982.64 manat əsas, 98.36 manat cərimə olmaqla cəmi 1081 manat, xx.xx.2021-ci il tarixli 043099 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 460.4 manat əsas, 46.60 manat cərimə olmaqla cəmi 507 manat, xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 279.96 manat əsas, 27.04 manat cərimə olmaqla cəmi 307 manat, xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə 224.64 manat əsas, 22.36 manat cərimə olmaqla cəmi 247 manat, xx.xx.2022-ci il tarixli 05031563 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 76.50 manat əsas, 7.50 manat cərimə olmaqla cəmi 84 manat, ümumilikdə 6 müqavilə üzrə 2297 manat borcunun olmasına dair maliyyə arayışları tərtib olunmuşdur. Əsaslandırıcı hissə: Hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi təşkil edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alqı-satqı müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, uzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq hər 6 müqavilə üzrə 5 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 42.97 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 23149369 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 64.50 (altmış dörd manat əlli qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla cəmi 69.50 (altmış doqquz manat əlli qəpik) manat, xx.xx.2022-ci il tarixli, 05031179 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 982.64 (doqquz yüz səksən iki manat altmış dörd qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla cəmi 987.64 (doqquz yüz səksən yeddi manat altmış dörd qəpik) manat, xx.xx.2021-ci il tarixli 043099 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 460.40 9dörd yüz altmış manat qırx qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla cəmi 465.40 (dörd yüz altmış beş manat qırx qəpik) manat, xx.xx.2021-ci il tarixli ******* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 279.96 (iki yüz yetmiş doqquz manat doxsan altı qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla cəmi 284.96 (iki yüz səksən dörd manat doxsan altı qəpik) manat, xx.xx.2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi üzrə 224.64 (iki yüz iyirmi dörd manat altmış dörd qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla cəmi 229.64 (iki yüz iyirmi doqquz manat altmış dörd qəpik) manat, xx.xx.2022-ci il tarixli 05031563 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 76.50 (yetmiş altı manat əlli qəpik) manat əsas borc, 5 (beş) manat cərimə olmaqla cəmi 81.50 (səksən bir manat əlli qəpik) manat, ümumilikdə 2118.64 (iki min bir yüz on səkkiz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 42.97 qırx iki manat doxsan yeddi qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-1046/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1046/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver