Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1076/2025 12.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iki müqavilə üzrə ümumilikdə 1789.92 manat pulun və 37.90 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 059197 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı matras letto, altun yataq çarpayı, zəmanət +2 il xidməti üçün 24 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 35.28 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 18785364 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı paris jurnal masa, 3 ədəd stul baron, sedef yumşaq 3 yerli divan, 5 ədəd zəmanət üçün 6 ay müddətində, ilkin ödəniş 52.20 manat olmaqla, hər ay 162.39 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kodu **********2654 olan Samsung Galaxy A15 markalı telefon, Samsung charger, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 18 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 42.17 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 09623502 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı bocsh markalı drel-şurup bağlayan, iskra markalı vintburan dəsti üçün 18 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 25.56 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı avadanlıqları təhvil verməklə müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini razılaşdırılmış qaydada ödəməmiş və nəticədə dörd müqavilə üzrə ümumilikdə 1789.92 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə cavabdehə bildirişin göndərilməsinə baxmayaraq, borcu ödəməkdən yayınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə qeydiyyatda olduğu yer üzrə göndərilmişdir. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xx.xx.2025-ci il tarixli xəbərnaməyə əsasən Cavabdeh təqdim edilmişdir. Cavabdehin bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 059197 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı matras letto, altun yataq çarpayı, zəmanət +2 il xidməti üçün 24 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 35.28 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 18785364 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı paris jurnal masa, 3 ədəd stul baron, sedef yumşaq 3 yerli divan, 5 ədəd zəmanət üçün 6 ay müddətində, ilkin ödəniş 52.20 manat olmaqla, hər ay 162.39 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kodu **********2654 olan Samsung Galaxy A15 markalı telefon, Samsung charger, paket m xidməti, qızıl zəmanət ultra 2 il xidməti üçün 18 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 42.17 manat ödəməyi öhdəsinə götürmüş; xx.xx.2024-cü il tarixli, 09623502 saylı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı bocsh markalı drel-şurup bağlayan, iskra markalı vintburan dəsti üçün 18 ay müddətində, ilkin ödəniş 0 manat olmaqla, hər ay 25.56 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2024-cü il tarixdə təhvil-təslim aktları imzalanmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2025ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 059197 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 246.40 manat əsas, 24.64 manat cərimə olmaqla cəmi 271.04 manat, xx.xx.2024-cü il tarixli, 18785364 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 449.70 manat əsas, 44.97 manat cərimə olmaqla, cəmi 494.67 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 505.10 manat əsas, 50.51 manat cərimə olmaqla cəmi 555.61 manat, xx.xx.2024-cü il tarixli, 09623502 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 426 manat əsas, 42.60 manat cərimə olmaqla cəmi 468.60 manat, ümumilikdə iki müqavilə üzrə 1789.92 manat borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli 73655128 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 37.90 manat dövlət rüsumu ödənmişdir. Əsaslandırıcı hissə: Hazırkı iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsi təşkil edir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə hesablanmış cərimə məbləğlərinin kifayət qədər yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2023-cü il tarixli, 059197 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 24.64 manat, xx.xx.2023-cü il tarixli, 059197 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2 manat, xx.xx.2024-cü il tarixli, 18785364 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 44.97 manat, xx.xx.2024-cü il tarixli, 18785364 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 4 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 50.51 manat, xx.xx.2024-cü il tarixli, ********* saylı saylı nisyə alqı-satqı müqaviləsi üzrə 5 manat və xx.xx.2024-cü il tarixli 09623502 saylı nisyə alğı-satqı müqaviləsi 42.60 manat, xx.xx.2024-cü il tarixli 09623502 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 4 manat olmaqla müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 37.90 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 059197 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 246,40 (iki yüz qırx altı manat qırx qəpik) manat əsas, 2 (iki) manat cərimə olmaqla cəmi 248,40 (iki yüz qırx səkkiz manat qırx qəpik) manat, xx.xx.2024-cü il tarixli, 18785364 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 449,7 manat əsas, 4 (dörd) manat cərimə olmaqla cəmi 453,7 (dörd yüz əlli üç manat yetmiş qəpik) manat, xx.xx.2024-cü il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 505,10 (beş yüz beş manat on qəpik) manat əsas, 5 (beş) manat cərimə olmaqla cəmi 510,1 (beş yüz on manat on qəpik) manat, xx.xx.2024-cü il tarixli 09623502 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 426 (dörd yüz iyirmi altı) manat əsas, 4 (dörd) manat cərimə olmaqla cəmi 428 manat olmaqla ümumilikdə dörd müqavilə üzrə 1640,2 (bir min altı yüz qırx manat iyirmi qəpik)manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Dövlət rüsumu üçün ödənilmiş 37,6 (otuz yeddi manat altmış qəpik) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-1076/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1076/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver