Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1107/2022 27.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “altı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2020-ci il tarixli 21118328 saylı müqavilə üzrə İMEİ kodu **********32471 Realme 5 markalı telefon üçün 239 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2020-ci il tarixli 22061663 saylı müqavilə üzrə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşə üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376844 saylı müqavilə üzrə Huawei Saat üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376871 saylı müqavilə üzrə X2 üçün 74.4 ödənilməmiş hissə, 7.6 manat cərimə olmaqla ümumilikdə 977 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarıılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1107/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı nümayəndəsi məhkəməyə göndərdiyi iddia ərizəsinin məzmununda göstərmişdir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 21118328 saylı müqavilə üzrə İMEİ kodu **********32471 Realme 5 markalı telefonu, xx.xx.2020-ci il tarixli 22061663 saylı müqavilə üzrə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşəni, xx.xx.2021-ci il tarixli 22376844 saylı müqavilə üzrə Huawei Saatı, xx.xx.2021-ci il tarixli 22376871 saylı müqavilə üzrə X1 nisyə satmışdır. Cavabdeh öhdəliyi lazımınca icra etməmiş və müqavilənin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, iddiaçıya olan borcunu ödəməmişdir. Nəticədə, cavabdehin xx.xx.2020-ci il tarixli 21118328 saylı müqavilə üzrə İMEİ kodu **********32471 Realme 5 markalı telefon üçün 239 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2020-ci il tarixli 22061663 saylı müqavilə üzrə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşə üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376844 saylı müqavilə üzrə Huawei Saat üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376871 saylı müqavilə üzrə X2 üçün 74.4 ödənilməmiş hissə, 7.6 manat cərimə olmaqla, ümumilikdə 977 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmiş və müqavilə üzrə borclarını ödəməmişdir. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə iddiaçı bankın nümayəndəsi məhkəməyə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin faktiki olduğu yer məlum olmadığına görə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanına məhkəmə bildirişi göndərilmiş, 18 iyul 2022-ci il tarixdə Mingəçevir şəhər, 5 saylı MİS tərəfindən məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan məhkəmə işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21118328 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı təşkilat cavabdehə İMEİ kodu **********32471 Realme 5 markalı telefonu nisyə satmışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22061663 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı təşkilat cavabdehə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşəni nisyə satmışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22376844 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı təşkilat cavabdehə Huawei Saatı nisyə satmışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22376871 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı təşkilat cavabdehə X1 nisyə satmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh ödəniş cədvəlində göstərilən xx.xx.2020-ci il tarixli 21118328 saylı müqavilə üzrə 478.8 manat borcu hər ay 39.9 manat, xx.xx.2020-ci il tarixli 22061663 saylı müqavilə üzrə 447.8 manat borcu hər ay 36 manat (15.8 manat ilkin ödəniş), xx.xx.2021-ci il tarixli 22376844 saylı müqavilə üzrə 252 manat borcu hər ay 21 manat, xx.xx.2021-ci il tarixli 22376871 saylı müqavilə üzrə 74.4 manat borcu hər ay 12.4 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı təşkilatla Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 21118328 saylı nisyə alqısatqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 12 ay müddətinə aylıq 39.9 manat məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********32471 Realme 5 markalı telefonu, xx.xx.2020-ci il tarixli 22061663 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 12 ay müddətinə aylıq 36 manat (15.8 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşəni, xx.xx.2021-ci il tarixli 22376844 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 12 ay müddətinə aylıq 21 manat məbləğində ödəniş etmək şərti ilə Huawei Saatı, xx.xx.2021-ci il tarixli 22376871 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 6 ay müddətinə aylıq 12.4 manat məbləğində ödəniş etmək şərti ilə X1 nisyə satmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh hər ay ödəniş etməli olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçı təşkilata 977 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı təşkilatla cavabdeh arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, xx.xx.2020-ci il tarixli 21118328 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 12 ay müddətinə aylıq 39.9 manat məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********32471 Realme 5 markalı telefonu, xx.xx.2020-ci il tarixli 22061663 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 12 ay müddətinə aylıq 36 manat (15.8 manat ilkin ödəniş) məbləğində ödəniş etmək şərti ilə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşəni, xx.xx.2021-ci il tarixli 22376844 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 12 ay müddətinə aylıq 21 manat məbləğində ödəniş etmək şərti ilə Huawei Saatı, xx.xx.2021-ci il tarixli 22376871 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı təşkilat cavabdehə 6 ay müddətinə aylıq 12.4 manat məbləğində ödəniş etmək şərti ilə X1 nisyə satmışdır. Cavabdeh isə razılaşdırılmış qrafikə uyğun olaraq müqavilələrdə göstərilən məbləği hər ay hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı təşkilatın cavabdehə qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixli 21118328 saylı müqavilə üzrə İMEİ kodu **********32471 Realme 5 markalı telefon üçün 239 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2020-ci il tarixli 22061663 saylı müqavilə üzrə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşə üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376844 saylı müqavilə üzrə Huawei Saat üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376871 saylı müqavilə üzrə X2 üçün 74.4 ödənilməmiş hissə, 7.6 manat cərimə olmaqla, ümumilikdə 977 manat borc cavabdehdən alınıb iddiaçı banka verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284- 5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 21118328 saylı müqavilə üzrə İMEİ kodu **********32471 Realme 5 markalı telefon üçün 239 manat ödənilməmiş hissə, 23 manat cərimə, xx.xx.2020-ci il tarixli 22061663 saylı müqavilə üzrə İMEİ kodu **********63196 Realme C3 markalı telefon, Panasonic Qulaqlıq, Qoruyucu şüşə üçün 324 manat ödənilməmiş hissə, 32 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376844 saylı müqavilə üzrə Huawei Saat üçün 252 manat ödənilməmiş hissə, 25 manat cərimə, xx.xx.2021-ci il tarixli 22376871 saylı müqavilə üzrə X2 üçün 74.4 ödənilməmiş hissə, 7.6 manat cərimə olmaqla, ümumilikdə 977 manat məbləğində pul alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Hüseynov Ələkbər
Məhkəmə qərarları › İş №e-2(051)-1107/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1107/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver