Məhkəmə qərarları › İş №e-2(051)-1136/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1136/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1136/2023 24.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə üç müqavilə üzrə 356.2 manat əsas, 53.3 manat cərimə, 409.5 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ********* saylı müqavilənin şərtlərinə əsasən sonuncu, aldığı məişət məhsuluna görə 12 ay ödəniş üzrə hər ay 55 manat olmaqla, ümumilikdə 649,90 manat, xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilənin şərtlərinə əsasən aldığı məişət məhsuluna görə 12 ay ödəniş üzrə hər ay 20 manat olmaqla, ümumilikdə 239,90 manat ödəməyi, xx.xx.2021-ci il tarixli № ********* saylı müqavilənin şərtlərinə əsasən aldığı məişət məhsuluna görə 18 ay ödəniş üzrə hər ay 27 manat olmaqla, ümumilikdə 476,40 manat ödəməyi öhdəsinə götürmüşdür. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Borclunun xx.xx.2021-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 32.9 manat əsas 4.9 manat cərimə cəmi 37.8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 99.9 manat əsas 14.9 manat cərimə cəmi 114.8 manat borc, xx.xx.2021-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 223.4 manat əsas, 33.5 manat cərimə, cəmi 256.9 manat borc ümumilikdə üç müqavilə üzrə 356.2 manat əsas, 53.3 manat cərimə olmaqla, cəmi 409.5 manat borcu yaranmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ********* saylı nisyə alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı cavabdehə " Xiaomi " markalımobil telefon satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı nisyə alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı cavabdehə " Realme " markalı paltaryuyan satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ********* saylı nisyə alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı cavabdehə " Xiaomi " markalı mobil telefon satmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunu 12 ay ödəniş üzrə hər ay 55 manat olmaqla, ümumilikdə 649,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunu 12 ay ödəniş üzrə hər ay 20 manat olmaqla, ümumilikdə 239,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunu 18 ay ödəniş üzrə hər ay 27 manat olmaqla, ümumilikdə 476,40 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdehnın iddiaçıya olan borcu hər üç müqavilə üzrə ümumilikdə 356.2 manat əsas, 53.3 manat cərimə olmaqla, cəmi 409.5 manat borcu yaranmışdır. İşdə olan bildirişdən görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə ki, məhkəmə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrrə hesablanmış 4,9 manat cərimə, xx.xx.2022-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə hesablanmış 14,9 manat cərimə və xx.xx.2021-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə hesablanmış 33.5 manat dəbbə pulunu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab edir, ona görə də, dəbbə pulu azaldılmalı və müvafiq olaraq 0.50 manat, 1.50 manat və 03 manat miqdarında olmaqla, üç müqavilə üzrə 05 manat saxlanılmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 32.9 (otuz iki manat doxsan qəpik) manat əsas 0.50 (əlli qəpik) manat cərimə cəmi 33.4 (otuz üç manat qırx qəpik)manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 99.90 (doxsan doqquz manat doxsan qəpik) manat əsas 1.50 (bir manat əlli qəpik) manat cərimə cəmi 101.40 (yüz bir manat qırx qəpik) manat borc, xx.xx.2021-ci il tarixli № ********* saylı alqı-satqı müqaviləsi üzrə 223.4 (iki yüz iyirmi üç manat qırx qəpik) manat əsas, 03 (üç) manat cərimə, cəmi 226.4 (iki yüz iyirmi altı manat qırx qəpik) manat borc ümumilikdə üç müqavilə üzrə 356.2 (üç yüz əlli atı manat iyirmi qəpik) manat əsas, 05 (beş) manat cərimə olmaqla, cəmi 361.2 (üç yüz altmış bir manat iyirmi qəpik) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İddia qalan hissədə təmin edilməsin. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar