Məhkəmə qərarları › İş №e-2(051)-1154/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1154/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1154/2022 19.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 08.01.2021-ci il 22197882 №li müqaviləyə əsasən HOFFMANN LED TV, 15.01.2021ci il 22213888 №li müqaviləyə əsasən İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefon, 09.01.2021-ci il 22200168 №li müqaviləyə əsasən BEURER Tonometr və PANASONİC ev telefonu, 08.01.2021-ci il 22197816 №li müqaviləyə əsasən Baseus Qulaqlıq, 26.12.2020-ci il 22161313 №li müqaviləyə əsasən TP-LİNK Modem, 17.01.2021-ci il tarixli 22217856 №li müqaviləyə əsasən Baseus Qulaqlıq almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə HOFFMANN LED TV üçün 365 manat əsas borc, 36 manat cərimə, cəmi 401 manat, İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefon üçün 249 manat əsas borc, 24 manat cərimə, cəmi 273 manat, BEURER Tonometr və PANASONİC ev telefonu üçün 215 manat əsas borc, 21 manat cərimə, cəmi 236 manat, 08.01.2021-ci il 22197816 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 68.6 manat əsas borc, 6.4 manat cərimə, cəmi 75 manat, TP-LİNK Modem üçün 66.4 manat əsas borc, 6.6 manat cərimə, cəmi 73 manat, 17.01.2021-ci il tarixli 22217856 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 62 manat əsas borc, 6 manat cərimə, cəmi 68 manat olmaqla, ümumilikdə 1126 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 31.26 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsini xahiş edir. Cavabdeh bildiriş göndərilərək tələbə dair etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməyi bildirilmişdir. Lakin cavabdeh tələbə dair etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materialıanı araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2021-ci il 22197882 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 20.3 manat olmaqla, 24 ay müddətində ödəmək şərti ilə 487.2 manat dəyərində HOFFMANN LED TV cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh HOFFMANN LED TV iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 365 manat əsas borc və 36 manat cərimə olmaqla, cəmi 401 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 15.01.2021-ci il 22213888 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 26.1 manat olmaqla, 18 ay müddətində ödəmək şərti ilə 474.8 manat dəyərində İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefonu cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefonu iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 249 manat əsas borc və 24 manat cərimə olmaqla, cəmi 273 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09.01.2021-ci il 22200168 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 9.4 manat olmaqla, 24 ay müddətində ödəmək şərti ilə 225.6 manat dəyərində BEURER Tonometr və PANASONİC ev telefonunu cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh BEURER Tonometr və PANASONİC ev telefonunu iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 215 manat əsas borc və 21 manat cərimə olmaqla, cəmi 236 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2021-ci il 22197816 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 6.3 manat olmaqla, 12 ay müddətində ödəmək şərti ilə 75.6 manat dəyərində Baseus Qulaqlığı cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh Baseus Qulaqlığı iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 68.6 manat əsas borc və 6.4 manat cərimə olmaqla, cəmi 75 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.12.2020-ci il 22161313 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 6.7 manat olmaqla, 12 ay müddətində ödəmək şərti ilə 73 manat dəyərində TP-LİNK Modemi cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh TP-LİNK Modemi iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 66.4 manat əsas borc və 6.6 manat cərimə olmaqla, cəmi 73 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2021-ci il tarixli 22217856 №li müqavilədən görünür ki, iddiaçı dəyərini hissə-hissə, hər ay 6 manat olmaqla, 15 ay müddətində ödəmək şərti ilə 68 manat dəyərində Baseus Qulaqlığı cavabdehə verməyi, cavabdeh isə əşyanın dəyərini müqavilədə göstərilən şərtlərlə ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyanın təhvil-təslim aktından görünür ki, Cavabdeh Baseus Qulaqlığı iddiaçıdan təhvil almışdır. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 62 manat əsas borc və 6 manat cərimə olmaqla, cəmi 68 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə HOFFMANN LED TV üçün 36 manat, İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefon üçün 24 manat, BEURER Tonometr və PANASONİC ev telefonu üçün 21 manat, 08.01.2021-ci il 22197816 №li müqaviləyə əsasən Baseus Qulaqlıq üçün 6.4 manat, TP- LİNK Modem üçün 6.6 manat, 17.01.2021-ci il tarixli 22217856 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 6 manat cərimə hesablanmışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır” Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq HOFFMANN LED TV üçün 3 manat, İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefon üçün 2 manat, BEURER Tonometr və PANASONİC ev telefonu üçün 2 manat, 08.01.2021-ci il 22197816 №li müqaviləyə əsasən Baseus Qulaqlıq üçün 1 manat, TP-LİNK Modem üçün 1 manat, 17.01.2021-ci il tarixli 22217856 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 1 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddısinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış 08.01.2021-ci il 22197882 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə 487.2 manat dəyərində HOFFMANN LED TV vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 20.3 manat olmaqla 24 ay müddətinə ödəməli idi. 15.01.2021-ci il 22213888 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə 474.8 manat dəyərində İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefon vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 26.1 manat olmaqla 18 ay müddətinə ödəməli idi. 09.01.2021-ci il 22200168 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə 225.6 manat dəyərində BEURER Tonometr və PANASONİC ev telefonu vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 9.4 manat olmaqla 24 ay müddətinə ödəməli idi. 08.01.2021-ci il 22197816 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə 75.6 manat dəyərində Baseus Qulaqlıq vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 6.3 manat olmaqla 12 ay müddətinə ödəməli idi. 26.12.2020-ci il 22161313 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissəhissə ödəmək şərti ilə cavabdehə 73 manat dəyərində TP-LİNK Modem vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 6.7 manat olmaqla 12 ay müddətinə ödəməli idi. 17.01.2021-ci il tarixli 22217856 №li müqaviləyə əsasən iddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə cavabdehə 68 manat dəyərində Baseus Qulaqlıq vermişdir. Müqaviləyə görə cavabdeh qalan borcunu hər ay 6 manat olmaqla 15 ay müddətinə ödəməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə onun borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən HOFFMANN LED TV üçün 365 manat əsas borc və 3 manat cərimə olmaqla, cəmi 368 manat, İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefon üçün 249 manat əsas borc və 2 manat cərimə olmaqla, cəmi 251 manat, BEURER Tonometr və PANASONİC ev telefonu üçün 215 manat əsas borc və 2 manat cərimə olmaqla, cəmi 217 manat, 08.01.2021-ci il 22197816 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 68.6 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 69.6 manat, TP-LİNK Modem üçün 66.4 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 67.4 manat, 17.01.2021-ci il tarixli 22217856 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 62 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 63 manat, ümumilikdə 1036 manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 31.26 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360-cı maddələrini rəhbər tutub , məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh HOFFMANN LED TV üçün 365 (üç yüz altmış beş) manat əsas borc və 3 (üç) manat cərimə olmaqla, cəmi 368 (üç yüz altmış səkkiz) manat, İMEİ kodu **********53959 olan “Samsung Galaxy” A21s markalı mobil telefon üçün 249 (iki yüz qırx doqquz) manat əsas borc və 2 (iki) manat cərimə olmaqla, cəmi 251 (iki yüz əlli bir) manat, BEURER Tonometr və PANASONİC ev telefonu üçün 215 (iki yüz on beş) manat əsas borc və 2 (iki) manat cərimə olmaqla, cəmi 217 (iki yüz on yeddi) manat, 08.01.2021-ci il 22197816 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 68.6 (altmış səkkiz manat altmış qəpik) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 69.6 (altmış doqquz manat altmış qəpik) manat, TP-LİNK Modem üçün 66.4 (altmış altı manat qırx qəpik) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 67.4 (altmış yeddi manat qırx qəpik) manat, 17.01.2021-ci il tarixli 22217856 №li müqaviləyə əsasən, Baseus Qulaqlıq üçün 62 (altmış iki) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 63 (altmış üç) manat, ümumilikdə 1036 (bir min otuz altı) manat və dövlət rüsumu kimi ödənilmiş 31.26 (otuz bir manat iyirmi altı qəpik) manat alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar