Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1281/2025 14.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İl xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, HOFFMANN SİAC kondisioner, PALTARYUYAN LG , QABYUYAN BOSCH, LG LED TVüçün 4675.16 (dörd min altı yüz yetmiş beş manat, 16 qəpik) manat ödənilməmiş hissə, 467.52 (dörd yüz altmış yeddi manat, 52 qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PAKET EXTRAxidməti üçün , 32 (otuz iki) manat ödənilməmiş hissə ,ümumilikdə 5174.68 manat borc, 71.75 manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən ZƏMANƏT + 2 il xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, HOFFMANN SİAC kondisioner, PALTARYUYAN LG , QABYUYAN BOSCH, LGLED TV, PAKET EXTRAxidməti almış və nəticədə 5174.68 (beş min yüz yetmiş dörd manat, 68 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 6062.16 (altı min altmış iki manat. 16 qəpik) manat (24 ay x 248.84 manat + 90 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İl xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, HOFFMANN SİAC kondisioner, PALTARYUYAN LG , QABYUYAN BOSCH, LG LEDTVüçün ümumilikdə, 5142.68 (beş min yüz qırx iki manat, 68 qəpik) manat olmaqla ondan, 4675.16 (dörd min altı yüz yetmiş beş manat, 16 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 467.52 (dörd yüz altmış yeddi manat, 52 qəpik) manat dəbbə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 50 (əlli) manat (10 ay x 5 manat + 0 manat ilkin ödəniş) olan PAKET EXTRAxidməti üçün ümumilikdə, 32 (otuz iki) manat olmaqla ondan, 32 (otuz iki) manat ödənilməmiş hissə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1405 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı MMC-yə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaq işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etdiyini, hal-hazırda işlədiyini, sadəcə olaraq səhhətində yaranmış problemlə əlaqədar müalicə xərcləri çox olduğundan hazırda ödəniş etməkdə çətinlik çəkdiyini bildirdi. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 6062.16 manat olan ZƏMANƏT + 2 İl xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, HOFFMANN SİAC kondisioner, PALTARYUYAN LG , QABYUYAN BOSCH, LG LED TV almışdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 50 manat olan PAKET EXTRA xidməti almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 4675.16 manat ödənilməmiş hissə, 467.52 manat cərimə borcu vardır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 32 manat ödənilməmiş hissə vardır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xəbərdarlıq edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 6062.16 manat olan ZƏMANƏT + 2 il xidməti, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, HOFFMANN SİAC kondisioner, PALTARYUYAN LG , QABYUYAN BOSCH, LG LED TV üçün, 4675.16 manat ödənilməmiş hissə, 467.52 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 32 manat ödənilməmiş hissə olmaqla, cəmi 5174.68 manat borcu qalmışdır. Cavabdeh cəmi 1405 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 467.52 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən olunması qanuni, əsaslıvə ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4675.16 manat məbləğində ödənilməmiş hissə və 50 manat məbləğində cərimə olmaqla, cəmi 4725.16 manat məbləğində pul və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 32 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumunun 67.57 manat hissəsi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4675.16 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə olmaqla, 4725,16 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 32 manat olmaqla, cəmi 4757.16 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə münasibətdə əvəzi olan 67.57 manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-1281/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1281/2025
14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver