Məhkəmə qərarları › İş №e-2(051)-1288/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1288/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1288/2022 20.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: "xxxx" MMC-nin nümayəndəsi X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 268 manat ödənilməmiş hissə, 26 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1048 manat ödənilməmiş hissə, 104 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 809 manat ödənilməmiş hissə, 80 manat cəriməolmaqla, cəmi 2335 manat borcun və 43.35 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb verilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclası zamanı şifahi vəsatət verərək göstərdi ki, o, Mingəçevir şəhərində yerləşən mənzilini satmış və 2022-ci ilin mart ayından Bakı şəhərinə köçmüşdür. Hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvanda yaşayır. Onun Mingəçevir şəhərinə gəlib getməsi və məhkəmə iclasında iştirak etməsi, onun üçün əlavə çətinliklər yaradır. Odur ki, məhkəmədən işin ərazi aidiyyəti üzrə Bakı şəhərinə göndərilməsini xahiş edir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi və göstərdi ki, hazırda cavabdehin ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olduğundan, İddiaçının cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair 2(051)-1288/2022 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar