Məhkəmə qərarları › İş №e-2(051)-1298/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1298/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1298/2025 23.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılması ilə əlaqədar ərizənin qəbuluna məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 sentyabr 2022-ci il tarixli 40025320 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 689.74 manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş yolverilməz əsaslarla məhkəməyə verildiyindən, ərizənin icraata qəbulundan imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında 27 sentyabr 2022-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı cavabdehə müqavilənin əlavələsində göstərilən “TCL” markalı məişət cihazını satmağı, cavabdeh isə həmin malın dəyərini satıcıya 12 ay ərzində hər ay 38 manat, sonuncu ay isə 31.99 manat olmaqla, cəmi 449.99 manat məbləğində pulu ödəmək öhdəliyini üzərinə götürmüşdür. Malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə, təhvil-təslim aktında göstərilən məişət cihazı cavabdehə təhvil verilmişdir. Bununla belə iddiaçı kimi “X1mayan Kredit Təşkilatı” MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən 27 sentyabr 2022-ci il tarixli 40025320 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin güzəşt edilməsi barədə hər hansı məlumat iddia ərizəsində göstərilməmiş, "xxxx" MMC ilə aralarında bağlanmış pul tələbinin “X1mayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilməsinə dair faktorinq müqaviləsi və ya əlaqəli kredit müqaviləsi kiçik iddia ərizəsinə əlavə edilməmişdir. AR MPM-in 284-3.2.3-cü maddəsinə əsasən məhkəməyə təqdim edilmiş kiçik iddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar göstərilməlidir. Göründüyü kimi iddiaçı tərəf 27 sentyabr 2022-ci il tarixli 40025320 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin güzəşt edilməsi barədə hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda işdə olan sənədlər əsasında işə sadələşdirilmiş icraat qaydasında mahiyyəti üzrə baxılması mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiq edən sənədləri kiçik iddia ərizəsinə əlavə etmədiyinə görə ərizənin qəbulundan imtina edilməlidir. AR MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə, həmçinin iddiaçının nəzərinə çatdırır ki, kiçik iddialara dair işlər tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan, məhkəmə tərəfindən işin obyektiv həll edilməsi üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsi kifayət qədər əsaslandırılmalı və iddia ərizəsində göstərilən tələbi təsdiq edən sənədlər əlavə edilməlidir. AR MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlərin əlavə edilməməsi əsası ilə kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284- 4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmçinin iddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina edildikdə iddiaçı həmin tələb üzrə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə, həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. xx.xx.2025-ci il tarixdə saat 15:36:24-də ********** nömrəli mədaxil qəbzi əsasında ExpressPay E-wallet vasitəsilə Dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul iddiaçı “X1mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar