Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1396/2025 07.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 248,39 (iki yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat borc, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 59,99 (əlli doqquz manat doxsan doqquz qəpik) manat borc, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 89,99 (səksən doqquz manat doxsan doqquz qəpik) manat borc, ümumilikdə 398,37 (üç yüz doxsan səkkiz manat otuz yeddi qəpik) manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 30-dan gec olmamaqla 46 manat ödəməyi öhdəsinə götürmüş, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 6 ay müddətinə hər ayın 14-dən gec olmamaqla 15 manat ödəməyi öhdəsinə götürmüş, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 3 ay müddətinə hər ayın 5-dən gec olmamaqla 122 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, cavabdehin iddiaçıya BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 248,39 manat borc, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 59,99 manat borc, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 89,99 manat borc, ümumilikdə 398,37 manat borcu qalmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 248,39 (iki yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat borc, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 59,99 (əlli doqquz manat doxsan doqquz qəpik) manat borc, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış 89,99 (səksən doqquz manat doxsan doqquz qəpik) manat borc, ümumilikdə 398,37 (üç yüz doxsan səkkiz manat otuz yeddi qəpik) manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2025-ci il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, İddiaçındən cavabdeh 12 ay müddətinə hər ay 46 manat ödəniş etmək şərtilə dəyəri 578.39 manat olan telefon almışdır. Əvvəlcədən 50 manat ödəmişdir. İşdə olan BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, İddiaçındən cavabdeh 6 ay müddətinə hər ay 15 manat ödəniş etmək şərtilə dəyəri 89.99 manat olan avadanlıq almışdır. İşdə olan BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə satış müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, İddiaçındən cavabdeh 3 ay müddətinə hər ay 122 manat ödəniş etmək şərtilə dəyəri 413.99 manat olan avadanlıq almışdır. Əvvəlcədən 50 manat ödəmişdir. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan borca dair arayışlardan görünür ki, cavabdehin İddiaçınə BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 248,39 manat borc, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 59,99 manat borc, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 89,99 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh 12 ay müddətinə hər ay 46 manat ödəniş etmək şərtilə dəyəri 578.39 manat olan telefon almışdır. Əvvəlcədən 50 manat ödəmişdir. Tərəflər arasında bağlanmış BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 6 ay müddətinə hər ay 15 manat ödəniş etmək şərtilə dəyəri 89.99 manat olan avadanlıq almışdır. Tərəflər arasında bağlanmış BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh 3 ay müddətinə hər ay 122 manat ödəniş etmək şərtilə dəyəri 413.99 manat olan avadanlıq almışdır. Əvvəlcədən 50 manat ödəmişdir. Cavabdeh nisyə alqı-satqı müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə onun iddiaçıya BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 248,39 manat borc, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 59,99 manat borc, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 89,99 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 248,39 manat, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 59,99 manat, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 89,99 manat, ümumilikdə 398,37 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh BL984441 saylı xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 248,39 (iki yüz qırx səkkiz manat otuz doqquz qəpik) manat, BE030578 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 59,99 (əlli doqquz manat doxsan doqquz qəpik) manat, BE026251 saylı xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 89,99 (səksən doqquz manat doxsan doqquz qəpik) manat, ümumilikdə 398,37 (üç yüz doxsan səkkiz manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçın xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1396/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1396/2025
07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver