Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1442/2025 04.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU HOFFMANN üçün , 1719 (bir min yeddi yüz on doqquz) manat ödənilməmiş hissə, 171.9 (yüz yetmiş bir manat, 90 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ MATEBOOK D 16 kompüter, WİNDOWS 11 HOME üçün 1376.1 (bir min üç yüz yetmiş alıt manat, 10 qəpik) manat ödənilməmiş hissə, 137.61 (yüz otuz yeddi manat 61 qəpik) manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, PALTARYUYAN BOSCH, QİZİL ZƏMANƏT ULTRA2 il xidmət üçün 794.03 (yeddi yüz doxsan dörd manat. 3 qəpik) manat ödənilməmiş hissə, 79.40 (yetmiş doqquz manat, 40 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, HOFFMANN SOAC kondisioner üçün 659.16 (altı yüz əlli doqquz manat, 16 qəpik) manat ödənilməmiş hissə, 65.92 (altmış beş manat, 92 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, CANON PİXMA printer üçün 625.4 (altı yüz iyirmi beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 62.54 (altmış iki manat, 54 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********58412SAMSUNG GALAXY A05S , PAKET M xidməti üçün 428.96 (dörd yüz iyirmi səkki zmanat 96 qəpik) manat ödənilməmiş hissə, 42.90 (qırx iki manat, 90 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********21807 XİAOMİ REDMİ A3, PAKET M xidməti üçün 288.04 (iki yüz səksən səkki zmanat, 4 qəpik) manat ödənilməmiş hissə, 28.80 (iyirmi səkkiz manat, 80 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********92548 XİAOMİ REDMİ A3üçün 219.04 (iki yüz on doqquz manat, 4 qəpik) manat ödənilməmiş hissə, 21.90 (iyirmi bir manat, 90 qəpik) manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********02462 XİAOMİ REDMİ NOTE 12S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 181.15 (yüz səksən br manat, 15 qəpik) manat ödənilməmiş hissə, 18.12 (on səkkiz manat, 12 qəpik) manat dəbbə pulu ümumilikdə 6919.97 manat borc və 89.20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış1.07.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-c üil, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixlərindəki müqavilələrinə əsasən, SOYUDUCU HOFFMANN, HUAWEİ MATEBOOK D 16 kompüter, WİNDOWS 11 HOME, PALTARYUYAN BOSCH, QİZİL ZƏMANƏT ULTRA2 İLxidməti, HOFFMANN SOAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, CANON PİXMAprinter, İmei kod **********58412 SAMSUNG GALAXY A05S , PAKET M xidməti, İmei kod **********21807 XİAOMİ REDMİ A3, PAKET M xidməti, İmei kod **********92548 XİAOMİ REDMİ A3, İmei kod **********02462 XİAOMİ REDMİ NOTE 12S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almış və nəticədə 6919.97 (altı min doqquz yüz on doqquzmanat, 97 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1719 (bir min yeddi yüz on doqquz) manat (18 ay x 95.5 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN üçün 1890.9 (bir min səkkiz yüz doxsan manat, 90 qəpik) manat olmaqla ondan, 1719 (bir min yeddi yüz on doqquz) manat ödənilməmiş hissə, 171.9 (yüz yetmiş bir manat, 90 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1599.1 (bir min beş yüz doxsan doqquz manat, 10 qəpik) manat (18 ay x 80.95 manat + 142 manat ilkin ödəniş) olan HUAWEİ MATEBOOK D 16 kompüter, WİNDOWS 11 HOME üçün 1513.71 (bir min beş yüz on üç manat, 71 qəpik) manat olmaqla ondan 1376.1 (bir min üç yüz yetmiş alıt manat, 10 qəpik) manat ödənilməmiş hissə, 137.61 (yüz otuz yeddi manat 61 qəpik) manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1436.4 (bir min dörd yüz otuz altı manat, 40 qəpik) manat (18 ay x 79.8 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN BOSCH, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməütiç,ün 873.43 (səkkiz yüz yetmiş üç manat, 43 qəpik) manat olmaqla ondan 794.03 (yeddi yüz doxsan dörd manat. 3 qəpik) manat ödənilməmiş hissə, 79.40 (yetmiş doqquz manat, 40 qəpik) manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 659.16 (altı yüz əlli doqquz manat, 16 qəpik) manat (18 ay x 36.62 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SOAC kondisioner üçün 725.08 (yeddi yüz iyirmi beş manat, 8 qəpik) manat olmaqla ondan 659.16 (altı yüz əlli doqquz manat, 16 qəpik) manat ödənilməmiş hissə, 65.92 (altmış beş manat, 92 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 662.4 (altı yüüz altmış iki manat, 40 qəpik) manat (18 ay x 36.8 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, CANON PİXMAprinter üçün 687.94 (altı yüz səksən yeddi manat, 94 qəpik) manat olmaqla ondan 625.4 (altı yüz iyirmi beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, 62.54 (altmış iki manat, 54 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 468.96 (dörd yüz altmış səkkiz manat, 96 qəpik) manat (12 ay x 39.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********58412 SAMSUNG GALAXY A05S , PAKET M xidməti üçün 471.86 (dörd yüz yetmiş bir manat 86 qəpik) manat olmaqla ondan 428.96 (dörd yüz iyirmi səkki zmanat 96 qəpik) manat ödənilməmiş hissə, 42.90 (qırx iki manat, 90 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 347.04 (üç yüz qırx yeddi manat, 4 qəpik) manat (12 ay x 28.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********21807 XİAOMİ REDMİ A3, PAKET M xidməti üçün 316.84 (üç yüz on altı manat, 84 qəpik) manat olmaqla ondan 288.04 (iki yüz səksən səkki zmanat, 4 qəpik) manat ödənilməmiş hissə, 28.80 (iyirmi səkki zmanat, 80 qəpik) manat dəbbə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 299.04 (iki yüz doxsan doqquz manat, 4 qəpik) manat (12 ay x 24.92 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********92548 XİAOMİ REDMİ A3 üçün 240.94 (iki yüz doxsan manat, 94 qəpik) manat olmaqla ondan 219.04 (iki yüz on doqquz manat, 4 qəpik) manat ödənilməmiş hissə, 21.90 (iyirmi bir manat, 90 qəpik) manat dəbbə pulu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 797.04 (yeddi yüz doxsan yeddi manat, 4 qəpik) manat (12 ay x 66.42 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********02462 XİAOMİ REDMİ NOTE 12S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 199.3 (yüz doxsan doqquz manat, 30 qəpik) manat olmaqla ondan 181.15 (yüz səksən br manat, 15 qəpik) manat ödənilməmiş hissə, 18.12 (on səkkiz manat, 12 qəpik) manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1697.26 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddia ərizəsini, cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, İddiaçındən Cavabdeh cəmi alqı-satqı qiyməti 7988,14 manat olan SOYUDUCU HOFFMANN, HUAWEİ MATEBOOK D 16 kompüter, WİNDOWS 11 HOME, PALTARYUYAN BOSCH, QİZİL ZƏMANƏT ULTRA2 İLxidməti, HOFFMANN SOAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, CANON PİXMAprinter, İmei kod **********58412 SAMSUNG GALAXY A05S , PAKET M xidməti, İmei kod **********21807 XİAOMİ REDMİ A3, PAKET M xidməti, İmei kod **********92548 XİAOMİ REDMİ A3, İmei kod **********02462 XİAOMİ REDMİ NOTE 12S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə həmin müqavilələr üzrə 6290,88(altı min iki yüz doxsan manat, 88 qəpik) manat borc ödənilməmiş hissə, 629,09 manat cərimə borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələri üzrə SOYUDUCU HOFFMANN, HUAWEİ MATEBOOK D 16 kompüter, WİNDOWS 11 HOME, PALTARYUYAN BOSCH, QİZİL ZƏMANƏT ULTRA2 İLxidməti, HOFFMANN SOAC kondisioner, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, CANON PİXMAprinter, İmei kod **********58412 SAMSUNG GALAXY A05S , PAKET M xidməti, İmei kod **********21807 XİAOMİ REDMİ A3, PAKET M xidməti, İmei kod **********92548 XİAOMİ REDMİ A3, İmei kod **********02462 XİAOMİ REDMİ NOTE 12S, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 6290,88(altı min iki yüz doxsan manat, 88 qəpik) manat borc ödənilməmiş hissə, 629,09 manat cərimə borcu olmaqla, cəmi 6919,97 manat manat borcu qalmışdır. Cavabdeh cəmi 1697,26 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 17,1 manat, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 13,7 manat, xx.xx.2023-cü il alqı-satqı müqaviləsi üzrə 7,9 manat, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 6,5 manat, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 6,2 manat, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 4,2 manat, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 2,8 manat, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 2,1 manat, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1,8 manat olmaqla, cəmi 62,3 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1719 manat ödənilməmiş hissə, 17,10 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 1376,10 manat ödənilməmiş hissə, 13,7 manat cərimə, xx.xx.2023-cü il alqı-satqı müqaviləsi üzrə 794,03 manat ödənilməmiş hissə, 7,9 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 659,16 manat ödənilməmiş hissə, 6,5 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 625,4 manat ödənilməmiş hissə, 6,2 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 428,96 manat ödənilməmiş hissə, 4,2 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 288,04 manat ödənilməmiş hissə, 2,8 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 219,04 manat ödənilməmiş hissə 2,1 manat cərimə və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 181,15 manat ödənilməmiş hissə və 1,8 manat cərimə olmaqla, cəmi 6353,18 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumunun 83,54 manat hissəsi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233,284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1719 manat ödənilməmiş hissə, 17,10 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 1376,10 manat ödənilməmiş hissə, 13,7 manat cərimə, xx.xx.2023-cü il alqı-satqı müqaviləsi üzrə 794,03 manat ödənilməmiş hissə, 7,9 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 659,16 manat ödənilməmiş hissə, 6,5 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 625,4 manat ödənilməmiş hissə, 6,2 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 428,96 manat ödənilməmiş hissə, 4,2 manat cərimə, xx.xx.2024-cü il alqısatqı müqaviləsi üzrə 288,04 manat ödənilməmiş hissə, 2,8 manat cərimə, xx.xx.2024-cü il alqı-satqı müqaviləsi üzrə 219,04 manat ödənilməmiş hissə 2,1 manat cərimə və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 181,15 manat ödənilməmiş hissə və 1,8 manat cərimə olmaqla, cəmi 6353,18 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 83,54 manat məbləğində pul alınıb, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №e-2(051)-1442/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1442/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver