Məhkəmə qərarları › İş №e-2(051)-1449/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1449/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1449/2023 22.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1124 manat borc və 31.24 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 180 manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Gorenje üçün ümumilikdə 66 manat olmaqla 60 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 418.8 manat (12 ay x 34.9 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********68970 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 115 manat olmaqla ondan 104.9 manat ödənilməmiş hissə, 10.1 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqısatqı qiyməti 1320 manat (20 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan Marvin-Genc- Carpayi, Matras, Dolar üçün ümumilikdə 943 manat olmaqla 858 manat ödənilməmiş hissə, 85 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında tərtib olunmuş hər üç müqaviləyə edilmiş əlavənin 2-ci bəndinin şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Borclunun cəmi ödədiyi məbləğ 895.9 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin alqı-satqı qiyməti 180 manat (18 ay x 10 manat + 0 manat ilkin ödəniş) olan Tozsoran Gorenje satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 418.8 manat (12 ay x 34.9 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********68970 Samsung Galaxy A12 satmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1320 manat (20 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan Marvin-Genc-Carpayi, Matras, Dolar satmışdır. Məhkəməyə təqdim edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçıya olan borcunun məbləği xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdehin ümumilikdə 66 manat olmaqla 60 manat ödənilməmiş hissə, 6 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ümumilikdə 115 manat olmaqla ondan 104.9 manat ödənilməmiş hissə, 10.1 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən ümumilikdə 943 manat olmaqla 858 manat ödənilməmiş hissə, 85 manat cərimə borcu yaranmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 31.24 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31.24 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 60 (altmış) manat borc, 6 (altı) cərimə borcu manat olmaqla cəmi 66 (altmış altı) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 104.9 (bir yüz dörd manat doxsan qəpik ) manat borc, 10.1 ( on manat , on qəpik ) manat cərimə borcu olmaqla cəmi 115 (bir yüz on beş) manat borc, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 858 (səkkiz yüz əlli səkkiz) manat borc, 85 (səksən beş) manat cərimə borcu olmaqla cəmi 943 (doqquz yüz qırx üç) manat borc hər üç müqavilə üzrə ümumilikdə 1124 (bir min bir yüz iyirmi dörd) manat borc və 31.24 (otuz bir manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar