Məhkəmə qərarları › İş №e-2(051)-1488/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1488/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1488/2025 17.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızına qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızına qarşı subroqasiya qaydasında pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmə iclaslarını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1135,00 (bir min yüz otuz beş) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 31,00 (otuz bir) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il, saat 11:40-da Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi ilə R.Rza küçəsinin kəsişməsində Cavabdeh2 məxsus və Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “X6” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Mingəçevir Şəhər Məhkəməsi tərəfindən tərtib edilmiş İş № 3(051)- 80/2023saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-sürücülük vəsiqəsi olmadan) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “Hyundaı Santafe minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 1135,00 (bir min yüz otuz beş) manat təşkil edir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına loto sistemi vasitəsi ilə 1206,62 (bir min iki yüz altı manat, altmış iki qəpik) manat məbləğində sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktları tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 1135,00 (bir min yüz otuz beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, iddianın təmin olunaraq, cavabdehlərdən müştərək qaydada 1135 manat sığorta ödənişinin və 31 manat dövlət rüsumunun alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bununla belə iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan, təmin olunmalıdır. Belə ki, işdə olan İcbari Tibbi sığorta müqaviləsinə dair məlumatdan görünür ki, PXA ********** saylı, 22 iyun 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" tərəfindən subroqasiya hüququnun həyata keçirilməsi üçün “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalı X1 adına sığorta olunmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 22 may 2024-cü il tarixli, xx/xx-1007 saylı məktubdan görünür ki, Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli qərarına və sığorta aktına əsasən, zərərçəkmişə 1135 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, PME **********2 saylı qüsur aktından görünür ki, ehtiyat hissələrinə 565 manat, işçi üçün xidmət haqqı 570 manat olmaqla, yekun olaraq 1135 manat ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 idarə etdiyi “X6” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 3(051)- 80/2023 saylı qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati həbs edilməsi qərara alınmışdır. İşdə olan 20 yanvar 2023-cü il tarixli, 103 saylı “nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” aktından görünür ki, Cavabdeh1 ayıq vəziyyətdə olmuşdur. İşdə olan 20 yanvar 2023-cü il tarixli, 102 saylı “nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” aktından görünür ki, X3 ayıq vəziyyətdə olmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 etibar edilmişdir. İşdə olan sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh1 A, A1, B, C, BE, CE, DE kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixində saat 11:40 radələrində Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi ilə R.Rza küçəsi kəsişməsində Cavabdeh2 məxsus və PXA********** saylı sığorta şəhadətnaməsi əsasında icbari qaydada "xxxx" tərəfindən sığortalanmış “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “X6” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə ilə bağlı İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tərəfindən idarə edilərkən sürücü təqsirli bilinmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 3(051)-80/2023 saylı qərarına əsasən, Cavabdeh1 təqsirli bilinərək, 10 gün müdddətinə inzibati qaydada həbs edilmişdir. Qərarın təsviri hissəsindən görünür ki, sürücü nəqliyyat vasitəsini idarə edərkən ayıq vəziyyətdə olmuşdur. Sığortalı “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, qüsur aktına əsasən avtomobil üçün 1135 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, PXA********** nömrəli “Sığorta aktı”na əsasən 1135 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Bu səbəbdən dəymiş zərər məbləği tam olaraq cavabdehlərdən tələb olunmuşdur. Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızından müştərək qaydada 1135 manat pul tutulmalıdır. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin reallıqlarına uyğun gəlir və ona görə də ziyanın məbləği hər iki iş üzrə 1135 manat müəyyən edilməlidir. Bu məbləğdən 565 manat təmir olunmalı ehtiyat hissələri üçün və 570 manat işçilər üçün olmaqla, 1135 manat sığorta ödənişi ödənilməmiş qalmışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan icbari sığorta müqaviləsindən yaranan subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən, həmçinin İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun xüsusi normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3–cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.5–ci maddəsinə əsasən bu Qanunun 52–1.1–ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, “Mercedes-Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtonəqliyyat vasitəsinin sahibi öz sığorta marağını təmin etmək, yəni sığorta hadisəsinin baş verəcəyi təqdirdə maliyyə itkisinə məruz qalmasının qarşısını almaq məqsədi ilə qabaqcadan, yəni xx.xx.2022–ci il tarixdə "xxxx" ASC ilə “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığorta müqaviləsi bağlamış, yol–nəqliyyat hadisəsi sığorta müddətində baş vermişdir. Hadisə törətmiş şəxs “Mercedes Benz minik” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. Belə olan halda iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızına qarşı subroqasiya hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızından subroqasiya qaydasında 1135 manat pul və 31 manat dövlət rüsumu müştərək qaydada alınıb iddiaçı şirkətə verilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızından müştərək qaydada 1135 (bir min bir yüz otuz beş manat) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızına aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nəcmula qızından 31 (otuz bir) manat məbləğində pul müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar