Məhkəmə qərarları › İş №e-2(051)-151/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-151/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-151/2024 22.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2 ədəd X3, X6 üçün 5919,84 manat ödənilməmiş hissə, 1377,16 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********06870 İphone 13 PRO markalı telefon, Apple Adapter üçün 3861,68 manat ödənilməmiş hissə, güzəşt olunaraq 817,32 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 11976 manat borcun və 125,93 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd X3, X4, İmei kodu **********06870 İphone 13 PRO markalı telefon, Apple Adapter almış və nəticədə 11976 (on bir min doqquz yüz yetmiş altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 5919.84 (beş min doqquz yüz on doqquz manat səksən dörd qəpik) manat (18 ay x 328.88 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd HOFFMANN SİAC kondisioner, HOFFMANN WHAC kondisioneürç,ün ümumilikdə, 7297 (yeddi min iki yüz doxsan yeddi) manat olmaqla ondan, 5919.84 (beş min doqquz yüz on doqquz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 1377.16 (bir min üç yüz yetmiş yeddi manat on altı qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4088.88 (dörd min səksən səkkiz manat səksən səkkiz qəpik) manat (18 ay x 227.16 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********06870 İPHONE 13 PRO markalı telefon, APPLE ADAPTEüRçün ümumilikdə, 4679 (dörd min altı yüz yetmiş doqquz) manat olmaqla ondan, 3861.68 (üç min səkkiz yüz altmış bir manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 817.32 (səkkiz yüz on yeddi manat otuz iki qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 227.2 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, sözügedən müqavilələr üzrə yaranmış ümumilikdə 11976 manat borcun və ödənilmiş 125,93 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclası zamanı bildirdi ki, iddianı qismən qəbul edirlər. Belə ki, Cavabdeh ANT X2 adlı klinikada icraçı işləyərkən qeyd olunan kondinsionerlər və digər əşyaları almışdır. Əşyalar alındıqdan bir müddət sonra klinika fəaliyyətini dayandırmışdır. Cavabdeh həmin əşyaları iyul ayının əvvəlində almış, avqust ayında isə işdən çıxmışdır. Hazırda həmin əşyalar klinikadadır və istifadəyə yararlı vəizyyətdədir. Lakin həmin əşyaların üzərinə həbs qoyulduğu üçün əşyaları oradan götürmək mümkün deyildir. Buna görə də, hazırda borcun ödənilməsində çətinliklər yaranır. Qeyd olunanlara əsasən məhkəmədən müvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 5919,84 manat olan 2 ədəd X3, X4 almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 4088,88 manat olan İmei kodu **********06870 İphone 13 PRO markalı telefon, Apple Adapter almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2022ci il tarixli müqavilə üzrə 5919,84 manat ödənilməmiş hissə, 1377,16 manat cərimə borcu vardır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2022ci il tarixli müqavilə üzrə 3861,68 manat ödənilməmiş hissə, 817,32 manat cərimə borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 2 ədəd X3, X4 üçün 5919,84 manat ödənilməmiş hissə, 1377,16 manat cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə İmei kodu **********06870 İmei kodu **********06870 İphone 13 PRO markalı telefon, Apple Adapter üçün 3861,68 manat ödənilməmiş hissə, 817,32 manat cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 11976 manat manat borcu qalmışdır. Cavabdeh cəmi 227,2 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 30 manat məbləğində, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 5919,84 manat məbləğində ödənilməmiş hissə və 30 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 3861,68 manat ödənilməmiş hissə, 25 manat məbləğində cərimə olmaqla, cəmi 9836,52 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən ödədiyi dövlət rüsumunun 118,36 manat hissəsi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 5919,84 (beş min doqquz yüz on doqquz manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə olmaqla 5949,84 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3861,68 (üç min səkkiz yüz altmış bir manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat cərimə olmaqla, cəmi 3886,68 manat, ümumilikdə 9836,52 (doqquz min səkkiz yüz otuz altı manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 118,36 (yüz on səkkiz manat otuz altı) manat məbləğində pul alınıb, İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar