Məhkəmə qərarları › İş №e-2(051)-1537/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1537/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1537/2025 31.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti üçün 45.9 (qırx beş manat 90 qəpik) manat ödənilməmiş hissə, 4.59 (dörd manat, 59 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78155 olan İPHONE 15 PRO, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 2647.1 (iki min altı yüz qırx yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, 264.71 (iki yüz altmış dörd manat, 71 qəpik) manat cərimə, ümumilikdə 2962.30 manat borc, 49.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********78155 olan İPHONE 15 PRO, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER, İmei kod **********78155 olan İPHONE 15 PRO, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almış və nəticədə 2962.30 (iki min doqquz yüz altmış iki manat, 30 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4929 (dörd min doqquz yü ziyirmi doqquz) manat (12 ay x 410.75 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********78155 olan İPHONE 15 PRO, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə, 50.49 (əlli manat, 49 qəpik) manat olmaqla ondan, 45.9 (qırx beş manat 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 4.59 (dörd manat, 59 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4020 (dörd min iyirmi) manat (12 ay x 335 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********78155 İPHONE 15 PRO, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmüəçtüin ümumilikdə, 2911.81 (iki min doqquz yüz on bir manat, 81 qəpik) manat olmaqla ondan, 2647.1 (iki min altı yüz qırx yeddi manat, 10 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 264.71 (iki yüz altmış dörd manat, 71 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixində İmei kod **********78155 olan İPHONE 15 PRO markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER -dən imtina etmiş və məhsul 4848,96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 34.14 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 4848.96 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 1372.9 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Odur ki, sözügedən müqavilələr üzrə yaranmış ümumilikdə 2962.30 manat borcun və ödənilmiş 49.63 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 4929 manat olan İmei kod **********78155 olan İPHONE 15 PRO, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçındən alqısatqı qiyməti 4020 manat olan İmei kod **********78155 İPHONE 15 PRO, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2024cü il tarixli müqavilə üzrə İmei kod **********78155 olan İPHONE 15 PRO, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER üçün 45.9 manat ödənilməmiş hissə, 4.59 manat cərimə olmaqla, cəmi 50.49 manat borcu vardır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2024cü il tarixli alqı-satqı müqaviləsi üzrə İmei kod **********78155 olan İPHONE 15 PRO, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 2647.1 manat ödənilməmiş hissə, 264.71 manat cərimə borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə İmei kod **********78155 olan İPHONE 15 PRO, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER üçün 45.9 manat ödənilməmiş hissə, 4.59 manat cərimə olmaqla, cəmi 50.49 manat borcu, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə İmei kod **********78155 olan İPHONE 15 PRO, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün 2647.1 manat ödənilməmiş hissə, 264.71 manat cərimə borcu olmaqla, ümumilikdə iki müqavilə üzrə 2962.30 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə dəbbə pulu 27 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 45.9 (qırx beş manat, doxsan qəpik) manat əsas borc, 4.59 (dörd manat, əlli doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2647.1 (iki min altı yüz qırx yeddi manat, on qəpik) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 2724.59 (iki min yeddi yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 47.24 manat məbləğində pul vəsaiti də iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 45.9 (qırx beş manat, doxsan qəpik) manat əsas borc, 4.59 (dörd manat, əlli doqquz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2647.1 (iki min altı yüz qırx yeddi manat, on qəpik) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 2724.59 (iki min yeddi yüz iyirmi dörd manat, əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçın xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 47.24 (qırx yeddi manat, iyirmi beş qəpik) manat məbləğində pul alınıb, İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar