Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1569/2022 10.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı kiçik iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, 360 manat əsas, 56 manat cərimə borcu olmaqla, ümumilikdə 416 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(051)-1569/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı tərəf iddia tələbini belə əsaslandırmışdır ki, onunla X2 arasında F06/99 saylı xx.xx.2021-ci il tarixli tələbin güzəşti barədə faktorinq müqaviləsi bağlanmışdır. X2 ilə cavabdeh (borclu) arasında 0578/21/99S saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Faktorinq və nisyə alqı-satqı müqavilələrinin tələblərinə uyğun olaraq, İddiaçı MMC faktor qismində, X5 müştəri qismində, Cavabdeh isə borclu qismində çıxış etmişdir. Faktorinq müqaviləsinin 2.1-ci maddəsinə əsasən, faktor İddiaçı MMC, X2nu öz mallarını borcluya satması üçün pul vəsaiti ilə təmin edir. X1 isə satılmış malların borcunu tələb etməyi faktor İddiaçı MMC-yə güzəşt edir. Yəni X2 borcludan “pul tələb”etmək hüququnu İddiaçıMMC-yə vermişdir. Belə ki, X1 faktorinq müqaviləsinin xx.xx.2021-ci il tarixli əlavəsinə əsasən faktor MMC-dən 432 manat vəsait almışdır. X2 ilə cavabdeh (borclu) Cavabdeh arasında bağlanmış 0578/21/99S saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətində, hər ayın 30-dan gec olmamaqla, ayda 36 manat ödəməsi şərti ilə cavabdeh (borclu) Cavabdeh dəyəri 432 manat olan “Xiaomi Redmi 9, 64 GB” markalı telefon satılmışdır. Faktorinq müqaviləsinin, eyni zamanda pul tələbinin tam güzəşt edilməsi haqqında cavabdehə təqdim edilmiş bildirişin tələblərinə uyğun olaraq, X2 ilə cavabdeh (borclu) arasında bağlanmış 0578/21/99S saylı xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn borcun tam tələb edilməsi hüququ İddiaçıMMC-yə keçmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin tələblərini pozaraq, ödəniş aparmamışdır. İddiaçı tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsinin öhdəliklərini yerinə yetirməsi barədə xəbərdarlıq edilsə də, cavabdeh könüllü olaraq öhdəlikləri yerinə yetirməmişdir. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli borca dair arayışdan görünür ki, Cavabdehnun nisyə alqı-satqı müqaviləsinə əsasən 360 manat (üç yüz altmış) əsas borc və 56 (əlli altı) manat cərimə olmaqla, ümumilikdə 416 (dörd yüz on altı) manat borcu vardır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0578/21/99S saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, X5 cavabdehə təhvil-təslim aktında göstərilən malı satmış, cavabdeh isə iddiaçıya həmin malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan X5 ilə Cavabdeh şəxsində təmsil olunan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, F06/99 saylı Faktorinq müqaviləsinə əsasən, X5 (müştəri) borclu Cavabdeh (borcludan) “pul tələb” etmək hüququnu İddiaçıMMC-yə (faktora) güzəşt etmişdir. İşdə olan X5 ilə Cavabdeh şəxsində təmsil olunan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, F06/99 saylı Faktorinq müqaviləsinə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli, Fxx/xx-0374 saylı Sazişdən görünür ki, X5 tərəfindən 12 ay müddətinə, gecikdirilən hər gün üçün 1% dəbbə pulu hesablanması şərtilə, 432 manat pul İddiaçı MMC-yə (faktora) güzəşt edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh həmin tarixə 360 manat əsas, 56 manat cərimə borcu yaranmışdır. İşdə olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcu xatırladılaraq, ondan borclu olduğu məbləği qaytarmaq tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı təşkilatla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0578/21/99S saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə «Xiaomi Redmi 9, 64 GB” markalı telefon satmışdır. Müqavilələrin şərtlərinə əsasən cavabdeh hər ay ödəniş etməli olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş və nəticədə onun iddiaçı təşkilata 360 manat əsas borcu yaranmış, öhdəliyini yerinə yetirmədiyinə görə cavabdehin əsas borcuna iddiaçı təşkilat tərəfindən 56 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM–in 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 655.5-ci maddəsinə əsasən faktorinq müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0578/21/99S saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İddiaçı X5 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, F06/99 saylı Faktorinq müqaviləsinə əsasən, X5 (müştəri) borclu Cavabdeh (borcludan) “pul tələb” etmək hüququnu İddiaçıMMC-yə (faktora) güzəşt etdiyi üçün Cavabdeh (borcludan) tutulmalı olan 360 manat əsas borc, 56 manat hesablanmış cərimə, ümumilikdə 416 manat borca tələb hüququ İddiaçıMMC-yə (faktora) verilmişdir. Ona görə də faktorun borcluya qarşı borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli, 0578/21/99S saylı nisyə alqı-satqı müqaviləsi üzrə 360 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, müvafiq olaraq 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 5 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cavabdehdən 360 manat əsas və 5 manat cərimə borcu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 360 (üç yüz altmış) manat əsas və 5 (beş) manat cərimə olmaqla, ümumilikdə 365 (üç yüz altmış beş) manat məbləğində pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1569/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1569/2022
10.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver