Məhkəmə qərarları › İş №e-2(051)-1655/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1655/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1655/2023 26.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı "xxxx" ASC–nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, 7577.67 manat sığorta ödənişi məbləğinin, 95.78 manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat xidmət haqqının cavabdehlərdən tutulub "xxxx" ASC-yə verilməsı haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 məxsus, Cavabdeh2 istifadəsində olan, Cavabdeh3 tərəfindən idarə olunan ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3 təqsirli bilinmişdir. Qərarın təsviri hissəsindən görünür ki, sürücü nəqliyyat vasitəsini sürücülük hüququ olmadan, həmçinin etibarnaməsiz (nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyəti olmadan) idarə etmişdir. Sığortalı ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 7677.67 (yeddi min altı yüz yetmiş yeddi manat, altmış yeddi qəpik) manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 7677.67 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, təqsirli tərəf icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləğindən azadolma 100,00 manat çıxılmaqla qalmış məbləğ tam olaraq cavabdehlərdən tələb olunmuşdur. xx.xx.2021-ci il tarixdə 7577.67 manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən ödənilmiş 7577.67 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən geri qaytarılmalıdır. Odur ki, iddianın təmin olunaraq, cavabdehlərdən 7577.67 manat sığorta ödənişinin, 95.78 manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat xidmət haqqının alınıb iddiaçı şirkətə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və bildirmişdir ki, o, ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomaşını 10-11 il əvvəl etibarnamə ilə satmışdır və bu müddət ərzində avtomaşın onun sahibliyində olmadığından, avtoqəzadan məlumatı olmamışdır. Odur ki, iddia tələbinin ona münasibətdə rədd edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC–yə və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı cəmiyyətin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçı cəmiyyətin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işdə olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsi xx.xx.2020–ci il tarixdə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolun surətindən görünür ki, ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3 AR İXM-in 327.2, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İşdə olan Toyota Bakı Mərkəzi MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli elektron qaimədən və hesab-fakturadan görünür ki, ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə 7677.67 manat məbləğində maddi zərər dəymişdir. İşdə olan xx.xx.2020–ci il tarixli sığorta aktından görünür ki, ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış, ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə 7677.67 manat məbləğində maddi zərər dəymiş və həmin zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 7577.67 manat sığorta ödənişi edilmişdir. Sığortalı tərəfindən 100 manat azadolma ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16-11/2-4902/2023 saylı məktubundan görünür ki, Vaz-2106 markalı 45BD059 dövlət qeydiyyat nişanlı avtomobil DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən xx.xx.2000-ci il tarixdə Mingəçevir şəhər sakini Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Həmin avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adından qeydiyyatdan çıxarılmış, elə həmin gün alqı-satqı müqaviləsi əsasında Ağdam rayonu Sarıcalı kəndində qeydiyyatda olan, Bərdə rayonu Soğanverdilər kəndində müvəqqəti məskunlaşmış X1 adına rəsmiləşdirilmişdir və 09BT538 dövlət qeydiyyat nişanı verilmişdir. Vaz-2106 markalı 09BT538 dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda da A.Mustafayevin adında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 məxsus, Cavabdeh2 istifadəsində olan, Cavabdeh3 tərəfindən idarə olunan ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və qərara əsasən ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3 təqsirli bilinmişdir. Qərarın təsviri hissəsindən görünür ki, sürücü nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi (nəqliyyat vasitəsini idarə etmək üçün səlahiyyəti olmadan) olmadan idarə etmişdir. Sığortalı ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 7677.67 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli “Sığorta aktı”na əsasən 7677.67 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, təqsirli tərəfin icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləğindən azadolma 100,00 manat çıxılmaqla qalmış məbləğ tam olaraq cavabdehlərdən tələb olunmuşdur. Cavabdeh1 ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsini 10 il əvvəl etibarnamə ilə satmış və bu müddət ərzində avtomaşının onun sahibliyində olmamışdır. Həmin ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adından qeydiyyatdan çıxarılmış, elə həmin gün alqı-satqı müqaviləsi əsasında Ağdam rayonu Sarıcalı kəndində qeydiyyatda olan, Bərdə rayonu Soğanverdilər kəndində müvəqqəti məskunlaşmış X1 adına rəsmiləşdirilmiş və həmin avtomaşına 09BT538 dövlət qeydiyyat nişanı verilmişdir. Vaz-2106 markalı 09BT538 dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda da A.Mustafayevin adında qeydiyyatdadır. Ona görə də Cavabdeh1 avtoqəzadan məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, yol–nəqliyyat hadisəsi zamanı təsvir olunmuş sənədlərə əsasən hesablanmış ziyanın məbləği işin reallıqlarına uyğun gəlir və ona görə də ziyanın məbləği 7677.67 manat qəbul edilməlidir. Dəymiş zərər məbləğindən azadolma 100,00 manat çıxıldığından sığorta ödənişi 7577.67 manat qəbul edilməlidir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan icbari sığorta müqaviləsindən yaranan subroqasiya hüququ ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən, həmçinin İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun xüsusi normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2–ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.1.3–cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.5–ci maddəsinə əsasən bu Qanunun 52–1.1–ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Həmin Qanunun 50.1–ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi zamanı zərərçəkmişə sığorta ödənişi vermiş iddiaçının cavabdehə qarşı subroqasiya hüququ, yalnız cavabdeh nəqliyyat vasitəsini idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə sərxoş vəziyyətdə idarə etdiyi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırdığı və yaxud hadisə yerindən yayınmış olduğu hallardan biri olduqda yaranır. Sadalanan halllardan biri olduqda, subroqasiya hüququ yaranır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, ** AA *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinin sahibi öz sığorta marağını təmin etmək, yəni sığorta hadisəsinin baş verəcəyi təqdirdə maliyyə itkisinə məruz qalmasının qarşısını almaq məqsədi ilə qabaqcadan, yəni xx.xx.2020–ci il tarixdə "xxxx" ASC ilə “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığorta müqaviləsi bağlamış, yol–nəqliyyat hadisəsi sığorta müddətində baş vermişdir. Hadisə törətmiş şəxs ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3 təqsirli bilinmişdir. Belə olan halda iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, Vaz-2106 markalı 45BD059 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adından qeydiyyatdan çıxarılmış, elə həmin gün alqı-satqı müqaviləsi əsasında X1 adına rəsmiləşdirilmişdir və 09BT538 dövlət qeydiyyat nişanı verilmişdir. Vaz-2106 markalı 09BT538 dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda da A.Mustafayevin adında qeydiyyatdadır. Bundan başqa yol-nəqliyyat hadisəsi baş verən zaman ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsi Cavabdeh1 adına qeydiyyatda olsa da, faktiki olaraq Cavabdeh2 qanuni sahibliyində olmuş və Cavabdeh3 tərəfindən idarə olunmuşdur. Həmin vaxt Cavabdeh1 ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinə aid sərancam vermək hüququ da daxil olmaqla, bütün hüquqlarınıCavabdeh2 etibar etmişdir. Ona görə də ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan Cavabdeh3 verilməsindən məlumatı olmamışdır. Bu da onu deməyə əsas verir ki, ** BD *** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtonəqliyyat vasitəsinin Cavabdeh3 tərəfindən Cavabdeh2 sahibliyindən hüquqa zidd götürülməsində Cavabdeh1 deyil, Cavabdeh2 təqsirlidir. Ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1–ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6–cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2–ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5–ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 subroqasiya qaydasında 7577.67 manat pul, 95.78 manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı müştərək qaydada alınıb iddiaçı şirkətə verilməlidir. İddia tələbi qalan hissədə, yəni Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7577.67 (yeddi min beş yüz yetmiş yeddi manat, altmış yeddi qəpik) manat məbləğində pul alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 95.78 (doxsan beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul və 0.40 (qırx qəpik) manat xidmət haqqı müştərək qaydada alınıb iddiaçı "xxxx" ASC–yə verilsin. İddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar