Məhkəmə qərarları › İş №e-2(051)-1685/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1685/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1685/2025 02.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli QQK6224385 saylı, xx.xx.2023-cü il tarixli QQK6224384 saylı və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 8793 (səkkiz min yeddi yüz doxsan üç) manat əsas borc, 108 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 8901 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla xx.xx.2023-cü il tarixli, müddəti 20 ay olmaqla xx.xx.2023-cü il tarixli QQK6224385 saylı və xx.xx.2023-cü il tarixli və müddəti 3 ay olmaqla xx.xx.2023-cü il tarixli QQK6224384 saylı nisyə alqı-satqı müqavilələri bağlamışdır. Cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri 5818 manat olan, xx.xx.2023-cü il tarixli QQK6224385 saylı müqaviləyə əsasən dəyəri 3210 manat olan, xx.xx.2023-cü il tarixli QQK6224384 saylı müqaviləyə əsasən dəyəri 2210 manat olan, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri 2012 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilələr üzrə ödənişləri etdikdən sonra iddiaçıya 8793 manat əsas borcu qalmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş, nəticədə sözügedən müqavilələr üzrə 8793 manat məbləğində əsas borcu yaranmışdır. Odur ki, cavabdehdən xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli QQK6224385 saylı, xx.xx.2023-cü il tarixli QQK6224384 saylı və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi 8793 (səkkiz min yeddi yüz doxsan üç) manat əsas borc, 108 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 8901 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasının iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 13 saylı MİS-ə məhkəmə bildirişi ünvanlanmış və qeyd yazılmış bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh dəyəri 5818 manat olan məişət avadanlığı almışdır. Cavabdeh ilkin olaraq 313 manat ödəmiş, qalan 5505 manat ödəməli olduğu məbləği isə iddiaçı 15 ay müddətə ödəməyi üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli QQK6224385 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən cavabdeh dəyəri 3210 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh ilkin olaraq 210 manat ödəniş etmiş, qalan 3000 manat ödəməli olduğu məbləği isə iddiaçı 20 ay müddətə ödəməyi üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli QQK6224384 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən cavabdeh dəyəri 2210 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh ilkin olaraq 110 manat ödəniş etmiş, qalan 2100 manat ödəməli olduğu məbləği isə iddiaçı 3 ay müddətə ödəməyi üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən cavabdeh dəyəri 2012 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh ilkin olaraq 192 manat ödəniş etmiş, qalan 1820 manat ödəməli olduğu məbləği isə iddiaçı 20 ay müddətə ödəməyi üzərinə götürmüşdür. İşdə olan maliyyə arayışlarından görünür ki, cavabdehin İddiaçınə xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3112 manat, xx.xx.2023-cü il tarixli QQK6224385 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2725 manat, xx.xx.2023-cü il tarixli QQK6224384 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1575 manat və xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1381 manat əsas borcu vardır. Cavabdeh müqavilələr üzrə müvafiq olaraq, 2706 manat, 485 manat, 635 manat və 631 manat ödəniş etmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 5818 manat olan məişət avadanlığı almışdır. Cavabdeh ilkin olaraq 313 manat ödəmiş, qalan 5505 manat ödəməli olduğu məbləği isə 15 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli QQK6224385 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh dəyəri 3210 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh ilkin olaraq 210 manat ödəniş etmiş, qalan 3000 manat ödəməli olduğu məbləği isə 20 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli QQK6224384 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh dəyəri 2210 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh ilkin olaraq 110 manat ödəniş etmiş, qalan 2100 manat ödəməli olduğu məbləği isə 3 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçındən cavabdeh dəyəri 2012 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh ilkin olaraq 192 manat ödəniş etmiş, qalan 1820 manat ödəməli olduğu məbləği isə 20 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya ödənilməmiş əsas borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh dəyəri 5818 manat olan məişət avadanlığı almışdır. Cavabdeh qalan 5505 manat ödəməli olduğu məbləği 15 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli QQK6224385 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh dəyəri 3210 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh qalan 3000 manat ödəməli olduğu məbləği 20 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli QQK6224384 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh dəyəri 2210 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh qalan 2100 manat ödəməli olduğu məbləği 3 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçındən cavabdeh dəyəri 2012 manat olan məişət avadanlığı əldə edib. Cavabdeh qalan 1820 manat ödəməli olduğu məbləği 20 ay müddətə iddiaçıya ödəməyi üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən cəmi 8793 manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun 107.93 manat məbləğində hissəsi, ümumilikdə 8900.93 manat məbləğində pul alınmalıdır. Belə ki, iddiaçı tərəfindən tələb edilən 8793 manat məbləğində pul tələbi üçün dövlət rüsumu 107.93 manat ödənilməlidir. İddiaçı tərəfindən 108 manat məbləğində dövlət rüsumu ödənilmiş, müqavilələr üzrə cəmi 8793 manat əsas borc, 108 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 8901 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, cəmi 8793 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, cavabdehdən ödənilmiş dövlət rüsumunun 107.93 manat məbləğində hissəsi alınıb iddiaçıya verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3112 (üç min bir yüz on iki) manat, xx.xx.2023-cü il tarixli QQK6224385 saylı müqavilə üzrə 2725 (iki min yeddi yüz iyirmi beş) manat, xx.xx.2023-cü il tarixli QQK6224384 saylı müqavilə üzrə 1575 (bir min beş yüz yetmiş beş) manat və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1381 (bir min üç yüz səksən bir) manat olmaqla, cəmi 8793 (səkkiz min yeddi yüz doxsan üç) manat məbləğində pul tutularaq İddiaçın xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 107.93 (bir yüz yeddi manat doxsan üç qəpik) manat məbləğində hissəsi alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar