Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1715/2024 02.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı tərəfin qanun üzrə vərəsəlik şəhadətnamələrinin, bağışlanma müqaviləsinin, Çıxarışın ləğv edilməsi və hüquqi nəticələrin ləğv edilərək ilkin vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçı tərəf qanun üzrə vərəsəlik şəhadətnamələrinin, bağışlanma müqaviləsinin, Çıxarışın ləğv edilməsi və hüquqi nəticələrin ləğv edilərək ilkin vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsində iddiaçının adı bir hissədə İddiaçı başqa bir yerdə isə X1 qeyd edilmişdir. Ona görə də məhkəmə iddiaçının şəxsiyyətini müəyyənləşdirə bilməmişdir. İddiaçının adı ziddiyətli olduğundan və məhkəmə iddiaçının adını müəyyənləşdirə bilmədiyindən hazırki qərardadda iddiaçının adını qeyd etmək qeyri-mümkündür. Həmçinin iddia ərizəsi məhkəməyə qeyri-prosessual formada verilmiş, belə ki, iddia ərizəsinin əaslandırıcı hissəsində marağına toxunan şəxslərin adları göstərilsə də, həmin şəxslər cavabdeh qismində iddia ərizəsinin giriş hissəsində cavabdehlər qismində göstərilməmişdir. Bundan başqa iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar və sənədləri (vərəsəlik şəhadətnamələrinin, bağışlanma müqaviləsinin və çıxarışın təsdiq olunmuş surətlərini ) ərizəsinə əlavə etməmişdir. Bu da məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı, iddia ərizəsinin forma və məzmununa dair zəruri tələbləri nəzərdə tutan Azərbaycan Respublikası MPM-in 149cu maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, qeyd olunan maddə, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməsini iddiaçıya aid etmişdir, yəni iddia ərizəsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrinə dair qanunla nəzərdə tutulmuş qaydalara əməl edilməsi iddiaçının vəzifəsi kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı tərəfin qanun üzrə vərəsəlik şəhadətnamələrinin, bağışlanma müqaviləsinin, çıxarışın ləğv edilməsi və hüquqi nəticələrin ləğv edilərək ilkin vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1715/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1715/2024
02.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver