Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1874/2025 05.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə ümumilikdə 1386,22 manat pulun və 33,87 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə borcalan Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 03924477 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********91880 “İphone 14 Pro Max 128GB Deep Purple” markalı mobil telefon üçün 18 ay müddətində 0 manat ilkin ödəniş etməklə 245,67 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 3161.86 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları : İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixli, 03924477 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən yaranmış borcunu qəbul edir, lakin həmin məbləği birdəfəlik ödəyə bilməyəcəyini qeyd edərək, ödəmə imkanı yaradılmasını xahiş etmişdir. İş materialları: Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 03924477 saylı nisyə alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********91880 “İphone 14 Pro Max 128GB Deep Purple” mobil telefon üçün 18 ay müddətində 0 manat ilkin ödəniş etməklə 245,67 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya hesablanır. 3.7-ci bəndinə əsasən müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunub. Müqavilə və onun tərkib hissəsi olan Əlavə hər iki tərəfin imzası və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən əşyanın qüsursuz vəziyyətdə qəbul edilməsinə dair xx.xx.2023cü il tarixdə təhvil-təslim aktı imzalanmışdır. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03924477 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1260,20 manat əsas, 126,02 manat cərimə olmaqla cəmi 1386,22 manat borcunun olmasına dair xx.xx.2025-ci il tarixli maliyyə arayışı tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli 75704140 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 33,87 manat dövlət rüsumu ödənmişdir. İşin faktiki halı : İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03924477 nömrəli nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********91880 “İphone 14 Pro Max 128GB Deep Purple” markalı mobil telefon üçün 18 ay müddətində 0 manat ilkin ödəniş etməklə 245,67 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 3161.86 manat təşkil edir. Cavabdehin 1260,20 manat əsas borc və 126,02 manat cərimə borcu olmaqla, cəmi 1386,22 manat məbləğində kredit borcu yaranmışdır. Tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 600.1-ci maddəsinə əsasən alğı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək avadanlığı cavabdehə təqdim etmişdir. Cavabdeh isə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəməməklə, üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Göründüyü kimi Cavabdeh alqı-satqı müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 30 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına (müqavilə, ödəniş qrafiki) əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi üzrə üzərinə götürülən öhdəlik yerinə yetirilərək cavabdehə imei kod **********91880 “İphone 14 Pro Max 128GB Deep Purple” markalı mobil telefon təqdim edilmiş və qüsursuz təhvil-təslimlə bağlı xx.xx.2023-cü il tarixli akt imzalanmışdır. Həmin müqavilənin tərkib hissəsi olan Əlavəsinə əsasən sonuncu aldığı İmei kod **********91880 “İphone 14 Pro Max 128GB Deep Purple” markalı mobil telefon üçün 18 ay müddətində 0 manat ilkin ödəniş etməklə 245,67 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin cəmi ödədiyi məbləğ 3161.86 manat təşkil edir. Ona görə də iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, 03924477 nömrəli kredit müqaviləsi üzrə 1260,20 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 1290,20 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 33,87 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 03924477 saylı nisyə alğı-satqı müqaviləsi üzrə 1260,20 (bir min iki yüz altmış manat iyirmi qəpik) manat əsas borc və 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 1290,20 (bir min iki yüz doxsan manat iyirmi qəpik) manat məbləğində pul alınıb İddiaçı MMC-yə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,87 (otuz üç manat səksən yeddi qəpik) manat pul alınıb İddiaçı MMC–yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Güləndam Quliyeva