Məhkəmə qərarları › İş №e-2(051)-2003/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2003/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2003/2023 24.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TİKİŞ MAŞİNİ JANOME, İmei kod **********23020 NOKİA 105 DUAL markalı telefon, AMAZFİT qol saatı üçün 1106 (bir min yüz altı) manat ödənilməmiş hissə, 328.5 (üç yüz iyirmi səkkiz manat əlli qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOVERBOARD, PLİTƏ GORENJE üçün 1141.2 (bir min yüz qırx bir manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 340.1 (üç yüz qırx manat on qəpik) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOBA GORENJE, PLİTƏ GORENJE, ASPİRATOR HANSA, DESMAL QURUDUCUSU DEMİR DOKUM, KOMBİ DEMİR DOKUM, 50 ədəd SEKSİYA MİRADO üçün, 3065.4 (üç min altmış beş manat qırx qəpik) manat ödənilməmiş hissə, 910.8 (doqquz yüz on manat səksən qəpik) manat dəbbə borcu olmaqla, cəmi 6892 manat borcun və 88.92 manat dövlət rüsumunun tutularaq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TİKİŞ MAŞİNİ JANOME, İmei kod **********23020 NOKİA 105 DUAL markalı telefon, AMAZFİT qol saatı, HOVERBOARD, PLİTƏ GORENJE, SOBA GORENJE, PLİTƏ GORENJE, ASPİRATOR HANSA, DESMAL QURUDUCUSU DEMİR DOKUM, KOMBİ DEMİR DOKUM, 50 ədəd SEKSİYA MİRADO almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə müqavilələr üzrə cəmi 6892 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində SOBA GORENJE, PLİTƏ GORENJE-dən imtina etmiş və məhsul 1499.4 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1499.4 manat, digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 209.8 manat təşkil edir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Odur ki, cavabdehdən cəmi 6892 manat borcun və 88.92 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Bununla belə iddiaçı təşkilatın nümayəndəsi məhkəməyə teleqram göndərərək, iddia tələbini müdafiə etdiyini, məhkəmədən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 1315.8 manat dəyərində, 18 ay müddətinə hər ay 73.1 manat ödəmək şərtilə TİKİŞ MAŞİNİ JANOME, İmei kod **********23020 NOKİA 105 DUAL markalı telefon, AMAZFİT qol saatı almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 1141.2 manat dəyərində, 18 ay müddətinə hər ay 63.4 manat ödəmək şərtilə HOVERBOARD, PLİTƏ GORENJE almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 4564.8 manat dəyərində, 18 ay müddətinə hər ay 253.6 manat ödəmək şərtilə SOBA GORENJE, PLİTƏ GORENJE, ASPİRATOR HANSA, DESMAL QURUDUCUSU DEMİR DOKUM, KOMBİ DEMİR DOKUM, 50 ədəd SEKSİYA MİRADO almışdır. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəllərindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1106 manat əsas, 328.5 manat hesablanmış cərimə borcu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1141.2 manat əsas, 340.1 manat cərimə borcu və xx.xx.2021-ci tarixli müqavilə üzrə 3065.4 manat əsas, 910.8 manat cərimə borcu olmaqla, cəmi 6892 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 1315.8 manat dəyərində, 18 ay müddətinə hər ay 73.1 manat ödəmək şərtilə TİKİŞ MAŞİNİ JANOME, İmei kod **********23020 NOKİA 105 DUAL markalı telefon, AMAZFİT qol saatı, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1141.2 manat dəyərində, 18 ay müddətinə hər ay 63.4 manat ödəmək şərtilə HOVERBOARD, PLİTƏ GORENJE və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 4564.8 manat dəyərində, 18 ay müddətinə hər ay 253.6 manat ödəmək şərtilə SOBA GORENJE, PLİTƏ GORENJE, ASPİRATOR HANSA, DESMAL QURUDUCUSU DEMİR DOKUM, KOMBİ DEMİR DOKUM, 50 ədəd SEKSİYA MİRADO almışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 1315.8 manat dəyərində TİKİŞ MAŞİNİ JANOME, İmei kod **********23020 NOKİA 105 DUAL markalı telefon, AMAZFİT qol saatı üçün, 18 ay müddətinə hər ay 73.1 manat, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1141.2 manat dəyərində HOVERBOARD, PLİTƏ GORENJE üçün 18 ay müddətinə hər ay 63.4 manat və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 4564.8 manat dəyərində SOBA GORENJE, PLİTƏ GORENJE, ASPİRATOR HANSA, DESMAL QURUDUCUSU DEMİR DOKUM, KOMBİ DEMİR DOKUM, 50 ədəd SEKSİYA MİRADO üçün 18 ay müddətinə hər ay 253.6 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 1106 manat, 1141.2 manat və 3065.4 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, müvafiq olaraq hər üç müqavilə üçün 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5 manat və xx.xx.2021ci il tarixli müqavilə üzrə isə 5 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1106 manat əsas, 5 manat hesablanmış cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1141.2 manat əsas, 5 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 3065.4 manat əsas, 5 manat cərimə olmaqla, cəmi 5327.60 manat borc cavabdehdən alınıb iddiaçıya verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 88.92 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2 və 284-6.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1106 manat əsas, 5 manat hesablanmış cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1141.2 manat əsas, 5 manat cərimə və xx.xx.2021-ci il tarixli müqavilə üzrə isə 3065.4 manat əsas, 5 manat cərimə olmaqla, cəmi 5327.60 manat məbləğində pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 88.92 manat məbləğində pul alınıb, İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar