Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2014/2022 12.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-2014/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən RAVON NEXİA R3 minik markalı 99LH214 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Abşeron rayonu ərazisində 01BT294 dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Abşeron rayonu DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə TP ******* qərar qəbul edilmişdir. Mercedes Benz C180 markalı, 01BT294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 600 (altı yüz) manat sığorta ödənişi verilmişdir. Bununla da İddiaçı ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranır. Odur ki, 600 (altı yüz) manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə RAVON NEXİA R3 minik markalı 99LH214 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xırdalan şəhəri, H.Əliyev prospektində Mercedes Benz C180 markalı avtomobil ilə toqquşmuş, yol-nəqliyyat hadisəsi törətmişdir. Lakin hadisə yerində dayanmayıb getmişdir. Sonra polis şöbəsindən ona zəng edilib bildirildi ki, törətmiş olduğu xətaya görə 100 manat məbləğində cərimə olunmuşdur. Həmin cəriməni ödəmişdir. Lakin hadisə nəticəsində 01BT294 dövlət qeydiyyat nişanlı Mercedes Benz C180 markalı avtomobilə dəymiş zərər 600 manat hesablansa da hesab edir ki, maddi zərər şişirdilmişdir, avtomobilə cüzi zərər dəymişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 10:00-da RAVON NEXİA R3 minik markalı 99LH214 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xırdalan şəhəri, H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrinə əsasən 100 manat məbləğində cərimə olunmuşdur. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə RAVON NEXİA R3 minik markalı 99LH214 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 12 ay müddətində İddiaçı ASC tərəfindən sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2023-cü ildir. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, Mercedes Benz C180 markalı, 01BT294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər cəmi 600 manat təşkil edir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, sığorta hadisəsi nəticəsində Mercedes Benz C180 markalı, 01BT294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 600 manat təşkil edir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə X1 hesabına 600 manat köçürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 600 (altı yüz) manat sığorta ödənişi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi hallarla bağlı öz sübutlarını təqdim etmiş, cavabdeh isə etirazını əsaslandıran hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutulub İddiaçı ASC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh 600 (altı yüz) manat sığorta ödənişi və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-2014/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2014/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver