Məhkəmə qərarları › İş №e-2(051)-2037/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2037/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2037/2025 27.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, LG TVüçün 1831.92 (bir min səkkiz yüz otuz bir manat, 92 qəpik) manat ödənilməmiş hissə, 183.19 (yüz səksən üç manat, 19 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, ASUS kompüter, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün, 1206 (bir min iki yüz altı) manat ödənilməmiş hissə, 120.6 (yüz iyirmi manat, 60 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********60011 olan OPPO A3, BOROFONE qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün, 509.12 (beş yüz doqquz manat 12 qəpik) manat ödənilməmiş hissə, 50.91 (əlli manat 91 qəpik) manat cərimə Ümumilikdə 3901.74 manat borc, 59.02 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, LG TV, ASUS kompüter, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, İmei kod **********60011 olan OPPO A3, BOROFONE qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA2 İL xidmaəltmi ış və nəticədə 3901.74 (üç min doqquz yüz bir manat, 74 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1851.92 (bir min səkkiz yüz əlli bir manat, 92 qəpik) manat (24 ay x 76.33 manat + 20 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA1 İLxidməti, LG TV üçün ümumilikdə, 2015.11 (iki min onbeş manat, 11 qəpik ) manat olmaqla ondan, 1831.92 (bir min səkkiz yüz otuz bir manat, 92 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 183.19 (yüz səksən üç manat, 19 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1206 (bir min iki yüz altı) manat (24 ay x 50.25 manat + 0 manat ilkin ödəniş) olan ASUS kompüter, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün ümumilikdə, 1326.60 (bi min üç yüz iyirmi altı manat, 60 qəpik) olmaqla ondan, 1206 (bie min iki yüz altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 120.6 (yüz iyirmi manat, 60 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 539.82 (beş yüz otuz doqquz manat, 82 qəpik) manat (18 ay x 29.99 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********60011 OPPO A3, BOROFONE qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 560.03 (beş yüz altmış manat 3 qəpik) manat olmaqla ondan, 509.12 (beş yüz doqquz manat 12 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50.91 (əlli manat 91 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50.7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arası.nda bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Odur ki, cavabdehdən 3901,74 manat borcun və 59.02 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 1851,92 manat dəyərində, 24 ay müddətinə hər ay 76,33 manat ödəmək şərtilə LG TV, qızıl zəmanət ultra 1 il xidməti almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 1206 manat dəyərində, 24 ay müddətinə hər ay 50,25 manat ödəmək şərtilə ASUS markalı kompüter, qızıl zəmanət ultra 2 il xidməti almışdır. İşdə olan xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 539,82 manat dəyərində, 18 ay müddətinə hər ay 29,99 manat ödəmək şərtilə İMEİ kodu **********4060011 olan OPPO A3, Borofone qulaqcıq, qızıl zəmanət ultra 2 il xidməti almışdır. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəllərindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1831,92 manat əsas, 183,19 manat hesablanmış cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1206 manat əsas, 120.6 manat cərimə borcu və xx.xx.2025-ci tarixli müqavilə üzrə 509.12 manat əsas, 50.91 manat cərimə borcu olmaqla, ümumilikdə 3 müqavilə üzrə cəmi 3901.74 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 1851,92 manat dəyərində, 24 ay müddətinə hər ay 76,33 manat ödəmək şərtilə LG TV, qızıl zəmanət ultra 1 il xidməti almış, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 1206 manat dəyərində, 24 ay müddətinə hər ay 50,25 manat ödəmək şərtilə ASUS markalı kompüter, qızıl zəmanət ultra 2 il xidməti almış və xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçındən Cavabdeh 539,82 manat dəyərində, 18 ay müddətinə hər ay 29,99 manat ödəmək şərtilə İMEİ kodu **********4060011 olan OPPO A3, Borofone qulaqcıq, qızıl zəmanət ultra 2 il xidməti almışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqavilələri üzrə əsas borc alınmalı, lakin 183,19 manat, 120,6 manat və 50,91 manat lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq, müvafiq olaraq 18 manat, 12 manat və 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1831,92 manat əsas, 18 manat hesablanmış cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1206 manat əsas, 12 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə isə 509,12 manat əsas, 5 manat cərimə olmaqla, üç müqavilə üzrə ümumilikdə cəmi 3582,04 manat borc cavabdehdən alınıb iddiaçıya verilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 55.83 manat məbləğdə hissəsi də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284- 5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1831,92 manat əsas, 18 manat hesablanmış cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1206 manat əsas, 12 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə isə 509,12 manat əsas, 5 manat cərimə olmaqla, üç müqavilə üzrə ümumilikdə cəmi 3582,04 manat məbləğində pul alınıb İddiaçınə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 55,83 manat hissəsi məbləğində pul alınıb, İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar