Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2073/2022 12.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-2073/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ancaq məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00295069 №li müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefon, xx.xx.2019-cu il tarixli 00484010 №li müqaviləyə əsasən İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefon, xx.xx.2019-cu il tarixli 00696310 №li müqaviləyə əsasən Hoffmann markalı kondisioner, xx.xx.2019-cu il tarixli 00697424 №li müqaviləyə əsasən Samsung markalı tozsoran almışdır. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Nəticədə xx.xx.2018-ci il tarixli 00295069 №li müqaviləyə əsasən 219 manat əsas borc və 21 manat cərimə olmaqla, cəmi 240 manat borc, xx.xx.2019-cu il tarixli 00484010 №li müqaviləyə əsasən 71 manat əsas borc və 7 manat cərimə olmaqla, cəmi 78 manat borc, xx.xx.2019-cu il tarixli 00696310 №li müqaviləyə əsasən 1296 manat əsas borc və 129 manat cərimə olmaqla, cəmi 1425 manat borc, xx.xx.2019-cu il tarixli 00697424 №li müqaviləyə əsasən 154 manat əsas borc və 15 manat cərimə olmaqla, cəmi 169 manat borc, ümumilikdə 1912 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 39.12 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00295069 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefonu verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefonu iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 00295069 №li müqaviləyə əsasən 219 manat əsas borc və 21 manat cərimə olmaqla, cəmi 240 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00484010 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefonu verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefonu iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 00484010 №li müqaviləyə əsasən 71 manat əsas borc və 7 manat cərimə olmaqla, cəmi 78 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00696310 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə Hoffmann markalı kondisioneri verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Vəliyev X1 markalı kondisioneri iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 00696310 №li müqaviləyə əsasən 1296 manat əsas borc və 129 manat cərimə olmaqla, cəmi 1425 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00697424 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə Samsung markalı tozsoranı verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Vəliyev X2 markalı tozsoranı iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 00697424 №li müqaviləyə əsasən 154 manat əsas borc və 15 manat cərimə olmaqla, cəmi 169 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefon üçün 21 manat, İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 7 manat, Hoffmann markalı kondisioner üçün 129 manat, Samsung markalı tozsoran üçün 15 manat cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefon üçün 2 manat, İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 1 manat, Hoffmann markalı kondisioner üçün 12 manat, Samsung markalı tozsoran üçün 1 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 00295069 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefon, xx.xx.2019-cu il tarixli 00484010 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefon, xx.xx.2019-cu il tarixli 00696310 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə Hoffmann markalı kondisioner, xx.xx.2019-cu il tarixli 00697424 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə Samsung markalı tozsoran vermişdir. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən xx.xx.2018-ci il tarixli 00295069 №li müqaviləyə əsasən İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefon üçün 219 manat əsas borc və 2 manat cərimə olmaqla, cəmi 221 manat, xx.xx.2019-cu il tarixli 00484010 №li müqaviləyə əsasən İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 71 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 72 manat, xx.xx.2019-cu il tarixli 00696310 №li müqaviləyə əsasən Hoffmann markalı kondisioner üçün 1296 manat əsas borc və 12 manat cərimə olmaqla, cəmi 1308 manat, xx.xx.2019-cu il tarixli 00697424 №li müqaviləyə əsasən Samsung markalı tozsoran üçün 154 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 155 manat, ümumilikdə 1756 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 39.12 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2018-ci il tarixli 00295069 №li müqaviləyə əsasən İMEİ kodu **********79819 olan Samsung Galaxy A6 markalı telefon üçün 219 (iki yüz on doqquz) manat əsas borc və 2 (iki) manat cərimə olmaqla, cəmi 221 (iki yüz iyirmi bir) manat, xx.xx.2019-cu il tarixli 00484010 №li müqaviləyə əsasən İMEİ kodu **********29037 olan Xiaomi Mi A2 Lite markalı telefon üçün 71 (yetmiş bir) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 72 (yetmiş iki) manat, xx.xx.2019-cu il tarixli 00696310 №li müqaviləyə əsasən Hoffmann markalı kondisioner üçün 1296 (bir min iki yüz doxsan altı) manat əsas borc və 12 (on iki) manat cərimə olmaqla, cəmi 1308 (bir min üç yüz səkkiz) manat, xx.xx.2019-cu il tarixli 00697424 №li müqaviləyə əsasən Samsung markalı tozsoran üçün 154 (bir yüz əlli dörd) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 155 (bir yüz əlli beş) manat, ümumilikdə 1756 (bir min yeddi yüz əlli altı) manat və dövlət rüsumu kimi ödənilmiş 39.12 (otuz doqquz manat on iki qəpik) manat pul alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №e-2(051)-2073/2022
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2073/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver