Məhkəmə qərarları › İş №e-2(051)-2098/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2098/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2098/2022 19.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(051)-2098/2022 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı MMC-yə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ancaq məhkəməyə teleqram göndərərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin oluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxılması mümkündür. İddiaçı MMC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21275690 №li müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefon, xx.xx.2020-ci il tarixli 20360791 №li müqaviləyə əsasən İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefon, xx.xx.2020-ci il tarixli 21220964 №li müqaviləyə əsasən İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefon, xx.xx.2020-ci il tarixli 21035549 №li müqaviləyə əsasən İMEİ kodu **********61863 olan BQ markalı tablet almışdır. Lakin cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, iddiaçının xəbərdarlıqlarına baxmayaraq borcunu tam ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixli 21275690 №li müqaviləyə əsasən 87 manat əsas borc və 8 manat cərimə olmaqla, cəmi 95 manat borc, xx.xx.2020-ci il tarixli 20360791 №li müqaviləyə əsasən 46 manat əsas borc və 4 manat cərimə olmaqla, cəmi 50 manat borc, xx.xx.2020-ci il tarixli 21220964 №li müqaviləyə əsasən 41 manat əsas borc və 4 manat cərimə olmaqla, cəmi 45 manat borc, xx.xx.2020-ci il tarixli 21035549 №li müqaviləyə əsasən 14 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 15 manat borc, ümumilikdə 205 manat borcu qalmışdır. Həmin borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21275690 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefonu verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefonu iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 21275690 №li müqaviləyə əsasən 87 manat əsas borc və 8 manat cərimə olmaqla, cəmi 95 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20360791 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefonu verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefonu iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 20360791 №li müqaviləyə əsasən 46 manat əsas borc və 4 manat cərimə olmaqla, cəmi 50 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21220964 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefonu verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefonu iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 21220964 №li müqaviləyə əsasən 41 manat əsas borc və 4 manat cərimə olmaqla, cəmi 45 manat borcu vardır. İşə əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21035549 №li müqavilədən görünür ki, İddiaçı MMC cavabdehə İMEİ kodu **********61863 olan BQ markalı tableti verməyi, cavabdeh isə əşyanın qiymətini ödəniş cədvəlinə uyğun ödəməyi öhdələrinə götürmüşlər. İşdə olan əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh İMEİ kodu **********61863 olan BQ markalı tableti iddiaçıdan təhvil almışdır. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 21035549 №li müqaviləyə əsasən 14 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 15 manat borcu vardır. İşə əlavə edilmiş cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı mübahisəni pretenziya yolu ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, iş görməli, əmlak verməli, xidmətlər göstərməli və sair və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri icra etməmişdir. Cərimənin ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirələn, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Müqavilənin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefon üçün 8 manat, İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefon üçün 4 manat, İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefon üçün 4 manat, İMEİ kodu **********61863 olan BQ markalı tablet üçün 1 manat cərimə hesablamışdır. Lakin məhkəmə hesab edir ki, borcluya hesablanmış cərimənin məbləği yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da göstərmişdir ki, “MM-nin 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün məsələnin təhlili “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. (§71) Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Cərimənin tənasübsüzlüyü qənaətinə gələrkən məhkəmə, borcalanın maddi imkanını nəzərə alır. Ona görə də məhkəmə iddianın cərimənin alınması hissəsində müvafiq olaraq İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefon üçün 1 manat, İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefon üçün 1 manat, İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefon üçün 1 manat, İMEİ kodu **********61863 olan BQ markalı tablet üçün 1 manat məbləğində təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, aralarında bağlanmış xx.xx.2020-ci il tarixli 21275690 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefon, xx.xx.2020-ci il tarixli 20360791 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefon, xx.xx.2020-ci il tarixli 21220964 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefon, xx.xx.2020-ci il tarixli 21035549 №li müqaviləyə əsasən iddiaçı qiymətini hissə-hissə ödəmək şərti ilə cavabdehə İMEİ kodu **********61863 olan BQ markalı tablet vermişdir. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, cavabdehdən xx.xx.2020-ci il tarixli 21275690 №li müqaviləyə əsasən İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefon üçün 87 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 88 manat, xx.xx.2020-ci il tarixli 20360791 №li müqaviləyə əsasən İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefon üçün 46 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 47 manat, xx.xx.2020-ci il tarixli 21220964 №li müqaviləyə əsasən İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefon üçün 41 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 42 manat, xx.xx.2020-ci il tarixli 21035549 №li müqaviləyə əsasən İMEİ kodu **********61863 olan BQ markalı tablet üçün 14 manat əsas borc və 1 manat cərimə olmaqla, cəmi 15 manat, ümumilikdə 192 manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216–220, 360cı maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2020-ci il tarixli 21275690 №li müqaviləyə əsasən İMEİ kodu **********00903 olan SAMSUNG GALAXY A01 markalı telefon üçün 87 (səksən yeddi) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 88 (səksən səkkiz) manat, xx.xx.2020-ci il tarixli 20360791 №li müqaviləyə əsasən İMEİ kodu **********51279 olan HUAWEİ Y5 markalı telefon üçün 46 (qırx altı) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 47 (qırx yeddi) manat, xx.xx.2020-ci il tarixli 21220964 №li müqaviləyə əsasən İMEİ kodu **********10906 olan NOKİA 150 markalı telefon üçün 41 (qırx bir) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 42 (qırx iki) manat, xx.xx.2020-ci il tarixli 21035549 №li müqaviləyə əsasən İMEİ kodu **********61863 olan BQ markalı tablet üçün 14 (on dörd) manat əsas borc və 1 (bir) manat cərimə olmaqla, cəmi 15 (on beş) manat, ümumilikdə 192 (bir yüz doxsan iki) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar