Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2122/2025 12.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74861 olan POCO F6, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün, 990.28 (doqquz yüz doxsan manat 28 qəpik) manat ödənilməmiş hissə, 99.03 (doxsan doqquz manat, 3 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********03655 olan HUAWEİ NOVA 10 SE, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti üçün, 262.26 (iki yüz altmış iki manat 26 qəpik) manat ödənilməmiş hissə, 26.23 (iyirmi altı manat 23 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********56707 olan XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün, 180.03 (yüz səksən manat 3 qəpik) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə Ümumilikdə 1575.83 manat borc, 35.76 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********74861 olan POCO F6, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, İmei kod olan **********03655 HUAWEİ NOVA10 SE, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti, İmei kod **********56707 olan XİAOMİ REDMİ 12,QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti almış və nəticədə 1575.83 (bir min beş yüz yetmiş beş manat. 83 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1142.28 (birmin yüz qrx iki manat, 28 qəpik) manat (18 ay x 63.46 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********74861 olan POCO F6, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün ümumilikdə, 1089.31 (bir min səksən doqquz manat, 31 qəpik ) manat olmaqla ondan, 990.28 (doqquz yüz doxsan manat 28 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99.03 (doxsan doqquz manat, 3 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 647.46 (altı yüz qırx yeddi manat 46 qəpik) manat (18 ay x 35.97 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********03655 olan HUAWEİ NOVA10 SE, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün ümumilikdə, 288.49 (iki yüz səksən səkkiz manat 49 qəpik) olmaqla ondan, 262.26 (iki yüz altmış iki manat 26 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26.23 (iyirmi altı manat 23 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 617.94(altı ysüz on yeddi manat 94 qəpik) manat (18 ay x 34.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********56707 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün ümumilikdə, 198.03 (yüz doxsan səkkiz manat 3 qəpik) manat olmaqla ondan, 180.03 (yüz səksən manat 3 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 975.11 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Odur ki, sözügedən müqavilələr üzrə yaranmış, ümumilikdə 1575,83 manat borcun və ödənilmiş 35,76 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçındən Cavabdeh İmei kod **********74861 olan POCO F6, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********03655 olan HUAWEİ NOVA 10 SE, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti almışdır. İşdə olan xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********56707 olan XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti almışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçınə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74861 olan POCO F6, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün, 990.28 (doqquz yüz doxsan manat 28 qəpik) manat ödənilməmiş hissə, 99.03 (doxsan doqquz manat, 3 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********03655 olan HUAWEİ NOVA 10 SE, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidmətiüçün, 262.26 (iki yüz altmış iki manat 26 qəpik) manat ödənilməmiş hissə, 26.23 (iyirmi altı manat 23 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********56707 olan XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün, 180.03 (yüz səksən manat 3 qəpik) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə Ümumilikdə üç müqavilə üzrə 1575.83 manat borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74861 olan POCO F6, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün, 990.28 (doqquz yüz doxsan manat 28 qəpik) manat ödənilməmiş hissə, 99.03 (doxsan doqquz manat, 3 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********03655 olan HUAWEİ NOVA 10 SE, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti üçün, 262.26 (iki yüz altmış iki manat 26 qəpik) manat ödənilməmiş hissə, 26.23 (iyirmi altı manat 23 qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********56707 olan XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün, 180.03 (yüz səksən manat 3 qəpik) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat cərimə olmaqla, ümumilikdə üç müqavilə üzrə 1575.83 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********74861 olan POCO F6, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün, 990.28 (doqquz yüz doxsan manat 28 qəpik) manat ödənilməmiş hissə alınmalı, dəbbə pulu azaldılaraq, 10 manat müəyyən edilməli, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********03655 olan HUAWEİ NOVA 10 SE, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET L xidməti üçün, 262.26 (iki yüz altmış iki manat 26 qəpik) manat ödənilməmiş hissə alınmalı, dəbbə pulu azaldılaraq, 3 manat həcmində müəyyən edilməli; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********56707 olan XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET L xidməti üçün, 180.03 (yüz səksən manat 3 qəpik) manat ödənilməmiş hissə alınmalı, dəbbə pulu azaldılaraq 2 manat müəyyən edilməli, ümumilikdə üç müqavilə üzrə 1447,57 manat borc və 34,48 manat ödənilmiş dövlət rüsumu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü tarixli üç müqavilə üzrə müvafiq olaraq 10 manat, 3 manat və 2 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 990.28 manat əsas, 10 manat cərimə, xx.xx.2024-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsi üzrə 262.26 manat əsas, 3 manat cərimə, xx.xx.2023-cü tarixdə bağlanmış alqısatqı müqavilə üzrə 180,03 manat əsas, 2 manat cərimə pulu cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilməli və Cavabdeh ödənilmiş dövlət rüsumunun 34,48 manat məbləğində hissəsi alınıb İddiaçınə verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 990.28 manat əsas, 10 manat cərimə, xx.xx.2024-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 262.26 manat əsas, 3 manat cərimə, xx.xx.2023-cü tarixdə bağlanmış alqı-satqı müqavilə üzrə 180,03 manat əsas, 2 manat cərimə pulu olmaqla, ümumilikdə 1 447,57 manat məbləğində pul tutularaq İddiaçın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehə aid edilsin və Cavabdeh ödənilmiş dövlət rüsumunun 34,48 manat məbləğində hissəsi alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-2122/2025
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2122/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver