Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2209/2023 27.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefon üçün 68.75 manat ödənilməmiş hissə, 6.25 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı telefon üçün 547.86 manat ödənilməmiş hissə, 54.14 manat cərimə olmaqla, ümumilikdə 677 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2209/2023 saylı qərardadı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materialları iddia icraatına keçirilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən Cavabdeh İddiaçı MMC-dən İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefon, İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı telefon almış və nəticədə 677 manat məbləğində borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2021-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 426.6 manat olan İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefon üçün 68.75 manat ödənilməmiş hissə, 6.25 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 697.86 manat olan İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı telefon üçün 547.86 manat ödənilməmiş hissə, 54.14 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 507.85 manat təşkil edir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, sözügedən müqavilələr üzrə yaranmış ümumilikdə 677 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və təmsil etdiyi hüquqi şəxsin adından əlavə olaraq göstərmişdir ki, Cavabdeh kimi təmsil etdiyi hüquqi şəxsə qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx"nin Mingəçevir filialından aldığı “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefonun eyni məbləğdə, eyni modeldə olan yeni mobil telefon ilə əvəz edilməsi və ya onun dəyəri olan 460.60 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-275/2023 nömrəli qətnaməsi ilə Cavabdeh iddiası rədd edilmişdir. Həmin mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən “Samsung galaxy A10s” markalı mobil telefonu əldə etmiş, daha sonra “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefon 1807 saylı, xx.xx.2022-ci il tarixli aktla təmir olunması üçün göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aparılan işlər barədə çıxarışdan isə görünür ki, “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefonda istifadəçi, yəni Cavabdeh tərəfindən yaranmış nasazlıq-mexaniki təsir aşkar edilmişdir. Lakin Cavabdeh qızıl zəmanəti olduğundan onun razılığı ilə qızıl zəmanətin dəyərinin 100 faizi həcmdə yenidən istifadə üçün təqdim edilərək ona 660 manat dəyərində olan yeni cihaza 280 manat məbləğində endirim edilmişdir. İddiaçı öz razılığı ilə yeni telefonu kreditlə əldə etmişdir. Cavabdeh şirkət, müqavilələrə dair verilmiş həm zəmanət talonunun, həm də qızıl zəmanətin şərtlərinə uyğun olaraq məhsula mexaniki təsir olduqda zəmanət şərtləri qüvvədən düşmüş hesab edərək, qızıl zəmanətin şərtlərinə uyğun olaraq cavabdehə öz razılığı ilə endirimli qiymətə yeni cihaz təklif etmiş, cavabdeh isə təklifi qəbul edərək yeni cihazı kreditlə əldə etmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göründüyü kimi öncəki mülki iş zamanı cihazda olan nasazlığın istehsalla bağlı olmadığı, istehlakçı tərəfindən (yəni alıcı) mexaniki zədə nəticəsində olduğu müəyyən edilmişdir. Hazırda cavabdeh olan Cavabdeh da qızıl zəmanət şərtlərinə uyğun yeni və daha bahalı cihazı əldə etmişdir, bu zaman da ona qızıl zəmanətin dəyərinə uyğun yeni cihaza endirim edilmişdir. Cihazın "xxxx"yə təhvili zamanı nasaz olması ilə bağlı aktın tərtib edilməsinə münasibətdə qeyd etmişdir ki, cihazın nasaz olub-olmaması mütəxəssis tərəfindən servis şəraitində müayinə zamanı müəyyən edildiyindən belə bir aktın təhvil zamanı tərtib olunması mümkün deyildir. Daha öncəki mülki işdən də göründüyü kimi sadəcə cihazın servisə (təmirə) göndərilməsi üçün 1807 saylı, xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, həmin akt da 2(051)-275/2023 saylı mülki işin materiallarında mövcuddur. Həmin aktda cihazın texniki vəziyyəti ilə bağlı məlumat göstərilə bilməz, bu, yalnız cihaz servisdə müayinə edildikdən sonra bəlli ola bilər. Yuxarıda qeyd edilənlərdən və 2(051)-275/2023 saylı mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan göründüyü kimi mobil telefon cihazında istehsalla bağlı nasazlıq olmamışdır. Cihaz mexaniki təsir nəticəsində sıradan çıxmışdır və hazırki cavabdehə öz seçiminə uyğun, yeni və daha baha cihaz əldə edərkən qızıl zəmanət şərtlərinə müvafiq olaraq endirim edilmişdir. Cavabdehin hər hansı hüququ pozulmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddianı qismən qəbul etdi və göstərdi ki, o, 27 fevral 2021-ci il tarixdə "xxxx" MMC-nin Mingəçevir filialından 426.60 manat dəyərində 1 ədəd “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefonu 6 ay müddətinə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin vaxt qızıl zəmanət talonuna əsasən mobil telefona 2 il zəmanət verilmişdir. Mobil telefonu aldıqdan bir müddət sonra telefonun qüsurlu olduğunu görmüş və həmin vaxt "xxxx" MMC-nin Mingəçevir filialına müraciət edərək telefonun qüsurlu olduğunu, telefonun təmir edilməsini və ya yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə mobil telefonu 1807 nömrəli akta əsasən təmir olunması üçün göndərilmiş, buna baxmayaraq, aradan uzun müddət keçsə də, telefon təmir olunmamış və ya yenisi ilə əvəz olunmamışdır. Bununla bağlı "xxxx" MMC-nin Mingəçevir filialına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Telefonda baş vermiş nasazlıqdan sonra cavabdeh şirkətə yaxınlaşmış, ona kreditlə yeni telefon verilmişdir. Elə başa düşmüşdür ki, xarab olan telefonun əvəzinə yeni telefon verilmişdir. Lakin sonradan bilmişdir ki, onunla yeni müqavilə bağlanmışdır. Hazırda hər iki telefon üçün kredit ödənişi etməlidir. Halbuki, cavabdehlə aralarında bağlanmış müqaviləyə və bunun əsasında verilmiş qızıl zəmanət talonuna əsasən mobil telefonuna 2 il zəmanət verilmişdir. O, pozulmuş hüququnun bərpası üçün iddiaçını məhkəməyə vermişdir, lakin iddiaçı tərəf məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, iddia tələbinə göndərmiş olduğu etiraza əsasən 2(051)-275/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqramla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 426.6 manat olan İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefon almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, cavabdeh alqı-satqı qiyməti 697.86 manat olan İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı telefon almışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəf borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 68.75 manat ödənilməmiş hissə, 6.25 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 547.86 manat ödənilməmiş hissə, 54.14 manat cərimə borcu olmaqla, cəmi 677 manat borcu vardır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-275/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan 1807 saylı, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefon təmir olunması üçün göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qızıl zəmanət talonundan görünür ki, “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefona 2 il zəmanət verilmişdir. Beləliklə, məhkəmə iş materiallarına əlavə edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefon üçün 68.75 manat ödənilməmiş hissə, 6.25 manat cərimə, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı telefon üçün 547.86 manat ödənilməmiş hissə, 54.14 manat cərimə borcu olmaqla, ümumilikdə 677 manat borcu qalmışdır. Daha sonra “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefon 1807 saylı, xx.xx.2022-ci il tarixli aktla təmir olunması üçün göndərilmişdir. Həmin mobil telefona xx.xx.2021-ci il tarixli qızıl zəmanət talonuna əsasən 2 il zəmanət verilmişdir. Məhkəmə iclası zamanı xx.xx.2021-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə yaranmış borc barədə tərəflərin izahatları ziddiyətli olmuşdur. Belə ki, iddiaçı hər iki müqavilə üzrə ümumilikdə 677 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə mobil telefonu aldıqdan bir müddət sonra telefonun qüsurlu olduğunu gördüyünü, xx.xx.2022-ci il tarixdə mobil telefonun 1807 nömrəli akta əsasən təmir olunması üçün göndərildiyini, buna baxmayaraq, "xxxx" MMC-nin Mingəçevir filialına müraciət etsə də, heç bir nəticəsi olmadığını, bundan sonra cavabdeh şirkətə yaxınlaşıb ona kreditlə yeni telefon verildiyini, lakin xarab olan telefonun əvəzinə yeni telefon verildiyini hesab etdiyini, onunla yeni müqavilə bağlandığını sonradan bildiyini bildirərək iddianı qismən qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları əsasında əqdlər və müqavilələr haqqında mövcud olan ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 22320606 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 23.7 manat ödəniş etmək şərtilə cəmi 426.6 manat dəyərində İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefon almışdır. Daha sonra “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefon 1807 saylı, xx.xx.2022-ci il tarixli aktla təmir olunması üçün göndərilmişdir. Bundan sonra iddiaçı cavabdehə yeni cihaz təklif etmiş, cavabdeh isə təklifi qəbul edərək yeni cihazı kreditlə əldə etmişdir. Bununla bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixli, 04281374 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı "xxxx" MMC-dən 18 ay müddətinə hər ay 38.77 manat ödəniş etmək şərtilə cəmi 697.86 manat dəyərində İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı telefon almışdır. xx.xx.2021-ci il tarixli qızıl zəmanət talonuna əsasən “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefona 2 il zəmanət verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 04281374 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini lazımi şəkildə icra etməmişdir. Ona görə də iddiaçı hüquqi şəxsin cavabdehə qarşı öhdəliyin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2022-ci il tarixli 04281374 saylı alqısatqı müqaviləsi üzrə 547.86 manat əsas borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılaraq xx.xx.2022-ci il tarixli 04281374 saylı alqı-satqı müqaviləsi üzrə 3 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq xx.xx.2022-ci il tarixli 04281374 saylı alqı-satqı müqaviləsi üzrə 3 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə, həmçinin xx.xx.2021-ci il tarixli, 22320606 saylı alqı-satqı müqaviləsi üzrə tələb olunan borc məbləği ilə bağlı hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefon üçün tələb etdiyi 68.75 manat ödənilməmiş hissə, 6.25 manat cərimə hissəsi əsassızdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qızıl zəmanət talonuna əsasən “Samsung galaxy A10s” (SM-A107) markalı mobil telefona 2 il zəmanət verilmişdir. Cavabdeh həmin mobil telefonda qüsur aşkar etmiş, bununla bağlı müraciət etmiş, həmin mobil telefon 1807 saylı, xx.xx.2022-ci il tarixli aktla təmir olunması üçün göndərilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdə yeni alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı telefon almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı–satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. Həmin Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Həmin Məcəllənin 582.3-cü maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı–satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Həmin Məcəllənin 583.1-ci maddəsinə əsasən qarantiya müddətinin axımı, əgər alğısatqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Həmin Məcəllənin 583.4-cü maddəsinə əsasən satıcının qarantiya müddəti ərzində qüsurları aşkar edilmiş əşyanın (komplektləşdirici məmulatın) əvəzinə verdiyi əşya (komplektləşdirici məmulat) üçün, əgər alqı–satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əvəz edilmiş əşya (komplektləşdirici məmulat) ilə eyni qarantiya müddəti müəyyənləşdirilir. Həmin Məcəllənin 589.3-cü maddəsinə əsasən əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Ona görə də məhkəmə nəzərə alır ki, xx.xx.2021-ci il tarixli, 22320606 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçı "xxxx" MMC-dən aldığı 18 ay müddətinə hər ay 23.7 manat ödəniş etmək şərtilə alqı-satqı qiyməti 426.6 manat olan İMEİ kodu **********56065 olan SAMSUNG GALAXY A10S markalı telefona xx.xx.2021-ci il tarixli qızıl zəmanət talonuna əsasən 2 il zəmanət verilmişdir. Cavabdeh tərəfindən həmin mobil telefonda qüsur aşkar edilmiş, həmin mobil telefon 1807 saylı, xx.xx.2022-ci il tarixli aktla təmir olunması üçün göndərilmişdir. Buna baxmayaraq, iddiaçı "xxxx" MMC cavabdehlə xx.xx.2022-ci il tarixdə yeni müqavilə bağlamış, müqaviləyə əsasən cavabdehə İMEİ kodu **********76922 olan XİAOMİ REDMİ NOTE 11S markalı yeni telefon verilmişdir. Bununla da tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 22320606 saylı alqı-satqı müqaviləsi ləğv edilmişdir. Belə olan halda tərəflər arasında həmin alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmamışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə bağlanmış 22320606 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh qarşı tələb hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-cü maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 547.86 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 550.86 manat məbləğində pul alınıb İddiaçınə verilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. AR MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 547.86 (beş yüz qırx yeddi manat, səksən altı qəpik) manat əsas, 3 (üç) manat cərimə olmaqla, cəmi 550.86 (beş yüz əlli manat, səksən altı qəpik) manat pul alınıb İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat pul alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2209/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2209/2023
27.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver