Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2304/2025 03.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi : İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc müqaviləsinə əsasən 182 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-nin pul tələbinə dair iddiasına etiraz verərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-2304/2025 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli, BRK4684962 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, hissəhissə ödəmək şərtilə dəyəri 442 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə 22 manat ilkin ödəniş etməklə, qalan 420 manat məbləğində pulu 15 ay müddətinə aylıq 28 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüş, qismən ödənişlər etdikdən sonra iddiaçıya qalıq 182 manat borcu qalmışdır. Tərəflərin izahatları : İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, qeyd olunan iddia tələbi üzrə borcu yoxdur. Ödənişini tam etmişdir. Bununla belə ərizə təqdim edərək, iddia müddəti keçdiyi üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materialları: xx.xx.2018-ci il tarixli, BRK4684962 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəmək şərtilə dəyəri 442 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə 20 manat ilkin ödəniş etməklə, qalan 420 manat məbləğində pulu 15 ay müddətinə aylıq 28 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli ******* №li girov müqaviləsindən görünür ki, xx.xx.2018-ci il tarixli, ******* saylı borc müqaviləsinə əsasən verilmiş 442 manat məbləğində borcun qaytarılmasının təminatı kimi girov qoyan girov saxlayana girov predmeti kimi “Riffel 32 HWDİ400” əmlakı girov qoymuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə ödənilməyən əsas borcu 182 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə xx.xx.2025-ci il tarixdə cavabdehə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli ********** №li mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənmişdir. İşin faktiki halı : Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli, BRK4684962 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, hissə-hissə ödəmək şərtilə dəyəri 442 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdeh müqavilə üzrə 22 manat ilkin ödəniş etməklə, qalan 420 manat məbləğində pulu 15 ay müddətinə aylıq 28 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıya 182 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu vaxtında ödədiyini bildirmişdir. Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli BRK4684962 saylı müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2019-cu il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır. İddiaçı 16 oktyabr 2025-ci ildə cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu ünvanlamış, daha sonra məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı xx.xx.2019-cu il tarixdən üç il müddət ərzində cavabdehdən borcun ödənilməsini tələb etməmiş, habelə borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddia tələbinə qarşı iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. İddiaçı bu müddət ərzində cavabdehə İddia müddətinin keçməsinə görə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası iddia müddəti keçdiyindən təmin edilməsin. Ödənilmiş dövlət rüsumu 30 (otuz) manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Güləndam Quliyeva